Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə20/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

Fikrimizcə, xüsusi yeni bir komitənin, əlillərin hüquqları üzrə komitənin yara-
dılmasına da ehtiyac yox idi. Çünki analoji funksiyanı yerinə yetirən İnsan Hüquq -
ları Komitəsi fəaliyyət göstərir və Vətəndaş və siyasi hüquqlar haqqında Bey  nəl-
  xalq Paktda təsbit olunmuş hüquqların pozulduğu hallarda Pakta dair 19 dekabr
1966-cı il tarixli Fakültativ Protokolun iştirakçısı olduğu dövlətin yurisdik siyası
altında olan hər kəs (o cümlədən də əlillər) bu Komitəyə müraciət edə bilər. Belə -
liklə, İnsan hüquqları Komitəsi əlilliyi olan şəxslərin müraciətlərinə də baxırsa
demək olar ki, bu Komitənin funksiyalarını təkrarlayan Əlillərin hüquqları üzrə
Komitənin təsis edilməsi zənnimizcə zəruri deyildi. Bir-birinin funksiyalarını tək-
rarlayan mexanizmlərin təsis olunması əvəzinə mövcud müqavilə qurumlarının
işini təkmilləşdirmək, məsələn, onlara hüquqi cəhətdən məcburi qərarlar qəbul
etmək və ya buna oxşar digər səlahiyyətin verilməsi daha məqsədəmüvafiq olardı.
Yaxud  mövcud müqavilə  mexanizmlərini  birləşdirməklə  onların  bazasında
qərarları hüquqi cəhətdən məcburi olan və aidiyyəti dövlətlər üçün yerinə yetiril -
məsi mütləq olan BMT çərçivəsində, lakin ondan asılı olmayaraq və müstəqil
fəaliyyət göstərən Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin yaradılması daha
münasib olardı. Bunun üçün isə müqavilə qurumlarını nəzərdə tutan əsas universal
beynəlxalq müqavilələrin bazasında (onların əsas müddəalarını birləşdirməklə)
əsasını İnsan Hüquqları Ümumi Bəyannaməsi təşkil edəcək və Beynəlxalq İnsan
Hüquqları Məhkəməsinin yaradılmasını nəzərdə tutan Ümumdünya İnsan Hüquq -
ları Konvensiyasının qəbul edilməsi zəruridir.
Yaxud, ayrı-seçkiliyə məruz qalmamaq hüququ pozulmuş qadın bununla
bağlı  yurisdiksiyası  altında  olduğu  dövlətin  müvafiq  beynəlxalq  müqaviləyə
qoşulmasından asılı olaraq üç müqavilə qurumuna (yəni bu qurumlardan birini
seçməklə) müraciət edə bilər: İnsan hüquqları Komitəsinə, Qadınlara qarşı ayrı-
seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəyə və ya İrqi ayrı - seçki -
liyin ləğvi üzrə Komitəyə. Qeyd olunan qurumların bazasında geniş səlahiyyətlərə
malik vahid bir orqanın təsis olunması pozulmuş insan hüquqlarının beynəlxalq
səviyyədə səmərəli bərpası istiqamətində mühüm addım olardı.
Dövlətlərin  dövri  məruzələrinə  gəlincə  isə  bu  məruzələr  üzrə  ayrı-ayrı
komitələrin müvafiq dövlətə münasibətdə verdiyi tövsiyələrin yerinə yetirilməsi
üzərində BMT çərçivəsində monitorinq mexanizminin olmaması əksər hallarda bu
tövsiyələrin yalnız kağız üzərində qalması ilə nəticələnir. Yeni yaradılan İnsan
Hüquqları Şurası çərçivəsində həyata keçirilən Universal Dövri İcmal üzrə veri-
lən tövsiyələrə müvafiq dövlət tərəfindən əməl edilib-edilməməsi üzərində effek -
tiv nəzarət mexanizminin olmaması indidən sözü gedən mexanizmin də səmə -
rə liliyinin şübhə altına alınmasına əsas verir. Düzdür, bir sıra hallarda dövlətlər
komitələrin tövsiyələrinə ciddi yanaşır və zəruri tədbirlər görürlər (məsələn, milli
Zaur  Əliyev
58


qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqları sahəsində yeni institusional
mexanizmlərin yaradılması, inzibati praktikanın təkmilləşdirilməsi və s.). Məsə -
lən, Uşaq hüquqları üzrə Komitənin Azərbaycana münasibətdə tövsiyəsindən
sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nəz -
dində uşaq hüquqları mərkəzi yaradıldı. Yaxud Universal Dövri İcmal üzrə Azər -
baycana verilən tövsiyələrdən sonra “Məişət zorakılığının qarşısının alınması
haq qında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Lakin bütün bunlar BMT çərçivəsində müqavilə və qeyri-müqavilə mexa -
nizmlərinin kifayət qədər səmərəli fəaliyyət göstərməsi üçün yetərli deyildir.
Fikrimizcə,  yuxarıda  yaradılması  təklif  olunan  Beynəlxalq İnsan  Hüquqları
Məhkəməsinin strukturunda dövlətlərin dövri məruzələrinə baxılması üçün xüsusi
palata (və ya palatalar) yaradıla bilər. Bir sözlə, doqquz müqavilə qurumunun
vahid, daimi əsasda fəaliyyət göstərəcək və hüquqi cəhətdən məcburi xarakterli
qərarlar qəbul etmək səlahiyyətinə malik olacaq məhkəmə (kvaziməhkəmə deyil,
məhz beynəlxalq ixtisaslaşdırılmış məhkəmə) ilə əvəzlənməsi fərdin beynəlxalq
hüquqla  tanınmış  hüquqlarının  dövlətdən  kənarda  universal  səviyyədə  daha
səmərəli müdafiəsinə şərait yaratmış olar.
Qeyd edildiyi kimi, komitələrin başlıca səlahiyyətlərindən biri fərdi və (və
ya)  dövlətlərarası  şikayətlərə  baxmaqdan  ibarətdir.  Dövlətlərin  maraqları  və
bununla bağlı digər bir sıra səbəblər ucbatından dövlətlərarası şikayətlərə müqa -
vilə qurumlarının praktikasında demək olar ki, rast gəlinmir. Məhz buna görə də
fərdi şikayətlərlə bağlı prosedurun bəzi məqamlarına, həmçinin komitələrin və
Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasının müqayisəli təhlilinə dair
bəzi məsələlərə toxunaq.
İlk olaraq qeyd etmək lazımdır ki, hal-hazırda mövcud olan doqquz mü-
qavilə qurumundan səkkizi fərdi şikayətlərə baxmaq səlahiyyətinə malikdir. Yalnız
Uşaq hüquqları Komitəsinin belə bir səlahiyyəti yoxdur.
Fərdi şikayətlərə baxılması ilə bağlı prosedur bütün müvafiq komitələrdə
demək olar ki, oxşar olduğundan bununla bağlı bir sıra ümumi cəhətləri qeyd
etməyi zəruri hesab edirik.
Avropa  Məhkəməsindən  fərqli  olaraq  komitələrə  müraciət  etmək  üçün
müvafiq dövlətdaxili orqanın qəti qərarından sonra vaxt məhdudiyyəti yoxdur.
Avropa İnsan Hüquqları Konvensiyasının 35-ci maddəsinə əsasən, Məhkəmə iş
üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər. BMT müqa -
vilələrində isə belə bir müddəa yoxdur. İstisna yalnız İqtisadi, sosial və mədəni hü-
quqlar  haqqında  Pakta  dair  Fakültativ  Protokol  təşkil  edir.  Protokolun  3-cü
maddəsinə əsasən şikayət Komitəyə bütün dövlətdaxili mexanizmlər tükəndikdən
sonra bir il ərzində verilə bilər. Həmçinin BMT müqavilələrində komitələrə müra -
Avropa İnsan Hüquqları Məhkəməsi
59


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə