BiBLİoqrafiya baki 2006



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix28.06.2018
ölçüsü1,66 Mb.
#52088
1   2   3   4   5   6   7   8   9   ...   57

 13
ən başlıcası isə, bu sözlərin arxasında dayanmış və uzun-uzun illər 
keçdiyinə baxmayaraq, mənim üçün qətiyyən saralıb-sоlmamış  о 
xeyirxahlığa, qayğıkeşliyə, köməyə görə,  о istiqanlılığa görə düz 
36 ildən sоnra, bu yazının verdiyi fürsətdən də istifadə edib, оna 
ürəyimin dərinindən gələn: «-Çоx sağ оlun, Mir Cəlal müəllim!» - 
deyirəm. 
 
 
 
                                                  
Elçin 
 
 
               
Xalq yazıçısı, prоfessоr 
 
9 nоyabr 2005  
 
 
 
 
 


 14

MİR CƏLALIN HƏYAT VƏ YARADICILIĞININ  
ƏSAS TARİXLƏRİ 
 
Mir Cəlal  Əli oğlu Paşayev 1908-ci il aprel ayının 26-da 
Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. 
 
 
1924                  - Gəncə Darülmüəlliminə daxil olmuşdur. 
 
1925                 - Lenin komsomolu sıralarına qəbul edilmişdir.  
 
1926-1927         - Əvvəlcə Gəncə Darülmüəllimində tələbə 
     təşkilatının, sonra isə şəhər tələbə həmkarlar 
     təşkilatının sədri olmuşdur. 
 
1928                 - Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik  
    məktəbində müəllimlik etmişdir. 
 
1929-1930         - 1 №-li Gəncə şəhər məktəbində direktor  
                 vəzifəsində işləmişdir. 
 
1930                  - Qazan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat    
     fakültəsinə daxil olmuşdur. 
 
1932                  - Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi- 
    Tədqiqat İnstitutunun aspiranturasına daxil  
    olmuşdur. "Kommunist", "Gənc işçi"  
    qəzetlərində işləmiş, "Sağlam yollarda" adlı ilk 
    kitabı çapdan çıxmışdır. 
 
1933                   - SSRİ EA Zaqafqaziya filialının Azərbaycan  
   şöbəsinin İctimai elmlər bölməsində kiçik elmi  
   işçi vəzifəsində çalışmışdır. 


 15
1935  
- Aspiranturanı bitirmişdir. Ümumittifaq Sovet  
Yazıçıları briqadasının tərkibində Ağ dəniz- 
Baltik kanalında yaradıcılıq ezamiyyətində 
olmuşdur. 
 
1936-1941
 
- V.İ.Lenin adına APİ-də və S.M.Kirov adına  
    ADU-da müəllimlik etmişdir. 
 
1940                  - "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərini  
müdafiə edərək, filologiya elmləri namizədi 
alimlik dərəcəsi almışdır. Moskvada keçirilmiş 
Azərbaycan Ədəbiyyatı dekadasının iştirakçısı 
olmuşdur. 
 
1944                 - Sovet İttifaqı Kommunist Partiyası sıralarına  
   daxil olmuşdur. "Qafqazın müdafiəsinə görə"  
   və SSRİ Elmlər Akademiyasının 220 illiyi ilə  
   əlaqədar olaraq "Əmək igidliyinə görə"  
   medalları ilə təltif edilmişdir. 
 
1944-1960       - SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və  
Dil İnstitutunun Sovet ədəbiyyatı şöbəsinin 
müdiri və S.M.Kirov adına ADU-nun  
Azərbaycan ədəbiyyatı kafedrasında dosent 
vəzifəsində işləmişdir. 
 
1946                 - "1941-1945-ci illərdə Böyük Vətən  
     müharibəsində fədakar əməyinə görə" medalı  
     ilə təltif edilmişdir. 
 
1947 
   - "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə   
 
    filologiya elmlər doktoru alimlik dərəcəsi  
  
 
 
almışdır. 
 


 16
1948                  - S.M.Kirov adına ADU-da professor vəzifəsinə 
     seçilmişdir. 
 
1950                  - Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı  
   və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. 
 
1954                  - SSRİ Yazıçılarının II qurultayında nümayəndə 
   də kimi iştirak etmişdir. "Şərəf  nişanı" ordeni    
   ilə təltif edilmişdir. 
 
1958                  - Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq 
 
   "Şərəf nişanı" ordeni və "Qabaqcıl maarif  
 
    xadimi" nişanı ilə təltif edilmişdir. 
 
1959                  - SSRİ Yazıçılarının III qurultayında  
     nümayəndə kimi iştirak etmişdir. Moskvada 
     keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti  
                             ongünlüyünün iştirakçısı olmuşdur. 
 
1960                   - "Əmək igidliyinə görə" medalı ilə təltif  
      edilmişdir. Bir qrup sovet alimi ilə birlikdə  
      Fransa səfərində olmuşdur. 
 
1961                   - S.M.Kirov adına ADU-nun Azərbaycan  
      ədəbiyyatı kafedrasının müdiri vəzifəsində  
      çalışmışdır. 
 
1967 
- "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif  
 
   olunmuşdur. SSRİ Yazıçılarının IV 
                              qurultayında iştirak etmişdir. 
 
1968                   - Azərbaycan LKGİ MK-nın qərarı ilə "Bir  
 
  gəncin manifesti" əsəri Respublika Lenin  
 
  Komsomolu mükafatına layiq görülmüşdür. 


 17
 
1969                   - Azərbaycan SSR “Əməkdar elm xadimi” adı    
  verilmişdir. 
 
1978   
    - Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir. 
 
1978                   - 28 sentyabr 1978-ci ildə vəfat etmişdir. 
 
 
 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə