Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Mikroelementlər  mübadiləsi  və  bioloji  rolu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə129/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   125   126   127   128   129   130   131   132   ...   136
BIOKIMYA MUHAZIRELER

4.  Mikroelementlər  mübadiləsi  və  bioloji  rolu:
  Heyvan  orqanizmində 
mikroelementlər  mühüm  fizioloji  funksiya  yerinə  yetirir.  Bir  çox  fermentlərin 
(karboanhidraza, uratoksidaza, tirozinaza, prolidaza, ksantinoksidaza, fosfopiruvat-
hidrataza  və  s.)  hormonların  və  vitaminlərin  tərkib  hissəsi  mikroelementlərdən 
ibarətdir,  mübadilə  proseslərinin  fəallaşmasında,  qandoğurmada,  toxuma  tənəffü-
sündə, boy və inkişaf proseslərində iştirak edir.  
Mikroelementlərin üzvi birtləşmələri qeyri-üzvi birləşmələrinə nisbətən daha 
qüvvətli  təsir  göstərir.  Məsələn,  20  mq  qeyri-üzvi  kobalt  0,004  mq  üzvi  kobaltla 
əvəz olunur.  
Mikroelementlərin  çatışmazlığından  bir  sıra  xəstəliklər  baş  verir,  heyvan-
ların boy və inkişafı ləngiyir, məhsuldarlığı azalır. Bu da xarici mühitdə: torpaqda, 
suda,  bitkilərdə  onların  azlığından  və  ya  artıqlığından  irəli  gəlir.  Bu  məsələlərin 
öyrənilməsi  ilə  biogeokimya  elmi  məşğul  olur.  Biogeokimya  kainatın  kimyəvi 
tərkibi  ilə  orqanizmin  elementar  kimyəvi  tərkibi  arasındakı  əlaqəni  və  mübadilə 
proseslərini öyrənir. Biogeokimyanın banisi akademik V. İ. Vernadskidir. Hazırda 
bəzi  ölkələrdə  bir  sıra  biogeokimyəvi  əyalətlər  müəyyən  edilmişdir.  Bu  da 
mikroelementlərin  xarici  mühitdə  yayılma  dərəcəsini  (azlığını  və  artıqlığını) 
göstərir.  Bu  məsələni  ilk  dəfə  öyrənən  akademik  L.  P.  Vinoqradov,  sonralar  isə    
V. V. Kovalski, Y. V. Peyve, Y. M. Berzin, M. A. Riş, R. K. Dautov və başqaları 


174 
 
olmuşdur. Bu biogeokimyəvi əyalətlərə görə insan və heyvanların mikroelement-
lərlə nə dərəcədə təmin olunduğu müəyyən edilir və bir sıra əməli tədbirlər həyata 
keçirilir.  Bu  sahədə  Azərbaycanda  da  xeyli  işlər  aparılmışdır  (Ə.  Güləhmədov,      
İ. Eyyubov, F. Hacıyev, Q. Xəlilov, K. Daşdəmirov və başqaları).  
Azərbaycanın  çox  rayonlarında  (Şəki–Zaqatala,  Lənkəran–Astara,  Laçın–
Kəlbəcər,  Gəncə  -  Qazax,  Muğan  zonalarının  və  s.)  mikroelementlərin  (yod, 
kobalt, mis, manqan və s.) çatışmazlığı və bununla əlaqədar olan bəzi xəstəliklərdə 
(endemik  ur,  enzootik  ataksiya,  alimentar  anemiya  və  s.)  aşkar  edilmişdir.  Lakin 
bir sıra rayonlarda (Daşkəsəndə kobalt, Gədəbəydə mis, Naxçıvanda molibden və 
s.) isə əksinə mikroelementlərin miqdarı çoxdur.  
İnsan və heyvanlar mikroelementləri yediyi qida və içdiyi su ilə qəbul edir. 
Xarici mühitdə kobalt çatışmadıqda heyvanlarda akobaltoz xəstəliyi nəzərə çarpır. 
Bu  xəstəlik  zamanı 
B
12
  vitamininin  sintezi  pozulur.  Çünki  onun  tərkibində  4,5% 
kobalt  vardır.  Ona  görə  də  akobaltoz 
B
12
  avitaminoza  da  səbəb  olur.  Xəstəliyin 
qarşısını almaq üçün və profilaktik məqsədlə heyvanların yeminə kobalt və ya 
B
12
 
vitamini əlavə olunur.  
Yod  orqanizmdə  ən  çox  qalxanabənzər  vəzdə  toplanır  və  tiroksinin 
sintezində  iştirak  edir.  O,  çatışmayanda  endemik  ur  xəstəliyi  baş  verir.  Yodun 
çatışmamazlığına donuzlar, xüsusən cavanları daha həsasadır. Yodun çatışmamaz-
lığının  qarşısını  almaq  üçün  insan  və  heyvanlara  verilən  xörək  duzuna  natrium 
yodid  (100 kq-a 1 q) qatılır.  
Mis  orqanizmdə  ən  çox  qaraciyərdə  və  dalaqda  toplanır.  Bu  mikroelement 
qanyaratmada  və  hemoqlobinin  sintezində  iştirak  edir.  Orqanizmdə  mis  çatışma-
dıqda qoyunlarda enzootik ataksiya (yalama) xəstəliyi baş verir, qanazlığı (anemi-
ya) əmələ gəlir.  
Manqan  ən  çox  qaraciyərdə  və  böyrəklərdə  olur.  Fermentlərdən  peptidaza-
ları, fosfatazaları, arginazanı, karboksilazanı,  xolinesterazanı və s.-ni fəallaşdırır. 
ATF-lə fəal kompleks: Mn ATF
2-
 əmələ gətirir.  
Manqanın  çatışmazlığı  qanyaranma  prosesinə,  cinsi  yetişməyə,  daxili 
sekresiya vəzilərinin fəaliyyətinə mənfi təsir göstərir. 
Manqanın  çatışmazlığına  quşlar  daha  həssasdır.  Onlarda  perozis  adlanan 
xəstəlik  baş  verir.  Bu  isə  ətrafların  və  qanadların  sümüklərinin  deformasiyası  ilə 
xarakterlənir.  
Molibden  xarici  mühitdə  çox  olduqda  heyvanlarda  xroniki  molibden 
toksikozu  əmələ  gəlir.  Boy  prosesi  dayanır,  anemiya  baş  verir,  diri  çəki  azalır. 
Qoyunlarda yun məhsuldarlığı pozulur.  
Orqanizmdə  təbii  radioaktiv  elementlərin  əhəmiyyəti  də  çoxdur.  Onlardan 
(məsələn,  radioaktiv  karbon)  alınan  enerjidən  mübadilə  proseslərində  istifadə 


175 
 
olunur.  Bu  məsələləri  radiobiologiya  öyrənir.  Hazırda  radiobiologiya  elminin 
sürətlə inkişafı da bununla əlaqədardır.  
Mikroelementlərin  maldarlıqda:  heyvanların  normal  inkişafında  və 
məhsuldarlığında  əhəmiyyəti  böyükdür.  Ona  görə  də  heyvanların  yemləndirilmə-
sində  onların  mikroelementlərə  olan  təlabatı  və  yemlərdə,  yem  payında,  kifayət 
qədər olmasına da fikir verilməlidir.   
 
 


176 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə