Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə121/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   136
BIOKIMYA MUHAZIRELER

5.  Sterinlərin  mübadiləsi:
  Sterinlərin  ən  əhəmiyyətlisi  xolesterindir.  Bu 
orqanizmdə  həm  sərbəst,  həm  də  yağ  turşularının  efirləri  (steridlər)  və  zülallarla 
kompleks formada olur.  
Xolesterindən orqanizm üçün bir sıra çox faydalı fizioloji fəal maddələr: öd 
turşuları,  tənasül  hormonları,  kortikosteroidlər, 

–  vitamini  və  s.  əmələ  gəlir. 
Xolesterin toxumaların su ilə birləşməsində iştirak edir, toksinləri zərərsizləşdirir. 
Sterinlər orqanizmdən müxtəlif yollarla: ödlə, bağırsağın divarından, dəri ilə və s. 
toxumalarla  ayrılır.  Yoğun  bağırsağın  möhtəviyyatında  həmişə  xolesterinin 
mikrofloranın təsiri ilə reduksiyalaşma məhsulu olan koprosterinə təsadüf edilir.  
 
 
 
 
 
Qoyunlarda dəri piyi ilə daimi steridlər də ifraz olunur.  
Xolesterin  oksidləşdikdə  siklik  nüvəsi  parçalanır  və  son  mərhələdə  enerji 
ayrılır. Ona görə də uzun müddətli iş zamanı qanda və başqa orqanlarda xoleste-
rinin miqdarı azalır.  
Xolesterin bütün orqan və toxumalrda, xüsusilə qaraciyərdə, dalaqda, beyin-
də,  ağciyərdə  və  s.-də  sintez  edilir.  Bu  məqsədlə  sirkə, piroüzüm,  yağ,  asetosirkə 
turşularından və başqa birləşmələrdən istifadə olunur. Həmin çevrilmələr ATF-in, 
koenzim-A-nın, NADF-ın, qlütationun, maqnezium ionunun və s. maddələrin isti-
rakı  ilə  gedir.  Bunlardan  bir  sıra  aralıq  çevrilmələr  nəticəsində  mevalon  turşusu, 
skvalen, lanosterin və ən nəhayət, xolesterin əmələ gəlir.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xolesterin isə asetil-KoA ilə birləşməklə xolesteridlərə çevrilir. 
        (CH
2
)
2
OH                                        
           │ 
HO─C─CH
3
                       
         │                                                
         CH
2
─COOH                   
 
Mevalon turşusu
              
HO 
Xolesterin
 


162 
 
Xolesterinin mübadiləsi pozulduqda (ateroskleroz zamanı və s.) damarların  
divarında  çökür  və  onların  elastikliyini  pozur.  Arteriya  damarlarında  təzyiq 
artdığından  damarlar  da  partlayır.  Belə  hal  ən  çox  yaşlı  insan  və  heyvanlarda 
müşahidə  olunur.  Bu  zaman  qanda  və  başqa  toxumalarda  xolesterinin  miqdarı 
çoxalır. Buna  h i p e r x o l e s t e r i n e m i y a  deyilir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə