Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə126/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   136
BIOKIMYA MUHAZIRELER

 
 
 
P L A N  
 
 
 
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumat 
2. Suyun mübadiləsi və orqanizmdə rolu 
3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər 
4. Mikroelementlər mübadiləsi və bioloji rolu 
 


168 
 
 
 
 
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumat
İnsan və heyvanların 
bədənində  mineral  maddələrdən  su  və  duzlar  olur.  Bunlar  da  molekul  və  ionlar 
şəklində,  həm  də  başqa  maddələrlə  (zülallar,  karbohidratlat,  turşular  və  s.) 
birləşmiş halda təsadüf edilir.  
Duzlara  molekul  halında  əsas  sümük  toxumasında  və  qismən  hüceyrələrin 
tərkibində  rast  gəlinir.  Onlar  birləşmiş  halda,  yaxud  ionlar  şəklində  hüceyrə  və 
toxumaların  əmələ  gəlməsində  və  s.  (molekulların  formalaşmasında  da  )  iştirak 
edirlər.  
Su toxumalarda zülallarla, lipidlərlə, karbohidratlarla birləşmiş haldadır. Bu 
da onlardakı funksional qruplarla (karboksil, hidroksil, keton, aldehid qrupları və 
s.),  su  ilə  onun  dissosiasiya  məhsullarının:  hidrogen  və  hidroksil  ionlarının 
xassələri ilə əlaqədardır. Su birləşmiş halda sərbəst formaya nisbətən çox az olur. 
Əzələlərdə suyun birləşmiş forması onun maksimum 
1%-
ni təşkil edir.  
Mineral maddələrdən çoxluğu təşkil edən sudur. O, polifunksional maddədir. 
Su  polyarlıq  xassəsinə  və  hidrogen  rabitəsi  yaratmaq  qabiliyyətinə  malik 
olduğundan  orqanizmdə  həlledici  rolunu  oynayır.  O,  bədəndə  temperaturun 
nizamlanmasında iştirak edir. Bu da istilik tutumunun çoxluğu ilə izah olunur.  
Su bioloji mayelərin (qan, sidik, öd, həzm şirəsi və s.) əsasını təşkil edərək, 
bədəndə onların hərəkətinə də şərait yaradır. O, ifrazatda da iştirak edir. Maddələr 
mübadiləsi  nəticəsində  əmələ  gələn  son  məhsullar  sulu  məhlullar  şəklində  ifrazat 
orqanlarına aparılır və bədəndən xaric olunur. Buna sidik, tər və s. misal göstərilə 
bilər.  
Su  mübadilə  proseslərində  də  qida  maddələrinin  parçalanmasında,  yeni 
maddələrin biosintezində də iştirak edir. Su mexaniki funksya da daşıyır: oynaqları 
hərəkət  zamanı  sürtünmə  ilə  zədələnmədən  qoruyur.  Bütün  bu  göstərilənlərlə 
əlaqədar olaraq, insan və heyvan 20%-dən çox su itirdikdə ölür.  
Mineral  maddələr  miqdarına  görə  2  qrupa:  makroelementlərə  və 
mikroelementlərə bölünür.  
Makroelementlərin  orqanizmdə  miqdarı  0,001%-ə  qədərdir.  Bu  miqdardan 
az,  yəni  10
-3
─10
-12
%  arasında  olan  elementlərə isə    m  i  k  r  o  e  l  e  m  e  n  t  l  ə  r  
 
 


169 
 
deyilir.  Makroelementlərə:  kalsium,  maqnezium,  natrium,  kalium,  xlor,  kükürd, 
fosfor  və  s.  mikroelementlərə:  mis,  yod,  kobalt,  sink,  manqan,  molibden  və 
başqaları aidddir.  
Makroelementlərə  orqanizmdə  əsas  qeyri-üzvi  birləşmələr:  sulfat,  fosfat, 
karbonat,  xlorid,  flüorid  turşularının  duzları  şəklində  təsadüf  olunur.  Bu  duzlar 
osmos təzyiqinin yaranmasında, buferli məhlulların əmələ gəlməsində, turşu-qələvi 
müvazinətində də iştirak edir.   
Mikroelementlər əsasən üzvi birləşmələrin: zülalların, fermentlərin, vitamin-
lərin  və  hormonların  tərkibində  olur.  Məsələn,  zülallardan  hemoqlobində  dəmir, 
vitaminlərdən siankobalamində kobalt, fermentlərdən ksantinoksidazada molibden, 
karboanhidrazada sink, hormonlardan tiroksində yod vardır.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə