Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Suyun  mübadiləsi  və  orqanizmdə  rolu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə127/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   136
BIOKIMYA MUHAZIRELER

2.  Suyun  mübadiləsi  və  orqanizmdə  rolu:
  Su  orqanizmdə  diri  çəkinin 
yarıdan  çoxunu  (50–80%-ni)  təşkil  edir.  Bu  da  heyvanın  növündən,  yaşından, 
yemindən,  yemlənməsindən  və  s.  amillərdən  asılıdır.  Yaşlı  heyvanlarda  suyun 
miqdarı  cavanlara  nisbətən  azdır.  Əgər  yeni  doğulan  buzovun  bədənində  suyun 
miqdarı  75%  təşkil  edirsə,  yaşlı  öküzdə  55%  olur.  Orta  köklükdə  olan  qoyunun 
bədənində  50–60%,  çox  kök  qoyunda  isə  35–45%  su  vardır.  Bədəndə  müxtəlif 
orqanlarda  su  eyni  miqdarda  paylanmır.  Məsələn,  bədəndəki  suyun  mütləq 
miqdarının  48%-i  əzələdə,  11%-i  dəridə,  8%-i  qandadır.  Beləliklə,  heyvan 
orqanizmindəki  suyun  mütləq  miqdarının  çoxu  əzələlərdə,  dəridə,  bağırsaqlarda, 
sümüklərdə  və  qanda,  azı  isə  ağciyərdə,  beyində,  böyrəklərdə  və  dalaqda 
mövcuddur.  Orqanizmdə  və  bioloji  mayelərdə  də  suyun  miqdarı  müxtəlifdir. 
Məsələn,  qaraciyərdə  70%,  əzələ  toxumasında  75%,  beyində  70–84%,  böyrəklər-
də 82%, qanda 85%, tüpürcəkdə 99,4%, sümük toxumasında 16–46% su var.   
İnsanın  bədənində  olan  suyun  ⅔  hissəsi  hüceyrələrdə,  qalanı  isə  ondan 
xaricdə olur.  
Insan və heyvan suyu xaricdən qida ilə və içməklə qəbul edir. İnsan sutkada 
2,5-2,8 
l
, at 15-18 
l
, camış 42-91 
l
 mənimsəyir. Su orqanizmin özündə də, mübadi-
lə zamanı qida maddələrinin oksidləşməsində də yaranır. Toxumalarda 1 kq nişasta 
oksidləşdikdə  600  ml,  1kq  zülaldan  400  ml  və  1  kq  yağdan  isə  1 
l
-dən  çox  su 
əmələ  gəlir.  Buna  görə  də  onun  balansı  həmişə  mənfi  olur.  Qəbul  olunan  sudan 
ifraz  edilən  suyun  miqdarı  təxminən  15%  çoxdur.  Su  qismən  mədədən  və  əsas 
bağırsaqlardan sorulur. Bədəndə onun əsas deposu dəri sayılır. Çünki içilən suyun 
80%-i  ehtiyat  halında  dəridə  toplanır.  Suyun  bədəndə  saxlanmasını  natrium  ionu, 
əksinə, ifrazını isə kalium və kalsium ionları artırır, toxumaların dehidratasiyasına 
səbəb olur.  
Su  bədəndən  əsasən  sidiklə  gedir.  Bədəndən  çıxan  suyun  təxminən  50%-i 
sidiklə, 30%-i dəri və ağciyərlə, qalanı isə bağırsaqdan nəcislə ayrılır. İnsan sidiklə 
sutkada 1,5 
l
, at 4–8 
l
 su ifraz edir.  


170 
 
Suyun mübadiləsində dəri və böyrəklərin də əhəmiyyəti çoxdur. Böyrəklərin 
normal fəaliyyəti zamanı insan orqanizmindən içilən suyun 80%-i 3–4 saata, atınkı 
30–54%-i və inəyinki 33–61%-i 4–6 saata xaric olur.    
Suyun  mübadiləsinə  bəzi  daxili  sekresiya  vəzilərinin  (qalxanabənzər, 
hipofiz, mədəaltı vəzi və s.) hormonları da təsir göstərir. Buna misal vazopressini, 
tiroksini və s.-ni göstərmək olar.  
Tiroksin  suyun  ifrazatını  artırır,  vazopressin  və  insulin  isə  azaldır, 
toxumalarda  saxlanmasına  şərait  yaradır.  Suyun  mübadiləsinin  nizamlanmasında 
sinir sistemi də (beyin qabığı, ara beyin, boz qabıq) iştirak edir.    

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə