Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır.
Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya
etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi.
Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu. Birinci mərhələ təqribən 1959-
1970-ci illərin ortalarını əhatə edir. 1959-cu ildə Məhkəmə öz reqlamentini qəbul
etdi və 1960-1961-ci illərdə ilk işə baxdı («Lawless v. Ireland»). Sonrakı dövrlərdə
Məhkəmə daha on işə baxdı. («Wemhoff v. Germany», «Nuemeister v. Austria»,
«Stögmüller v. Austria», «Matrnetter v. Austria» və s.). Bu dövrdə əsasən, Məh -
kəmənin özünün hüquqi mövqeləri formalaşaraq müəyyənləşdi. Artıq 1962-ci ildə
ikinci baxdığı işdə («De Bekker Belçikaya qarşı») Məhkəmə müəyyən etdi ki, o,
dövlətlərin  milli  qanunvericiliyinə  nəzarət  həyata  keçirmir.  Beləliklə,  birinci
mərhələ Məhkəmənin təşəkkülü mərhələsi olmuşdur (138, 5-6).
İkinci mərhələ 70-ci illərin ortaları, 80-ci illərin sonlarını əhatə edir. Bu
mərhələ Məhkəmənin baxdığı işlərin artdığı dövrdür. Bu dövrdə Məhkəmənin
baxdığı işlərin sayı 200-ə çatdı. Artıq II mərhələnin ilk dövrlərində aydın oldu ki,
Məhkəmə təcrübəsində əsas yeri fərdi şikayətlər tutur.
Bu dövrdə Avropa ictimaiyyəti arasında Məhkəməyə böyük rəğbət yarandı
və Məhkəmənin reytinqi sürətlə artdı. Bu mərhələni şərti olaraq Məhkəmənin
təkmilləşməsi dövrü adlandırmaq olar (138, 8).
Üçüncü mərhələ 1990-1998-ci ilin sonlarını əhatə edir. Bu mərhələnin əsas
cəhəti ondan ibarətdir ki, Avropa Şurasının üzvləri və bununla əlaqədar olaraq
Məhkəmənin baxdığı işlər də sürətlə artdı. SSRİ-nin süqutu nəticəsində Şuraya 17
yeni üzv qəbul olundu. 1990-1998-ci illərdə Məhkəmə 700-ə qədər qərar çıxardı.
Bu dövrdə baxılan işlərin üçdə biri İtaliyanın payına düşür, sonra Fransa - 79 iş,
Böyük Britaniya - 59, Avstriya - 54, Yunanıstan - 30, Türkiyə - 20 və s. (138, 9).
Bu dövr təkcə Məhkəmənin baxdığı işlərin sürətlə artması ilə əlamətdar deyil.
1990-cı ildə qəbul edilən, fərdi şikayətçinin məhkəmə baxışının tam hüquqlu
iştirakçısına çevrilməsini nəzərdə tutan, Konvensiyaya 9 saylı Protokol 1994-cü
ildə qüvvəyə mindi. Protokol fərdin birbaşa Məhkəməyə müraciətini və şəxsən
Məhkəmədə təmsil olunmasını nəzərdə tuturdu. Bu isə öz növbəsində reqlament
qaydalarının dəyişməsinə gətirib çıxardı ki, bunun da nəticəsində iki reqlament
yarandı. «A» saylı Reqlament 9 saylı Protokolu ratifikasiya etməyən dövlətlərə,
«B» saylı Reqlament isə həmin Protokolu ratifikasiya etmiş dövlətlərə tətbiq
edilirdi. «B» saylı Reqlament, həmçinin şikayət ərizəsinin qəbul olunub-olun -
maması məsələsini həll edən, üç hakimdən ibarət komitələrin yaradılmasını da
nə zərdə tuturdu. Lakin buna baxmayaraq, bu dövrdə də Məhkəmə tərəfindən baxı -
lan işlər Avropa Komissiyasından keçmişdir (138  ,  10).
Avropa Komissiyası ilə Məhkəmənin vahid orqanda birləşdirilməsi ideyası
Zaur  Əliyev
32


ilk dəfə olaraq 1985-ci ilin martında Vyanada  keçirilmiş insan hüquqları üzrə
Avropa konfransında irəli sürülmüşdür (65, 101). Artıq 1990-cı illərin əvvəl -
lərindən tam şəkildə aydın oldu ki, Konvensiya əsasında yaradılmış məhkəmə
sistemi təkmilləşdirilməlidir. Buna səbəb ərizə axınının sürətlə artması idi. Əgər
Komissiyaya verilən şikayətlərin sayı 1981-ci ildə 404 idisə, 1993-cü ildə bu rə-
qəm 2037-yə çatdı. Bu proses, Avropa Şurasına yeni üzvlərin qəbul edilməsi ilə
əlaqədar olaraq, artan templə davam edirdi. 1988-ci ilə qədər Məhkəməyə hər il
təxminən 25-ə qədər iş verilirdisə, 1989-cu ildə bunların sayı - 31, 1990-cı ildə -
61, 1991-ci ildə - 93 təşkil etdi və bu proses də artan sürətlə davam edirdi (65,
121). Beləliklə, göründüyü kimi, Konvensiyanın təminat mexanizmində struktur
dəyişikliklərinin  aparılması  və  bu  mexanizmin  daha  da  təkmilləşdirilməsi
qaçılmaz  idi  və  bu  da  əsasən  artıq  qeyd  edildiyi  kimi, Avropa  Şurasına  yeni
üzvlərin qəbul edilməsi ilə əlaqədar olaraq, ərizə axınının sürətlə artması ilə bağlı
idi. Bunun üçün daha effektiv şəkildə işləyən və daimi əsasda fəaliyyət göstərən
vahid orqanın yaradılması zəruri idi.
1992-ci ildə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Konvensiyanın
məhkəmə sisteminin əsaslı dəyişikliyini nəzərdə tutan tövsiyə qəbul etdi. 1993-cü
ilin  oktyabrında  isə  Şura  üzvlərinin  dövlət  və  hökumət  başçılarının Vyanada
keçirilən  sammitində  bu  barədə  qərar  qəbul  edildi.  Vyana  Bəyannaməsində
Komissiyanı və Məhkəməni əvəz edən və daimi əsasda fəaliyyət göstərən vahid
Məhkəmənin yaradılmasının vacibliyi vurğulanırdı. 1993-cü ilin oktyabrın 8-9-da
Vyanada keçirilən konfransda üzv-dövlətlərin dövlət və hökumət başçıları Nazirlər
Komitəsinə tapşırdı ki, o, 1994-cü ilin mayında nazirlər səviyyəsində keçiriləcək
görüşdə qəbul edilib və imzalanmağa təqdim olunması üçün, məhkəmə sistemində
struktur dəyişikliklərini nəzərdə tutan Protokol layihəsini tam hazırlayıb başa
çatdırsın.
Beləliklə, 11 may 1994-cü ildə, Konvensiyanın hüquq müdafiə mexaniz -
mində əsaslı struktur dəyişiklikləri nəzərdə tutan 11 saylı Protokol Konvensiyanı
imzalayan Avropa Şurası üzv dövlətlərinə imzalanmaq üçün açıq elan edildi. 11
saylı Protokol və buna müvafiq olaraq yeni redaktədə olan Konvensiya 1 noyabr
1998-ci ildə qüvvəyə mindi. Bununla da Məhkəmə özünün inkişaf tarixinin IV
mərhələsinə qədəm qoymuş oldu. Bu Protokola əsasən Konvensiyanın II və IV
bölmələrində  əsaslı  dəyişikliklər  edilmiş,  III  bölmə  isə  ümumiyyətlə  ixtisar
edilmişdir. Hal-hazırda olan redaktədə Konvensiya Preambula, üç bölmə və 59
maddədən ibarətdir.
Birinci bölmə 2-18-ci maddələri əhatə etməklə «Hüquqlar və azadlıqlar»
adlanır və bu bölmədə Konvensiya ilə təmin edilən əsas hüquq və azadlıqlar təsbit
edilmişdir.  İkinci  bölmə  19-51-ci  maddələri  əhatə  etməklə  «Avropa  İnsan
Avropa İnsan Hüquqları Məhkəməsi
33


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə