Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə25/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

lən dili başa düşmədikdə və ya həmin dildə danışa bilmədikdə tərcü mə -
çi nin pulsuz köməyindən istifadə etmək hüququ (6-cı maddənin 3-cü
bəndi);
- qanunsuz cəzalandırılmaya yol verilməməsi (7-ci maddə);
- cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin,
barəsində çıxarılmış hökmə daha yuxarı məhkəmə instansiyasında yeni -
dən baxılması hüququ (7 saylı Protokolun 2-ci maddəsi);
- məhkəmə səhvinə görə kompensasiya hüququ (7 saylı Proto ko lun 3-cü
mad dəsi);
- eyni əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq
hüququ-non bis in idem- (7 saylı Protokolun 4-cü maddəsi).
Məhkəmənin predmet yurisdiksiyası əlavə Protokollarla daha da geniş lən -
mişdir. Məhkəmənin predmet yurisdiksiyasına yalnız Konvensiyanın və əlavə
Protokolların konkret normalarında ifadə olunan hüquq və azadlıqlar deyil, eyni
zamanda Məhkəmənin şərh etdiyi qaydada Konvensiya və ya əlavə Protokollarda
birbaşa nəzərdə tutulmasa da, onların məzmunundan irəli gələn hüquqlar da daxil-
dir. Məsələn, «Qolder Birləşmiş Krallığa qarşı» işi üzrə qəra-rında Məhkəmə
Konvensiyada  bilavasitə  nəzərdə  tutulmayan  ədalət  mühakiməsinə  çatmaq
hüququnu 6-cı maddədə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun
tərkib hissəsi kimi qiymətləndirmişdir. Yəni baxmayaraq ki, ədalət mühakiməsinə
çatmaq hüququ Konvensiyada birbaşa nəzərdə tutulmamışdır, onun pozulması ilə
bağlı 6-cı maddəyə istinad etməklə Məhkəməyə müraciət etmək olar.
«Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə qərarında Məhkəmə
1 saylı Protokolun 1-ci maddəsinin özündə üç ayrı-ayrı, lakin bir - biri ilə sıx bağlı
olan normanı birləşdirdiyini vurğulamışdır (36, 110).
Lakin qeyd etmək lazımdır ki, yuxarıda sadalanan hüquq və azadlıqlar əsas
insan hüquq və azadlıqlarının tam siyahısı deyildir. Konvensiyanın preambu la -
sın  da qeyd olunduğu kimi, o, əsas insan hüquq və azadlıqlarından «bəzilərini»
təmin edir. Onu da qeyd etmək lazımdır ki, Konvensiyanın bir sıra iştirakçı-döv -
lət  lərinin Konstitusiyalarında təsbit olunmuş bəzi hüquq və azadlıqlar Konvensi -
ya da nəzərdə tutulmamışdır. Məsələn, Azərbaycan Respublikasının Konstitu -
si yasında  təsbit  edilmiş  bəzi  hüquqlar,  məsələn,  vərəsəlik  hüququna  təminat
(29-cu maddənin 5-ci bəndi), siyasi sığınacaq hüququ (70-ci maddənin 1-ci bəndi)
və bir sıra digər hüquqlar Konvensiyada nəzərdə tutulmamışdır.
Məhz yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, Konvensiyanın 53-cü
maddəsində deyilir: «Bu Konvensiyada heç nə Razılığa gələn Yüksək Tərəflərdən
hər hansı birinin qanunvericiliyi ilə və yaxud onun tərəfdar çıxdığı hər hansı bir
digər sazişlə təmin edilə bilən insan hüquqları və əsas azadlıqlarının hər hansı
Zaur  Əliyev
70


birini məhdudlaşdırmaq və ya onlardan geri çəkilmə kimi şərh oluna bilməz».
Beləliklə, Məhkəmə yalnız Avropa İnsan Hüquqları Konvensiyasında və
(və ya) əlavə Protokollarda təsbit olunmuş hüquq və (və ya) azadlıqlarla bağlı
şika yətlərə baxa bilər.
«Ayaz Mütəllibov Azərbaycana qarşı» işində ərizəçi Azərbaycan Respub li -
ka sı Mərkəzi Seçki Komissiyasının (MSK) onun prezidentliyə namizədliyinin
qey diyyata alınmasından imtina barədə qərarından verilmiş şikayətə baxılarkən
döv lətdaxili məhkəmələrin ədalətli və qərəzsiz olmadığından şikayət etmişdir. O,
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etmişdir. Ərizənin qəbuledi-
lən liyinə dair qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6.1-ci
mad dəsi yalnız mülki hüquq və öhdəliklərlə bağlı mübahisələrə münasibətdə tət -
biq olunur. Seçki mübahisələri ilə bağlı işlər Konvensiyanın 6-cı maddəsinin əhatə
dairəsindən kənara çıxır, belə ki, onlar mülki hüquq və vəzifələrə daxil olmayıb,
siyasi hüququn həyata keçirilməsinə aiddir. Bu işdə apellyasiya və kassa siya
məhkəmə araşdırmalarının predmeti MSK-nın ərizəçinin 15 oktyabr 2003-cü il
prezident seçkilərində prezidentliyə namizədliyinin qeydiyyata alınmaması ilə
bağlı  qərarının  düzgünlüyünün  yoxlanması  olub.  Müvafiq  olaraq  məhkəmə
prosesləri ərizəçinin seçkilərdə namizəd kimi iştirak etmək siyasi hüququnun
bərpasına aiddir və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq
«mülki hüquqlar və vəzifələr» anlayışına daxil olmur. Beləliklə, Məhkəmə ərizəni
Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq ratione materiae
qəbul edilməyən elan etmişdir (5, 141-143).
«Rəsul Quliyev Azərbaycana qarşı» işində ərizəçi bildirmişdir ki, hakimiy -
yət orqanları onun prezident seçkilərində namizədliyini irəli sürməsinə imkan ver -
məyiblər. O, Konvensiyanın 1 saylı Proto ko lunun 3-cü maddəsinin pozulmasına
istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 3-cü maddəsi yal -
nız qanunverici hakimiyyət orqanının seçilməsinə aiddir. Məhkəmə belə bir nəti-
cəyə gəlmişdir ki, 1 saylı Protokolun 3-cü maddəsi bu işə tətbiq edilə bilməz,
çün ki Azərbaycan Respublikası Prezidentinin seçkiləri bu maddənin müddəaları
çərçivəsində  «qanunverici  hakimiyyət  orqanının  seçkiləri»  kimi  təfsir  oluna
bilməz. Beləliklə, şikayətin qəbuledilənliyinə dair qərarında Məhkəmə belə bir
nəticəyə gəlmişdir ki, şikayətin bu hissəsi ratione materiae Konvensiyanın müd-
dəalarına uyğun deyil (5, 144-155).
Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit edilmiş
hüquq və azadlıqlardan istifadə hər hansı bir əlamətdən - cinsindən, irqindən, dəri -
sinin rəngindən, dilindən, dinindən, siyasi və ya digər əqidəsindən, milli və ya
sosial mənşəyindən, milli azlığa mənsubiyyətindən, əmlak vəziyyətindən, doğu -
mun dan və ya digər əlamətlərindən asılı olmayaraq ayrı-seçkilik olmadan təmin
Avropa İnsan Hüquqları Məhkəməsi
71


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə