Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

Lakin bununla yanaşı, Konvensiyanın (11 saylı Protokolun qüvvəyə minmə -
sinə qədər olan redaktəsində) 31-ci maddəsinin 2-ci bəndinə əsasən, Komissiyanın
şikayət işi üzrə məruzəsi Nazirlər Komitəsinə göndərilirdi. Yalnız bundan sonra
iş Komissiya tərəfindən Məhkəməyə verilə bilərdi. Konvensiyanın (11 saylı Proto -
kolun qüvvəyə minməsinə qədər olan redaktəsində) 32-ci maddəsinə əsasən, əgər
məruzənin Komitəyə təqdim edildiyi andan üç ay ərzində iş Məhkəməyə veril -
mirdisə, bu halda Komitə özü Konvensiyanın müddəalarının pozulub-pozulmadığı
haqqında məsələni həll edirdi və bu barədə qərar çıxarırdı. Həmin maddəyə əsasən
Komitənin bu barədə istənilən qərarı məcburi idi.
Göründüyü kimi, Konvensiya Komissiya və Məhkəmədən əlavə, daha bir
orqanın - Nazirlər Komitəsinin də üzərinə müəyyən qədər ədalət mühakiməsinin
həyata keçirilməsi vəzifəsini qoymuşdur. Siyasi orqan olan Nazirlər Komitəsinin
üzərinə mühakimə xarakterli funksiyalar qoyulmuşdur. Bu isə ədalət mühakimə -
sinin prinsipləri ilə ziddiyyət təşkil edirdi. İslahat nəticəsində Nazirlər Komitəsi
yuxarıda qeyd olunan səlahiyyətdən məhrum oldu. Bundan sonra Komitə yalnız
Məhkəmənin qərarlarının icrasına nəzarət edir (Konvensiyanın 46-cı maddəsinin
2-ci bəndi).
Komissiyaya gəlincə isə, islahat nəticəsində Komissiya ləğv olundu və onun
funksiyaları vahid orqan olan və daimi əsasda fəaliyyət göstərən Məhkəməyə
verildi.  Qeyd  etmək  lazımdır  ki,  islahatdan  əvvəl  Konvensiyanın  müdafiə
mexanizmində Komissiya əhəmiyyətli rol oynayırdı. Şikayət ərizəsinin qəbul
olunub-olunmaması haqqında məsələni Komissiya həll edirdi, iş üzrə məruzə
hazırlayırdı, bir sözlə, Komissiyanın fəaliyyəti şikayətin gələcək taleyinə mühüm
təsir göstərirdi. 11 saylı Protokol qüvvəyə minəndən sonra isə, Komissiya ixtisar
olundu və onun yuxarıda qeyd etdiyimiz funksiyaları yeni yaranan Məhkəməyə
verildi. Konvensiyanın 19-cu maddəsinə əsasən, Razılığa gələn Yüksək Tərəflərin
bu Konvensiya və onun Protokolları ilə öz üzərlərinə götürdükləri öhdəliklərə ria-
yəti təmin etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsi təsis edilir. O,
daimi əsasda fəaliyyət göstərir.
Beləliklə, Konvensiyanın təminat mexanizmində aparılan islahat, əsasən
Məhkəmənin ərizələrə baxmaq qabiliyyətinin artırılması və ərizələrə baxılma
müddətinin azalması ilə əlaqədar olmuşdur. Lakin bununla yanaşı qeyd etmək
lazımdır ki, islahatın aparılmasının əleyhinə çıxış edənlər də var idi. Bəzi dövlətlər
Komissiyanın ixtisar olunmasının əleyhinə çıxır və qeyd edirdilər ki, Komissiya-
nın  ixtisar  olunması  yox,  onun  işinin  effektivliyinin  artırılması  daha  məq-
sədəuyğun olardı və bunu belə əsaslandırırdılar ki, işin Komissiyada öyrənilməsi,
onunla hərtərəfli tanış olmağa imkan verir. Hətta Komissiyaya bəzi işlər üzrə
hüquqi məcburi qərarlar çıxarmaq səlahiyyəti verilməsi təklifi ilə çıxış edənlər də
Zaur  Əliyev
36


var  idi.  1990-cı  ildə  Niderland  və  İsveç  Hökumətləri  Komissiyaya  məcburi
qərarlar çıxarmaq səlahiyyəti verməklə və buna müvafiq olaraq Məhkəmənin isə
bəzi işlərə apellyasiya qaydasında baxılmasını nəzərdə tutan iki pilləli məhkəmə
sisteminin yaradılması təklifi ilə çıxış etdilər. 11 saylı Protokolun əleyhinə, həmçi -
nin Böyük Britaniya, İtaliya və Türkiyə çıxırdılar. Lakin islahat tərəfdarlarının
fikrincə isə, ərizə axını nəticəsində Konvensiyanın təminat mexanizmində yaranan
gərginliyin aradan qaldırılmasının ən optimal yolu Komissiya ilə Məhkəmənin
va hid bir orqanda birləşdirilməsi nəticəsində daimi əsasda fəaliyyət göstərən vahid
Məhkəmənin yaradılması idi. İslahat tərəfdarları qeyd edirdilər ki, vahid bir or qa -
nın yaradılması təkrarlanmanı aradan qaldıracaq və bununla da, əsasən, işə baxıl -
ma müddəti 1,5-2 il azalacaq. Həmçinin, islahat nəticəsində, Nazirlər Komitəsinin
fəaliyyəti ilə əlaqədar olaraq, işlərə baxılmasında siyasi element də aradan qal xa -
caq dır. İslahat nəticəsində, Məhkəmədə işlərə baxılma müddətinin altı ildən üç
ilə dək azalması haqqında verilən proqnozlar nəticəsində Avropa ictimaiyyəti də
bunu dəstəkləyirdi.
Bəzi etirazlara və pessimist proqnozlara baxmayaraq, Konvensiyanın təmi -
nat sistemində aparılan islahat uğurla həyata keçirildi və bunu Məhkəmənin fəa -
liyyəti də sübut edir. Belə ki, 1998-ci il noyabrın 1-dən 1999-cu il noyabrın 1-dək
Məhkəmə 3 mindən çox şikayət ərizəsi üzrə müvafiq qərarlar çıxarmışdır (şika -
yə tin qəbuledilənliyi haqqında qərarlar və işin icraatdan çıxarılmasına dair qərar -
lar da daxil olmaqla). 2000-ci il ərzində isə, ümumi hesabla Məhkəmə 7 minə
qə dər qərar çıxarmışdır, bunlardan 652-si işin mahiyyəti üzrə qəti qərarlardır
(138, 14).
Beləliklə, yuxarıda qeyd olunan rəqəmlər islahatın uğurla həyata keçdiyini,
onun vacibliyini və əhəmiyyətini bir daha təsdiq edir.
14 saylı Protokolun qüvvəyə minməsi ilə Məhkəmədə işlərə baxılma müd-
dəti bir qədər azalmışdır. Qeyd edək ki, hələ 14 saylı Protokol qüvvəyə minməmiş
14-bis saylı Protokolu ratifikasiya etmiş dövlətlərə (Danimarka, Gürcüstan və s.)
münasibətdə  bu  Protokoldan  irəli  gələn  yeni  qaydalar  tətbiq  olunurdu. Yəni
sözügedən Protokol hər bir dövlətə münasibətdə fərdi xarakter daşıyırdı.
Yeri gəlmişkən, hazırda Məhkəməyə daxil olan şikayətlərin əksəriyyəti
əsasən Rusiya (2011-ci ildə - 40.225), Türkiyə (2011-ci ildə - 15.940), İtaliya
(2011-ci ildə - 13.741), Rumıniya (12.286) və Ukraynaya (2011-ci ildə - 10.271)
qarşı yönəlir.
Avropa İnsan Hüquqları Məhkəməsi
37


1.2. Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq hüquq
müdafiə mexanizmləri: müqayisəli təhlil
Avropa İnsan Hüquqları Məhkəməsi və BMT-nin beynəlxalq hüquq
müdafiə mexanizmi
İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri sırasında BMT
sistemində fəaliyyət göstərən mexanizmlər xüsusi yer tutur. Bu mexanizmlər əsas
etibarilə universal müqavilə mexanizmləridir. İnsan hüquqları sahəsində mühüm
beynəlxalq nəzarət orqanları olan bu mexanizmlər əsasən müvafiq beynəlxalq
müqavilənin iştirakçı-dövlətlərinin həmin müqavilədə nəzərdə tutulmuş insan hü-
quqlarına dair normalarının milli səviyyədə implementasiyasını izləmək (yəni
müəyyən mənada bu prosesə nəzarət etmək) yolu ilə dövlətlərin həmin beynəlxalq
hüquqi aktlarda təsbit olunmuş insan hüquq və azadlıqlarının təmini sahəsində
həyata keçirilən tədbirlərə dair dövri məruzələrinə baxır. Bu mexanizmlər eyni
zamanda monitorinq funksiyalarını yerinə yetirdiyindən onları həmçinin monito-
rinq orqanları da adlandırmaq olar. Bundan əlavə bir sıra mexanizmlər (məsələn,
insan hüquqları komitəsi, işgəncə əleyhinə komitə, irqi ayrı-seçkiliyin ləğvi üzrə
komitə və digərləri) insan hüquqlarının pozulması ilə bağlı fərdi və dövlətlərarası
şikayətlərə baxmaq səlahiyyətinə malikdir.
BMT-nin müqavilə mexanizmlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır
ki,  bu  sahədə  fəaliyyət  göstərən  qeyri-müqavilə  mexanizmlərinin  də  rolu  az
deyildir.
Məlum olduğu kimi, insan hüquqlarına dair beynəlxalq hüquq normaları
əsasən II Dünya müharibəsindən sonra formalaşmağa başlamışdır (51, 139).
1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi
ilə insan hüquqları sahəsində geniş normayaradıcılıq prosesi başlandı.
Bəyannamə insan hüquqları sahəsində hüquqi cəhətdən ilk məcburi sənəd
olmasa da, miqyasına və əhəmiyyətinə görə şübhəsiz ki, ən önəmli sənədlərdəndir.
Məhz onun əsasında sonradan yüzlərlə beynəlxalq konvensiyalar qəbul edilmiş,
əksər dövlətlər onun müddəalarını konstitusiyalarında təsbit etmişlər.
Preambuladan və 30 maddədən ibarət olan İnsan Hüquqları haqqında Ümu -
mi Bəyannamə BMT Nizamnaməsinin iqtisadi, sosial, mədəni və ya huma nitar
xarakterli beynəlxalq problemlərin həll edilməsində və irqinə, cinsinə, dilinə və
ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azad lıq -
la rına hörmətin dəstəklənməsində və həvəsləndirilməsində beynəlxalq əməkdaş -
lığa nail olmaq haqqındakı maddəsini bir növ inkişaf etdirmiş və konkretləş-
Zaur  Əliyev
38


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə