Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Lipid  mübadiləsinin  pozğunluqları



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə124/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   136
BIOKIMYA MUHAZIRELER

8.  Lipid  mübadiləsinin  pozğunluqları:
  Yağların  və  lipoidlərin  həzm 
olunmasında mədəaltı vəzinin ifraz etdiyi fermentlərin (lipazanın) və ödün mühüm 
rolu vardır. Buna görə də, mədəaltı vəzi şirəsinin və ödün bağırsağa tökülməsinin 
pozulması  yağların  orqanizm  tərəfindən  mənimsənilməsini  nəzərə  çarpacaq 
dərəcədə azaldır.  
Mədəaltı  vəzi  şirəsinin  bağırsaq  mənfəzinə  ifraz  edilməsinə  maneəçilik 
törədən  xəstəliklər  nəcisdə  yağların  miqdarının  kəskin  sürətdə  artmasına 
(steatoreya) səbəb olur.  
Pankreas  şirəsinin  bağırsaqlara  tökülməsinin  pozulması  ilə  nəticələnən 
xəstəliklər  anadangəlmə  və  qazanılma  ola  bilər.  Anadangəlmə  xəstəliklərə 
pankreas  kanalının  aplaziyasını,  mədəaltı  vəzinin  hipoplaziyasını  və  fibrozunu 
misal göstərmək olar. Bunlardan mədəaltı vəzinin fibrozu nisbətən çox rast gəlinir.  
Mədəaltı vəzinin fibrozu autosom-resessiv yolla nəslə verilən irsi xəstəlikdir. 
Bu  xəstəlik  zamanı  mədəaltı  vəzinin  selik  ifraz  edən  hüceyrələrində  fermentativ 
dəyişikliklər  baş  verir  və  onlardan  ifraz  edilən  şirə  yüksək  suvaşqanlığa  malik 
olduğuna  görə,  tədricən  vəzin  parenximasını  fibrozlaşdırır.  Yaşlı  şəxslərdə 
pankreatik  steatoreyaya  kəskin  və  xronik  pankreatidlərə,  həmçinin  mədəaltı 
vəzinin axacağının tutulması kimi xəstəliklərə də təsadüf etmək olar.  
 Öd  axacağının  tutulması,  xolesistit  (öd  kisəsinin  iltihabı)  və  öd  ifrazının 
pozulması  ilə  müşayiət  olunan  bəzi  qaraciyər  xəstəlikləri  (məsələn  Botkin 
xəstəliyi)  zamanı  bağırsaqlarda  yağların  həm  həzmi,  həm  də  sorulması  azalır, 
çünki  bağırsaqlara  düşmüş  yağlar  əvvəlcədən  ödün  təsiri  ilə  emulsiyalaşdıqdan 
sonra həzm olunurlar. Yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşular 
isə yalnız öd turşuları ilə kompleks birləşmələr (xolein turşuları) əmələ gətirdikdən 
sonra  bağırsaq  divarından  sorulur.  Bağırsaq  möhtəviyyatında  ödün  miqdarı 
azaldıqda,  yağların  parçalanması  nəticəsində  əmələ  gələn  üzvi  turşuların  hamısı 
xolein  turşularına  çevrilə  bilmir  və  buna  görə  də  bağırsaq  divarından  sorulmur. 
               O                                                              O 
 
CH
2
−O−C−C
15
H
31
              
Fosfatidatfos-
       CH
2
−O−C−C
15
H
31
 
              O                        
      fohidrolaza                                  

 
CH−O−C−C
15
H
31
 + H
2
O                         CH−O−C−C
15
H
31
 + H
3
PO
4
 
 
                   OH 
CH
2
−O−P=O                                           CH
2
−OH 
                   OH 
  Fosfatidildipalmitin                                             Dipalmitin (diqliserid) 


166 
 
Belə  hallarda  nəcis  bozumtul-ağ  rəngdə  olur,  onun  tərkibində  çoxlu  miqdarda 
parçalanmamış yağlar və sorulmamış yağ turşuları aşkar edilir (axolik nəcis).  
Bəzi mədə-bağırsaq xəstəliklərində (kəskin enterokolit, dizenteriya, bağırsaq 
vərəmi,  qastritlər  və  s.)  qida  maddələrinin  həzm  sistemində  hərəkəti  sürətlənir  və 
bağırsaq  divarlarının  selikli  qişasında  anatomik  dəyişikliklər  meydana  çıxır  ki, 
bunlar da yağların sorulmasının pozulmasına səbəb ola bilər. 
Qida  maddələrinin  tərkibindən  yağların  və  lipoidlərin  tamamilə  çıxarılması 
yolverilməz haldır, çünki onların qida maddələrinin tərkibindən çıxarılması nəticə-
sində  orqanizm  yağlarda  həll  olan  vitaminlərdən  (
A,  D,  E,  K
)  və  əvəzedilməyən 
yağ turşularından (linol – 
C
17
H
31
COOH, 
linolen – 
C
17
H
29
COOH
) məhrum olur.  
Xolesterin  mübadiləsinin  pozulmaları  ateroskleroz,  öd  daşı  xəstəliyi, 
ksantomatoz  (idiopatik  hiperxolesterinemiya),  lipoidli  nefroz  və  s.  xəstəliklərin 
əsasını  təşkil  edir.  Ateroskleroz  xəstəliyi  qanda  xolesterinin  artması  ilə  müşayiət 
olunur.  Öd  daşlarının  ümumi  kütləsinin  əsas  hissəsini  (90%-ə  qədər)  xolesterin 
təşkil edir. Xolesterin normal halda ödün tərkibində məhlul halında olur. Suda həll 
olmayan  xolesterinin  məhlul  halında  qalmasında  öd  turşularının  mühüm  rolu 
vardır. Xolesterinin kristallaşaraq çöküntüyə keçməsi nəticəsində öd daşları əmələ 
gəlir.  Bu  kristal  daşlar  oksalat,  urat,  fosfat,  karbonat  duzlarının  həll  olmayan 
çöküntüləridir.  Xolesterin  mübadiləsinin  pozulmaları  praktiki  təbabətin  mühüm 
problemlərindən  biridir.  Bu  problem  haqqında  tələbələr  “Patoloji  fiziologiya” 
kursunda  və  klinik  kafedralarda  daha  ətraflı  məlumat  alacaqlar  və  onun  aradan 
qaldırılması yolları haqqında məlumat əldə edəcəklər.  
 
 
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə