Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


 Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə128/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   124   125   126   127   128   129   130   131   ...   136
BIOKIMYA MUHAZIRELER

  3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər:
 Bütün canlıların 
həyatında  duzların  da  rolu  az  deyildir.  Duzlar  ən  çox  (təxminən  84%)  insan  və 
heyvanların sümüklərində olur. Sümük toxumasının 85%-ni kalsium-fosfat, 10%-
ni isə kalsium-karbonat təşkil edir. Sümüklərdə 1,5% maqnezium-fosfat da vardır. 
Küldə 0,3% kalsium-flüorid də olur.  
Duzlar  orqanizmdə  buferli  sistemlərin  də  (fosfat,  karbonat  buferləri  və  s.) 
əmələ gəlməsində, osmos təzyiqinin yaranmasında iştirak edir.  
Kalsiumun  orqanizmdə  miqdarı  2%-ə  yaxın,  maqnezium  0,05%,  kalium 
0,3%, natrium 0,15% və flüor 0,009% olur. Orqanizm duzları qida və içilən su ilə 
qəbul edir. İnsan və heyvanların duzlara olan təlabatı onların yaşından, qidasından, 
ilin  fəslindən,  fizioloji  və  patoloji  halından  və  s.  amillərdən  asılıdır.  İnsanın 
sutkalıq təlabatı kalsiuma 0,7–0,8 
q
, fosfora 1,5–2 
q
, natriuma 4–8 
q
, kaliuma 2–3 
q
, xlora 2–4 
q
 təşkil edir. Heyvanların diri çəkisinin hər 100 
kq
-na sutkada inəkdə 

q
, atda 35 
q
, qoyunda 3–10 
q
 kalsium, müvafiq olaraq 2,5 
q
, 37 
q
 və 1,5–5,5 
q
 
fosfor  tələb  edilir.  Bəzi  duzlar  (kalsium-karbonat,  maqnezium-karbonat,  kalsium-
fosfat, maqnezium-fosfat) suda pis həll olur. Pankreas şirəsi və öd onların sorulma-
sını asanlaşdırır.   
 
 
 
Duzların  orqanlarda  paylanması  müxtəlifdir.  Kalsium,  maqnezium  və 
fosforun duzları ən çox sümüklərdə, xörək duzu dəridə, dəmir qaraciyərdə toplanır. 
Onlar  sidiklə,  tərlə  (natrium  xlorid)  və  nəcislə  ifraz  olunur.  Civə,  qurğuşun  və 


171 
 
bismut  duzları  yoğun  bağırsağın  selik  qişası ilə ifraz  edilir.  Kalsium-fosfatlar  isə 
əsas sidiklə və qismən nəcislə ayrılır.  
Natrium  və  kalium  bədəndə  fosfat,  karbonat,  xlorid,  sulfat  turşularının 
duzları formasındadır. Bu elementlərin müəyyən hissəsi ionlaşmış halda, bir qismi 
də zülallar, nuklein turşuları və başqa maddələrlə birləşmiş vəziyyətdədir.  
Natrium  bioloji  mayelərdə,  kalium  isə  toxumalarda  çoxdur.  Məsələn,  qan 
zərdabında natrium 335 mq%, kalium 20 mq%, əzələlərdə isə natrium 38 mq% və 
kalium  320  mq%-dir.  Kaliumun  95%-dən  çoxu  eritrositlərdədir.  Bu  elementlər 
osmos  təzyiqinin  yaranmasında  (xüsusilə natrium), buferli  məhlulların  əmələ  gəl-
məsində, ayrı-ayrı orqanların (sinir sistemi, ürək, əzələlər, damarlar və s.) fəaliyyə-
tində iştirak edir. Natrium əzələlərin oyanmasını artırır, kalium isə əksinə ləngidir.      
Qidada  natrium  az  olanda  insan  və  heyvanlarda  adinomiya  xəstəliyi  baş 
verir.  
Kalsium ən çox (97%) fosfat və karbonat turşusunun duzları şəklində sümük 
toxumasında  rast  gəlinir.  Qalan  orqan  və  toxumalarda  ion  şəklində,  yaxud 
zülallarda (məsələn, kazeinlə) birləşmiş haldadır. 
Kalsium sinir oyanmalarını, toxuma zülallarının su ilə birləşmək qabiliyyə-
tini, hüceyrələrin sızma xüsusiyyətini (keçriciliyini) azaldır, qanın laxtalanmasında 
iştirak  edir,  ürəyin  fəaliyyətini  artırır.  Fermentlərin  fəallığına  da  təsir  göstərir. 
Lesitinazanı fəallaşdırır, dipeptidazaların fəallığını azaldır.  
Kalsium 25–35% sidiklə, 65–75% isə nəcislə ifraz olunur.  
Maqnezium  hüceyrədaxili  kationdur.  Mitoxondriyalarda  oksidləşməklə 
fosforlaşmanı sürətləndirir. Nüvədə və ribosomlarda zülallarla və nuklein turşuları 
ilə  birləşmiş  halda  olur.  O,  ADF  və  ATF-lə  komplekslər  əmələ  gətirməklə  onları 
fəallaşdırır. Bu da pirofosfat qrupunun ikivalentli kationlarla birləşmək qabiliyyəti 
və hüceyrələrdə maqnezium ionunun qatılığının çoxluğu ilə əlaqədardır.  Kalsium 
və  maqnizium  mübadilə  proseslərində  bir-birinin  antoqanistidir.  Maqnizium  çox 
qəbul edildikdə, o kalsiumu zülalların və mineral birləşmələrin tərkibindən sıxışdı-
rıb çıxarır. Onun artıq miqdarı böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. 
 
 
 
                                                                      Mg
2+
 
                                                       O
-
      
-
O        O 
                                                       │        │        │ 
Mg ATF
2-
         
Adenin-riboza 
─O─P─O─P─O─P─O
-
 
                                                                  ║        ║ 
                                                                  O        O 
 
                                                      O             O 
                                                      ║             ║ 
Mg ADF
-
        
Adenin-riboza
 ─O─P──O──P─O
-
 
                                                      │             │ 
                                                     
-
O─Mg
2+
─O- 


172 
 
Maqnezium  ionunun  ATF-lə  kompleks  əmələ  gətirmək  qabiliyyəti  ADF-ə 
nisbətən 10 dəfə çoxdur. ATF isə MgATF
2-
 kompleksi şəklində daha fəal olmaqla, 
fermentativ  reaksiyalarda  fosfatın  donoru  rolunu  oynayır.  Maqnezium  ionu 
mübadilə proseslərində vacib biostimulyatordur, zülalların biosintezində, irsiyyətlə 
əlaqədar  çevrilmələrin  nizamlanmasında,  əzələlərin  qısalmasında,  bir  sıra 
fermentlərin (fosfataza, peptidaza, karboksilaza və s.) fəallaşmasında iştirak edir.  
Maqneziumun  70%-ə  yaxını  fosfatlar  və  karbonatlar  şəklində  sümük  toxu-
masındadır.  
Fosfor fosfat turşusunun duzları şəklindədir. O, bəzi zülalların (fosfoproteid- 
lər), lipidlərin (fosfatidlər), karbohidratların törəmələrinin (monosaxaridlərin fosfat 
efirləri),  nukleotidlərin  (nukleozidfosfatlar)  və  s.  birləşmələrin  də  tərkibinə  daxil 
olur. 
Mübadilə proseslərdə: zülalların, karbohidratların, yağların parçalanmasında 
fosforun rolu çox böyükdür.  
Fosfat  turşusu  bir  sıra  kofermentlərin  də  tərkib  hissələrindən  biridir.  O, 
kalsiumla  birlikdə  sümük  toxumasının  əsasını  təşkil  edir.  Bədəndəki  fosforun  
87%-i  sümük  toxumasındadır.  Bunların  yəni  fosfor  və  kaliumun  mübadiləsi 
pozulduqda tetaniya, raxit və osteomalyasiya xəstəliyi baş verir.  
Kükürd  əsas  üzvi  birləşmələrin:  bəzi  aminturşularının,  peptidlərin 
(qlütation), zülalların, hormonların və fermentlərin tərkibində olur.  
Kükürd bəzi vitaminlərdə də (tiamin, biotin) vardır. Bunlarda kükürd reduk-
siyalaşmış  formada:  hidrogen-sulfidin  qalığı  şəklindədir.  Kükürd  sulfhidril  qrupu 
şəklində oksidləşmə-reduksiya reaksiyalarında mühüm rol oynayır. Lakin mukopo-
lisaxaridlərdə kükürd oksidləşmiş formada, sulfat turşusunun qalığı şəklindədir.  
Kükürd  ən  çox  tükdə  (yunda),  buynuzda,  dırnaqda  və  lələkdə  olur.  Onun 
qeyri-üzvi birləşmələrinin çoxu (60%-ə yaxını) dəridə toplanır.  
Kükürd  orqanizmdə  əmələ  gələn  bir  sıra  zərərli  maddələrin  (fenol,  krezol, 
indol,  skatol  və  s.)  sulfat  turşusunun  efirləri  şəklində  zərərsizləşməsində  mühüm 
rol oynayır. O, orqanizmə zülallarla daxil olur. Onun çox hissəsi (60–70%) sidiklə 
sulfatlar  (natrium-sulfat,  kalium-sulfat,  ammonium-sulfat,  kalsium-sulfat,  maqne-
zium-sulfat), az qismi isə sulfat turşusunun efirləri (fenol-kükürd, indoksilkükürd, 
krezolkükürd turşuları və s.) şəklində ifraz olunur.  
Dəmir  ən  çox  (60–70%)  porfirinin  törəmələrində  (hemoqlobin,  mioqlobin), 
katalazada, peroksidaza  və sitoxromlarda olur, zülal komplekslərində isə  nisbətən 
azdır. Qan plazmasında beta-qlobulinlərlə birləşərək transferrin əmələ gətirir.  
Dəmir  orqanizmdə  baş  verən oksidləşmə-reduksiya  proseslərində, immuno-
bioloji  reaksiyalarda,  boy  artımı  və  qanyaranma  proseslərində  aktiv  iştirak  edir. 
Dəmir  mübadiləsi  qan  zərdabında  dəmirin  daşıyıcısı  rolu  oynayan  ixtisaslaşmış 
zülali maddə-siderofillin vasitəsilə həyata keçirilir.  


173 
 
 
 
 
Dəmir zülal komplekslərindən ən çox (quru çəkiyə görə 17–25%) ferritində 
olur. Bu da əsas qaraciyərdə və dalaqdadır.  
Xlor  bütün  toxumalarda  və  bioloji  mayelərdə  ion  halındadır.  Bu  ən  çox 
mədə  şirəsində  xlorid  turşusunun  tərkibində,  qan  plazmasında,  xörək  duzunda 
mövcuddur.  Bioloji  mayelərdə  osmos  təzyiqinin  yaranmasında  xlorun  da  rolu 
böyükdür. Qanın osmos təzyiqinin 65–70%-i xloridlərlə əlaqədardır.  
Flüor sümüklərdə, dişlərdə kalsium-flüorid şəklindədir. Bunun artıqlığından 
dişlərdə  ləkə  əmələ  gəlir.  Bu  da  xallı  emal  adlanır.  Flüorid  az  olanda  isə  dişin 
emalı sərtliyini itirir.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə