202
BEŞINCI HISSƏ
haradan gəldiniz?” Yaşlı xanım dedi: “A mi, Polacy, tut jeszczo z
wojny”
64
. Bir neçə həmyerlimlə salamlaşdım, onlar həyəcanlı və xoş-
bəxt idilər. Onların göz yaşları mənim göz yaşlarıma səbəb oldu.
Vaxt tələsdirirdi. Hava limanının yolunda uçuş üçün hazır olan
“TU-134“ təyyarəsi gözləyirdi. Kabinə sakit və qəşəng idi. Heyəti-
mizin hər yerdə bizimlə olan həkimi masanı açdı, yeməklər əla və
dadlı idi, şirniyyat, meyvə, balıq kürüsü və başqa şeylər də var idi.
Bir badə şampandan imtina etmədik. General Leonov tərəfindən
təşviq edilərək, böyük həvəslə içdik. Yada saldı ki, uçuşdan əvvəl
kosmodrom mehmanxanasında vidalaşanda, köpüklənən şampana
ancaq baxa bildik. Sağlığı deyəndən sonra Yer kürəsində olduğuma
inandım.
Baykonura saat yarımlıq uçuş nəzərə çarpmadan keçdi. Enişdən
əvvəl göyərtədə olan mundirləri geyindik. Pyotr Sovet Ordusunun
polkovnik mundirini, mənsə Polşa Ordusunun mundirini geyin-
dim.
Hava limanında bizim üçün şən salamlama hazırlamışdılar. Hə-
yat yoldaşım və uşaqları axtarırdım, onları soruşdum. Boş yerə.
Növbəti salamlama “Kosmonavt“ mehmanxanasında hazırlanmış-
dı. Bizi tibbi personal və xidmətçilər gözləyirdi. Bizi növbəti kara-
vayla salamladılar. Kimsə mənə tısbağa verdi – yadında saxlamışdı
ki, oğluma belə hədiyyə söz vermişəm. Şöhrət xiyabanında təntənə
ilə ağac əkdim (46-cı nömrə). Mətbuat konfrasında bizi sual atəşinə
tutmuşdular. Yorğun idim və dincəlmək istəyirdim. Sabah Ulduz
şəhərciyində olacağımız haqqında xəbər verildi. Təəccübləndim.
Yoldaşımı və uşaqlarımı görəcəyimə sevindim. Bəs niyə ikihəftəlik
istirahətdən məhrum olduq? “Sabah saat 11-də Kremldə olmalısı-
nız – cavab verildi. – Oyanma səhər saat dörddə, gedin dincəlin”.
Leonov bizi hovuza apardı ki, “çəkisizliklə vidalaşaq”. Amma bu,
daha doğrusu, onunla yenidən görüş idi. Çiməndən sonra start
günü söz verilmiş qızıl şüşə peyda oldu. Dörd saatdan az yat-
dım. Səhəri saat 9-da Çkalov hava limanında yaxınlarımı gördüm.
Həyəcanın sonu yox idi. Həyat yoldaşım sevincdən ağlayırdı. Bo-
ğazımda qəhər və təsviredilməz sevinc hiss edirdim. Oğlum fəxr
duyurdu, qızımsa boynumdan bacardığı qədər bərk tutmuşdu.
Salamlaşanların arasında müəlliməm, xanım Yuzefa Haydonu,
Demblindəki Şahinlər Məktəbinin rəisi, general Yuzef Kovalskini,
redaktor Rışard Badovskini, mədənçiləri və jurnalistləri gördüm.
64
Xanım rusifikasiya edilmiş polyak dilində danışırdı: “Biz, polyaklar,
hələ müharibə
dövründən burada qalmışıq”
ORBİTİN QARANLIQ TƏRƏFİ
Əbədi qələbə yoxdur.
Antuan
de Sent-Ekzüperi
R
aketin startetmə anından nəhəng təşviqata da start ve-
rildi. Kosmik uçuşların iştirakçıları milli qəhrəmanlara
çevrilirdilər. Sovet İttifaqı Qəhrəmanı fəxri adı Pyotra əvvəlki mis-
siyalarına görə iki dəfə verilmişdi. Mən də bu şərəfə haqlı olaraq
“Elmi-tədqiqat “Salyut-6” – “Soyuz” orbital kompleksində kosmik
uçuşun uğurla icrası və həmin vaxt nümayiş etdirilən igidlik və
qəhrəmanlığa” görə layiq görülmüşdüm.
Qəzetlər orbitdən məlumatları çatdırmaq üçün rəqabət aparır-
dılar. Xarici mətbuat bunu xoş sözlərlə şərh edirdi. Əsas mətbu
orqanların xüsusi buraxılışları peyda olurdu. Radioda həkim, alim
və siyasətçi qrupları növbətçilik edirdi. Uçuşun gedişatı haqqında
mütəmadi xəbərlər verilirdi. Kosmik uçuş Polşa və SSRİ arasında
olan böyük dostluğun təsdiqindən əlavə, həmçinin orbitdə həyata
keçirilən unikal proqramla təstiqini tapan geniş elmi əməkdaşlığın
isbatıdır. Uçuşun tibbi və psixofizioloji amilləri haqqında məlu-
matlar verilirdi. Polyak kosmonavtikasının gələcəyinə dair nikbin
baxışlar yaranmışdı. Epizodik nəşr və plakatlar, poçt markaları və
sikkələr peyda oldu, bunların hamısı uçuşu, uçuş heyətini mədh
edirdi.
Polyaklar həmyerlilərinin Kosmosa uçuşu haqqında xəbəri se-
vinc və fəxrlə qəbul edirlər. Digər reaksiyaları da yada salmaq la-
zımdır, tez-tez olmasa da, amma aşağıda verilmiş misal kimi: “Nə
ət,
nə sümük var, polyak isə kosmosa uçur”.
Polşaya Pyotr və ailələrimizlə 22 iyuldan əvvəl gəldik ki, Polşa
Dirçəlişinin 34-cü ildönümünü qeyd edək. Bizi şövqlə qarşıladılar.
Birdən-birə məşhurlaşdım; bununla necəsə yaşamaq lazım idi
- amma necə? Saysız-hesabsız məktublara, teleqramlara cavab
verməyə çatdırmırdım. Təsəvvür edə bilməzdim ki, xoş olan