Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları



Yüklə 63,51 Kb.
səhifə20/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   ...   16   17   18   19   20   21   22   23   24
1.1-3.3

Upanişad təliminə görə vəzifə (borc) ən yüksək təkmilləşməyə çatmaq üçün vasitədir. Özünü ali mərhəmət dərəcəsinə çatdırmaq - bütün sahələrdə əsl insan kimi yaşamaq deməkdir. Bu ideala o vaxt nail olmaq olar ki, insan fərdi məhdudluğunu aradan götürsün və özünü ümumi ilə tam halında eyniləşdirsin. Xilas olmaq - ruhun boy atması yoludur.
Ölməzliyin ən ali təzahürü - Allahla birləşməkdir. Tərəqqi Allahla birləşmək üçün tükənməz cəhddir. Upanişadlar Vedlərin mərasimçiliyi əleyhinə çıxış edirdilər.
B.e.ə. VI-V əsrlərdə üç dünyəvi dindən biri olan dini təlim - buddizm meydana gəlir. Buddizm aşağıdakı əsas müddəaları irəli sürür: 1) həyat işgəncələrlə doludur; 2) iztirablann səbəbləri mövcuddur; 3) bu işgəncələrdən azad olmaq və onun qarşısını almaq imkanı var. Elə insanın anadan olması öz arxasınca zəncirvari olaraq işgəncələr gətirir. Buddist aqillər öyrədirlər ki, idrakın məqsədi insanı əzab-əziyyətdən azad etməkdir. Buddist əxlaqın əsasında belə bir inam dayanır ki, işgəncələrdən ölümdən sonrakı dünyada deyil, indiki həyatda azad olmaq olar. İşgəncələrdən bu yolla azad olmaq buddistlərdə «nirvana» adlanır. Bu sözün hərfi mənası sanskritcə «sönmək», «dayanma» deməkdir. Nirvana dedikdə buddistlər soyuqqanlı, sakit olmaq vəziyyətini, ağrı və əziyyət gətirən hər şeydən azad olmağı, xarici aləmdən, hətta fikir dünyasından da tamamilə təcrid olunmağı nəzərdə tuturlar. Nirvana vəziyyəti ruhu əritmək yox, onun sonu olmayan daimi səadətə qovuşmasıdır; bu ruhun yaşamaqdan deyil, bədəndən xilas olmasıdır. Belə vəziyyət ölümdən sonra yenidən doğulmağı mümkünsüz edir. Buddizmin banisi Siddxartxa Qautama (b.e.ə. təxm. 623-544) olmuşdur. Budda adı ona sonradan verilib. «Budda» sanskritcə açıq, aydın, ali həqiqətə çatan deməkdir.
Hindistanda ən qədim materialist fəlsəfi cərəyan lokayata (çarvak) təlimi olmuşdur. Belə hesab edilir ki, bu cərəyanın əsası b.e.ə. I minilliyin ortalannda müdrik aqil Brixaspati tərəfindən qoyulmuşdur. Lokayata maddi dünyadan başqa hər hansı başqa aləmin mövcudluğunu inkar edir.
Yeni eranın əvvəllərindən başlayaraq Hindistanda yaşayan müxtəlif etnik qrupların mədəniyyətlərinin uzun tarixi təkamüldən sonra tədricən birləşməsi hinduizmin yaranmasına gətirib çıxartdı. Bu dini təlim daha çox vedizm, xüsusən brahmanizm ideyalarının bilavasitə təsiri nəticəsində yaranmışdı. Hinduizmin fəlsəfi cəhətdən əsaslandırılması aşağıda adları çəkilən altı sistemdə baş verir, bu sistemlərin də hər birində xeyli məktəblər var
Sankxya. Əsası Kapila tərəfindən hələ b.e.ə. qoyulmuş bu sistem b.e. təxminən III əsrində artıq müstəqil bir təlim kimi fəaliyyət göstərməyə başlayır. Bu təlimə görə «dünyanın əsası»nı nə isə şüurlu olmayan bir şey təşkil edir. Sankxya öyrədirdi ki, dünyanın ilk səbəbi olan maddi başlanğıc - prakrit (materiya, təbiət) mövcuddur.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə