|
![](/i/favi32.png) Bilal Həsənli Nazilə AbdullazadəB.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)Saitlərin tələffüzü
▲ Eynicinsli qoşasaitli sözlərdə tələffüz zamanı iki hərf bir uzun səs kimi
tələffüz olunur:
aa [a:], əə [ə:], ii [i:].
Amma cama:t, həmişə bu yolla getmək olmaz, Qurani-şərifə ziddi bu yol
(M.S.Ordubadi). Çarəsiz bir də Hindi tərk edərək, geri döndük tə:ssüf eyləyərək
(H.Cavid). Təbi: xasiyyətinə xəyanət eləyən də vardı (Ə.Məmmədxanlı).
▲ Eynicinsli qoşa
oo
saiti uzadılmış
[a:]
kimi tələffüz olunur:
▲
ai, əi, iə, io, ia, aü
hərf birləşməli sözlərdə saitlər arasına
y
samiti əlavə
olunur:
İndi məhz o sərvər kayinatın kəlamını ona, ibn Mingəyə xatırlatmışdı
(Ə.Məmmədxanlı). Bir dəqiqə keçmədi ki, binaların başında qoyulan radiyolar
ağız-ağıza verib var gücləri ilə danışdılar, şəhəri oyatdılar (M.Cəlal). Səhnəyə
təzə piyanino qoyulmuşdu (İ.Əfəndiyev). Elə bil təbiyət yuyunmuş, indi də nazlı
gəlinlər kimi səhər-səhər xumarlanırdı (İ.Şıxlı). Dünən özüm bu ayın təqayüdünü
almışam (Ə.Məmmədxanlı).
▲
ea, eə
birləşmələri
iya, iyə
şəklində tələffüz olunur:
▲
əa, üa, üə
birləşməli sözlərdə birinci sait deyilmir, ikincisi uzun tələffüz
olunur:
Həmzə kişinin şəhərli ma:sirrəri söz sərrafı idilər, gizli mənalarla dolu
sözləri qızıldan artıq qiymətləndirirdilər (O.Sadıq). Sabah Bəşir qızını
mə:llimənin yanına aparacaqdı (C.Cabbarlı). Öz qartal adımı yaşada bilsəm, Bu
mənim əbədi sa:dətimdir (H.Arif).
▲ Qoşasaitli mürəkkəb sözlərin tələffüzündə yanaşı gələn saitlərdən
birincisi deyilmir, ikincisi uzun tələffüz edilir:
▲
Ov, öv
birləşməli sözlərdə v səsi düşür
, o, ö
səsləri uzanır:
Əlində ölümün sındı qanadı, mərd çıxdı alo:lar keşməkeşindən, O, Odlar
Yurdunun cavan ö:ladı, təzədən doğuldu odlar içindən (N.Xəzri). Hər halda indi
onu daha çox Gö:hərin taleyi düşündürürdü (M.Oruc).
Dostları ilə paylaş: |
|
|