Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə22/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

və  vəzifələrinə  dair  Amerika  Bəyannaməsi,  Amerika  Dövlətləri  Təşkilatının
Nizamnaməsi (1948), 1969-cu ildə qəbul olunan və 1978-ci ildə qüvvəyə minən
Amerikaarası İnsan Hüquqları Konvensiyası və Konvensiyaya dair 1988-ci il
tarixli Əlavə Protokol. İnsan hüquqları sahəsində əsas aktlar olan Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi (1948), Vətəndaş və siyasi hüquqlar haqqında
Beynəlxalq Pakt (1966), İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq
Pakt (1966), Avropa İnsan Hüquqları Konvensiyasından (1950) sonra qəbul olu -
nan Amerika İnsan Hüquqları Konvensiyası demək olar ki, qeyd olunan sənədlərlə
eyniyyət təşkil edir. Xüsusilə də, Amerika Konvensiyası demək olar ki, Avropa
İnsan Hüquqları Konvensiyasının əksər maddi-hüquqi normalarını özündə ehtiva
edir. Amerika Konvensiyasında da Avropa İnsan Hüquqları Konvensiyasında
olduğu kimi əsas etibarilə I nəsil, yəni vətəndaş və siyasi hüquqlar təsbit olun-
muşdur. Düzdür, Konvensiyanın III fəsli «iqtisadi, sosial və mədəni hüquqlar»
adlansa da, burada II nəsil hüquqlar sadalanmır.
«Proqressiv  inkişaf»  adlanan  cəmi  bir  maddədən  ibarət  olan  bu  fəsildə
yalnız  ümumi  formada Amerika  Dövlətləri  Təşkilatının  Nizamnaməsində  öz
əksini tapan iqtisadi, sosial, təhsil, elmi və mədəni standartlara daxil olan bu
hüquqların tam həyata keçirilməsinə nail olmaq üçün qanunvericilik və digər
tədbirlərin görülməsini iştirakçı-dövlətlər öz öhdələrinə götürmüşlər. 
Yuxarıda  qeyd  olunan  beynəlxalq  hüquqi  aktlar  əsasında  iki  regional
beynəlxalq hüquq müdafiə mexanizmi fəaliyyət göstərir: Amerikaarası İnsan Hü-
quqları Komissiyası və Amerikaarası İnsan Hüquqları Məhkəməsi.
Amerika  İnsan  Hüquqları  Komissiyası  üzv-dövlətlərin  irəli  sürdükləri
namizədlər sırasından Amerika Dövlətləri Təşkilatının Baş Assambleyası tərəfin -
dən 4 il müddətinə seçilən (daha bir müddətə yenidən seçilə bilmək hüququ ilə),
öz dövlətlərini təmsil etməyən 7 üzvdən ibarətdir. Amerika Dövlətləri Təşkilatının
bütün üzv-dövlətləri Komissiyada təmsil olunur. Komissiyanın əsas vəzifəsi insan
hüquqlarına hörmət və onların müdafiəsi işinə dəstək verməkdir. Komissiyanın
əsas funksiyası və səlahiyyətləri bunlardır: üzv-dövlətlərə insan hüquqları sahə -
sində tövsiyələr vermək, üzv-dövlətlərin hökumətlərinə onların insan hüquqları
sahəsində həyata keçirdikləri tədbirlərə dair məlumat verilməsi barədə sorğu ilə
müraciət etmək, üzv-dövlətlərə onların istəyi ilə konsultativ xidmət göstərmək və
s. Komissiyanın ən əhəmiyyətli səlahiyyəti isə Konvensiyada nəzərdə tutulmuş
insan  hüquq  və  azadlıqlarının  pozulması  ilə  bağlı  fərdi  və  ya  dövlətlərarası
şikayətlərə baxmaqdan ibarətdir. Konvensiyanın 44-cü maddəsinə əsasən, istəni -
lən şəxs və ya şəxslər qrupu, yaxud Amerika Dövlətləri Təşkilatının üzvlərinin
birində və ya bir neçəsində qanuni şəkildə tanınan istənilən qeyri-hökumət təşki-
latı Konvensiyanın müddəalarının pozulması ilə bağlı Komissiyaya müraciət edə
Zaur  Əliyev
62


bilər. Göründüyü kimi, Avropa İnsan Hüquqları Konvensiyasından fərqli olaraq
(34-cü maddə) Amerika Konvensiyası qeyri-hökumət təşkilatının Komissiyaya
mü ra ciət edə bilməsi üçün onun qanuni şəkildə tanınması, yəni dövlət qeydiy ya -
tın dan keçməsi tələbini irəli sürür. Fərdi şikayət prosedurundan fərqli olaraq, Ame -
ri ka İnsan Hüquqları Konvensiyasına əsasən dövlətlərarası şikayət proseduru
Avro pa  İnsan  Hüquqları  Konvensiyasından  fərqli  olaraq fakültativ  xarakter
daşıyır. Belə ki, Amerika Konvensiyasının 45-ci maddəsinə əsasən, Komissiyanın
dövlətlərarası şikayətlərə baxa bilməsi üçün dövlətlərin xüsusi bəyanatı tələb
olunur. Şikayətlərin qəbul edilmə meyarları demək olar ki, Avropa İnsan Hü quq -
ları Konvensiyasında nəzərdə tutulan meyarlarla eynidir. İşə baxarkən Komissiya
Avropa Məhkəməsi kimi, ilk olaraq, işin dostcasına həllinə səy göstərir. Nəticə
hasil olmadıqda isə Komissiya şikayətlə bağlı xüsusi məruzə hazırlayır və müvafiq
dövlətə göndərir. Məruzədə Komissiya tərəfindən təklif və tövsiyələr irəli sürülə
bilər. Komissiya zəruri hesab edərsə, işi Məhkəməyə təqdim edə bilər. Qeyd etmək
lazımdır ki, pozuntu aşkar etdikdə belə, Komissiyanın səlahiyyətində müvafiq
dövlətə qarşı effektiv təsir mexanizmi yoxdur.
Amerika  insan  hüquq  müdafiə  sistemində  ikinci  mühüm  mexanizm
Amerikaarası İnsan Hüquqları Məhkəməsidir. Məhkəmə Baş Assambleya tərəfin -
dən 6 il müddətinə (daha bir dəfə seçilə bilmək hüququ ilə) seçilən 7 hakimdən
ibarətdir. Yəni Avropa Məhkəməsindən fərqli olaraq hakimlərin sayı iştirakçı-
dövlətlərin sayına bərabər deyil. Avropa İnsan Hüquqları Konvensiyasında olduğu
kimi Amerika Konvensiyasında da ad hoc hakim proseduru nəzərdə tutulmuşdur.
Amerika Məhkəməsinin Avropa Məhkəməsindən mühüm fərqlərindən biri də
ondan ibarətdir ki, fərd birbaşa Amerika Məhkəməsinə müraciət edə bilməz.
Konvensiyanın 61-ci maddəsinə əsasən, yalnız mübahisənin tərəfi olan dövlət və
Komissiya  Məhkəməyə  müraciət  edə  bilər.  Məhkəmə  işə  yalnız  Komissiya
çərçivəsində həyata keçirilən prosedur tükəndikdən sonra baxa bilər. Pozuntu
aşkar edərsə Məhkəmə müvafiq dövlət qarşısında pozulmuş hüquqların bərpası və
zərərçəkmiş tərəfə ədalətli kompensasiya ödənilməsi tələbi ilə çıxış edə bilər.
Avropa Məhkəməsində olduğu kimi Amerika Məhkəməsinin də qərarları iştirakçı-
dövlətlər üçün məcburi xarakter daşıyır. Lakin Avropa Məhkəməsindən fərqli
olaraq Amerika Konvensiyası qərarların icrası üzərində nəzarət mexanizmi nə-
zərdə tutmamışdır.
Amerika Məhkəməsinin daha bir səlahiyyəti Konvensiyanın təfsiri və tətbiqi
ilə bağlıdır. Yəni Konvensiyanın təfsiri və tətbiqi ilə bağlı bütün məsələlər Məh -
kəmənin yurisdiksiyasına aid edilmişdir. Avropa Məhkəməsindən fərqli olaraq
Amerika  Məhkəməsinin  bununla  bağlı  yurisdiksiyası  fakültativ  xarakterli dir.
Lakin bununla yanaşı Amerika Məhkəməsinin Avropa Məhkəməsindən üstünlüyü
Avropa İnsan Hüquqları Məhkəməsi
63


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə