şəxs Avropa Komissiyasına müraciət etmiş və bildirmişdir ki, onun bir sıra hü-
quqlardan, əsasən də, özünü ifadə hüququndan məhrum olması, Konvensiyada
təsbit olunmuş bir sıra hüquq və azadlıqlarının fasiləsiz olaraq pozulmasına gətirib
çıxarmışdır. Beləliklə də, bu hadisənin Belçikanın Konvensiyanı ratifikasiya
etməsindən əvvələ təsadüf etməsinə baxmayaraq və bu pozuntunun işin baxılma
anına qədər davam etdiyini nəzərə alaraq, bu hüquq pozuntusunun «uzanan po-
zuntu» olması qeyd olunmuşdur. Müvafiq olaraq bu halda «ratione temporis» şərti
tətbiq olunmamalıdır (57, 83).
«Almeyda Qarrett və başqaları Portuqaliyaya qarşı» işi üzrə 1970-ci illərin
ortalarında (Konvensiyanın Portuqaliyaya münasibətdə qüvvəyə minməsindən
əvvəl) ərizəçilərin torpaq sahələrinin ekspropriasiyası nəticəsində onlara kompen -
sasiya ödənilməməsini Məhkəmə uzanan hüquq pozuntusu kimi qiymətləndirmiş
və bunun nəticəsində 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu bəyan et -
miş dir. Yaxud «Roş (Roche) Birləşmiş Krallığa qarşı» işi üzrə, 1960-cı illərdə əri -
zə çinin hərbi qulluqçu qismində iştirak etdiyi kimyəvi silahın sınağı ilə bağlı
döv lət tərəfindən ərizəçiyə zəruri məlumat verilməməsini Məhkəmə 8-ci və 10-cu
maddələrin uzanan pozuntusu kimi qiymətləndirmişdir (115, 218).
Beləliklə, Məhkəmənin zamana görə yurisdiksiyası baxımından işğal nəti -
cə sində Konvensiya müddəalarının pozulması ilə bağlı Ermənistana qarşı işlərə
baxılmasına hüquqi maneə yoxdur.
«Ratione temporis»dən digər vaxt faktoru ilə bağlı olan şərti, «altı aylıq
müd dət» adlanan şərti fərqləndirmək lazımdır. Konvensiyanın 35-ci maddəsinə
əsasən, Məhkəmə məsələyə dövlətdaxili orqanın son qərarının qəbul olunmasın -
dan sonra altı ay müddət ərzində baxa bilər.
Qeyd edilməlidir ki, daxili hüquq vasitələrinin tam istifadə edilib tükənməsi
şərti ilə 6 ay şərti arasında sıx əlaqə vardır. Belə ki, 6 ay müddətinin başlanmış
sayılması daxili hüquq müdafiə vasitələrinin istifadəsinin bitdiyi andan başlayır.
Bu məsələdə əsas problem daxili hüquq vasitələrinin hansı andan tükənmiş hesab
edilməsidir. Ona görə də, daxili hüquq vasitələrinin mövcud olub-olmaması,
mövcud hüquq vasitələrindən hansının istifadəsinin məcburiliyi və s. bu kimi
şərtlər 6 aylıq müddətin başlanğıc tarixinin müəyyənləşdirilməsində əhəmiyyətli
rol oynayır. Bir qayda olaraq, 6 aylıq müddətin başlanğıc tarixi daxili hüquq
müdafiə vasitələrinin istifadə edilib tükənməsinin nəticəsi kimi son qərarın
çıxarılma vaxtından hesablanır. Bəzən isə qəti qərarın rəsmi olaraq yazılı şəkildə
şikayətçiyə bildirilməsi vaxtı əsas kimi qəbul edilir. Belə ki, «Vorm Avstriyaya
qarşı» (1997-ci il) işində, iş üzrə Avstriya tərəfinin son məhkəmə qərarının
çıxarılması tarixindən hesablanmaqla 6 aylıq müddətin keçməsi ilə əlaqədar olaraq
işin qəbul edilməməsi haqqında tələbinə Məhkəmə rədd cavabı verərək, 6 aylıq
Zaur
Əliyev
84
müddətin son məhkəmə qərarının surətinin rəsmi şəkildə iddiaçıya verildiyi
tarixdən hesablandığını bildirmişdir.
«Həsən Babayev Azərbaycana qarşı» işi üzrə qərarda Məhkəmə qeyd
etmişdir ki, altı aylıq müddətin axımı qəti ölkədaxili qərar qəbul olunduqdan və
bütün səmərəli və yararlı daxili hüquq müdafiə vasitələri tükəndiyi tarixdən
başlayır. Lakin, ümumi hakimiyyətin iradəsindən asılı hərəkətlərindən irəli gələn
ekstraordinar vasitələri Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasında
səmərəli vasitə hesab etmək olmaz və bu cür vasitəni tükəndirməyə yönələn
istənilən uğursuz cəhd altı aylıq müddətin axımını təzələyə bilməz (5, 156-161).
«Tarverdiyev Azərbaycana qarşı» işi üzrə 26 iyul 2007-ci il tarixli qərarda Məh -
kə mə 6 aylıq müddət faktoruna bir qədər başqa prizmadan yanaşmışdır. Belə ki,
Hö kumətin altı aylıq vaxtın ötməsi ilə bağlı iddiasına cavab olaraq Məhkəmə
bildirmişdir ki, yekun ərizə forması ərizəçi tərəfindən Məhkəməyə gec təqdim
edilsə də, ərizənin təqdim edilməsinin formal tarixi ərizəçinin şikayət vermək
niyyəti barədə Məhkəməyə ilk məktubunu göndərdiyi tarixdir (8, 465).
2.4. Avropa İnsan Hüquqları Məhkəməsinin
ərazi yurisdiksiyası (ratione loci)
Beynəlxalq hüquqa görə hər bir dövlət öz ərazisi hüdudlarında ərazi üs tün -
lüyünü həyata keçirir. Dövlətin öz ərazisi çərçivəsindəki yurisdiksiyası mütləq və
müstəsna xarakter daşıyır. Dövlət öz ərazisində yerləşən bütün şəxslər, mülkiyyət
və baş verən bütün hadisələr üzərində, ümumi və ya konkret beynəlxalq hüquq
norması ilə başqa cür nəzərdə tutulmayıbsa, hakimiyyət səlahiyyətləri həyata ke-
çirir (19, 83).
Dövlətin yurisdiksiyası ilk növbədə onun ərazisinə şamil edilir və buna mü -
vafiq olaraq, Avropa Məhkəməsinin yurisdiksiyası Konvensiyanın bütün iştirakçı-
dövlətlərinin ərazilərini əhatə edir. Bir sözlə, Məhkəmənin ərazi yurisdiksiyası
Konvensiyanın iştirakçı-dövlətlərinin ərazi yurisdiksiyalarının cəmini təşkil edir.
Məhkəmənin ərazi yurisdiksiyası «ratione loci» formulasında ifadə olunur.
Konvensiyanın 56-cı maddəsi «Ərazi tətbiqi» adlanır və həmin maddəyə
əsasən, istənilən dövlət ratifikasiya zamanı və yaxud sonradan istənilən vaxt
Avropa Şurası Baş Katibinə ünvanlanmış bildiriş vasitəsilə bəyan edə bilər ki,
Konvensiya, bu maddənin IV bəndinə uyğun olaraq, beynəlxalq münasibətlərinə
görə məsuliyyət daşıdığı bütün ərazilərə və ya onlardan hər hansı birinə şamil olu-
nur. Konvensiyanın qüvvəsi bildirişdə göstərilmiş əraziyə və ya ərazilərə Avropa
Şurası Baş Katibi bu bildirişi aldıqdan sonra otuzuncu gündən etibarən şamil
olunur. Konvensiyanın müddəaları belə ərazilərdə yerli şəraitin lazımi qaydada
Avropa İnsan Hüquqları
Məhkəməsi
85