Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə17/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

etməməsi ilə bağlı məlumat almaq səlahiyyətini tanıyır. Dövlətlərarası şikayət
proseduru demək olar ki, İnsan hüquqları Komitəsi çərçivəsində həyata keçirilən
prosedurla eynidir.
Qeyd olunan Protokol hələ qüvvəyə minməmişdir.
Azərbaycan  Respublikası  adı  çəkilən  Protokolu  imzalamış,  lakin  hələ
ratifikasiya etməmişdir.
Yuxarıda qeyd olunan səlahiyyətlərdən başqa Komitə həmçinin EKOSOK-
a ümumi tövsiyələr təqdim edir. Məsələn, bunların sırasında ləyaqətli yaşayış
hüququna dair 4 saylı, ahılların sosial-iqtisadi hüquqlarına dair 6 saylı, iqtisadi
sanksiyaların tətbiqi problemi və onların sosial və iqtisadi hüquqlara təsirinə dair
8 saylı, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın iştirakçı-dövlətlərin
milli hüquq sistemlərində tətbiqinə dair 9 saylı, içməli suya olan hüquqa dair 15
saylı qətnamə və digərlərini göstərmək olar (95, 473).
Azərbaycan Respublikası 1992-ci ildən Paktın iştirakçısıdır. Azərbaycan
Hökuməti tərəfindən İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəyə ilk dövri
məruzə 1996-cı ildə, ikinci məruzə 2003-cü ildə, üçüncü məruzə 2009-cu ildə təq-
dim edilmişdir.
5. İşgəncə əleyhinə Komitə
Bu Komitə İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan
rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyasının əsasında 1987-ci ildə təsis
edilmişdir.  1988-ci  ilin  aprelində  Komitə  özünün  ilk  sessiyasını  keçirmişdir.
Komitə Konvensiyanın iştirakçı-dövlətləri tərəfindən 4 il müddətinə seçilən, yük -
sək əxlaqi keyfiyyətlərə malik, insan hüquqları sahəsində tanınmış mütəxəssislər
olan 10 müstəqil ekspertdən ibarətdir. Konvensiyanın 17-ci maddəsinin 2-ci bən -
dinə əsasən iştirakçı-dövlətlər Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq
Paktın əsasında təsis edilmiş İnsan Hüquqları Komitəsinin üzvü olan və İşgəncə
əleyhinə Komitədə işləmək arzusunu bildirən şəxslərin namizədliyini irəli sür mə -
yin məqsədəmüvafiq olduğunu nəzərə alırlar. Komitənin əsas səlahiyyəti hər 4
ildən bir iştirakçı-dövlətlərin Konvensiya üzrə öz üzərlərinə götürdükləri öhdəlik -
lərin icrası ilə bağlı dövri məruzələrinə, həmçinin fərdi və dövlətlərarası şikayət -
lərə baxmaqdan ibarətdir. Komitənin daha bir mühüm səlahiyyəti ondan ibarətdir
ki, o, hər hansı bir iştirakçı-dövlətin ərazisində sistematik surətdə işgəncə tətbiq
edildiyinə dair əsaslı məlumat alarsa, ilk olaraq, həmin dövlətə bu məlumatın
araşdırılmasında əməkdaşlıq etməyi təklif edir və zəruri olarsa özünün bir və ya
bir neçə üzvünü məxfi təhqiqat aparmaq və bununla bağlı Komitəyə təcili surətdə
məruzə təqdim etmək, həmçinin müvafiq dövlətin razılığı olarsa, onun ərazisində
Avropa İnsan Hüquqları Məhkəməsi
51


təhqiqat aparmaq üçün təyin edə bilər. Komitə dövlətlərin dövri məruzələri ilə
bağlı ümumi xarakterli qeydlər etməklə yanaşı, təhqiqatın nəticələrini özünün
qeyd və təklifləri ilə birgə müvafiq dövlətə göndərə bilər. Yuxarıda qeyd olunan
təhqiqatla bağlı bütün prosedur məxfi xarakter daşıyır. Komitənin fərdi və dövlət -
lər arası şikayətlərə baxmaqla bağlı yurisdiksiyası fakültativ xarakter daşıyır. Yəni
Konvensiyanın iştirakçısı olan dövlət heç də Komitənin fərdi və dövlətlərarası
şikayətlərə baxmaqla bağlı səlahiyyətini avtomatik olaraq tanımır. Bunun üçün
iştirakçı-dövlət tərəfindən xüsusi bəyanat verilməsi tələb olunur. Komitə tərə fin -
dən fərdi və dövlətlərarası şikayətlərə baxılması proseduru demək olar ki, belə
səla hiyyətlərə malik digər müqavilə qurumlarında olduğu kimidir.
Azərbaycan Respublikası 1996-cı ildən Konvensiyanın iştirakçısıdır. Azər -
baycan hökuməti tərəfindən İşgəncə əleyhinə Komitəyə ilk məruzə 1998-ci ildə,
ikinci məruzə 2001-ci ildə, üçüncü isə 2007-ci ildə təqdim edilmişdir.
Baş Assambleyanın 18 dekabr 2002-ci il tarixli 57/199 saylı qətnaməsi ilə
qəbul  edilmiş  Fakültativ  Protokol  Komitənin  səlahiyyətini  genişləndirmiş  və
işgəncə əleyhinə həm beynəlxalq, həm də milli səviyyədə yeni mexanizmlərin
yaradılmasını nəzərdə tutmuşdur. Belə ki, Protokol işgəncənin və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üçün
azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı yerlərə müstəqil beynəlxalq və
milli orqanlar tərəfindən müntəzəm başçəkmələr sisteminin yaradılmasını nəzərdə
tutur.  Protokola  əsasən,  İşgəncə  əleyhinə  Komitənin  tərkibində  Protokolda
göstərilən funksiyaları yerinə yetirəcək yeni bir qurum - İşgəncə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə
Subkomitə yaradılır. Subkomitə öz fəaliyyətini BMT Nizamnaməsi çərçivəsində
həyata keçirir və onun məqsəd və prinsiplərini, BMT-nin azadlıqdan məhrum
edilmiş şəxslərlə rəftara aid normalarını, həmçinin konfidensiallıq, qərəzsizlik,
qeyri-seçicilik, universallıq və obyektivlik prinsiplərini rəhbər tutur. Subkomitə
yüksək əxlaqi keyfiyyətlərə malik və ədalət mühakiməsinin həyata keçirilməsi
(əsasən də cinayət işləri üzrə) sahəsində, penitensiar sahədə və ya polis sistemində,
yaxud  da  azadlıqdan  məhrum  edilmiş  şəxslərlə  rəftara  aid  digər  sahələrdə
təcrübəsi olan, 4 il müddətinə seçilən 25 müstəqil üzvdən ibarətdir. Protokolun
iştirakçı-dövlətləri  Subkomitənin  üzvlərinin  onların  nəzarəti  altında  olan
azadlıqdan məhrum edilmiş şəxslərin saxlandıqları yerlərə və saxlanılan şəxsin
öz iradəsi ilə tərk etməsinə icazə verilməyən digər yerlərə (buraya həmçinin ruhi
xəstələrin saxlandığı müəssisələr də daxildir) başçəkmələrinə lazımi şərait ya -
ratmaq öhdəliyi götürmüşlər. Subkomitənin Protokolda qeyd olunmuş vəzifə lərini
yerinə  yetirə  bilməsi  üçün  iştirakçı-dövlətlər  aşağıdakıları  öz  öhdələrinə  gö -
türürlər:
Zaur  Əliyev
52


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə