Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə159/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   153   154   155   156   157   158   159   160   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
Biologiyanın  tədrisi  yeniyetməlik  yaş  dövrünü  əhatə  edir.  Yeniyetmələr 
ətrafl a rında  baş  verən  hər  bir  hadisə  ilə  maraqlanırlar.  Hər  şey  onları 
həyəcanlandırır, heç bir hadisəyə biganə qala bilmir, pisliyə, yalana qarşı 
barışmaz olur, saxtakarlığı sev mir, həqiqət uğrunda mübarizəyə can atır­
lar. Şagirdlərin təlim fəaliyyətində bir sıra yeni cəhətlər meydana çıxır. Tə­
limin köhnə formaları ilə yeni tələbat və və zi fələri arasında özünəməxsus 
ziddiyyətlər  yaranmağa  başlayır.  Yeniyetmələrin  fizioloji  xüsusiyyətlərinə 
uyğun  olaraq,  təlim  materialının  həm  məzmununda,  həm  də  təlim  me­
todlarında  bir  sıra  köklü  dəyişikliklər  edilir.  Bu  isə  onların  təlim  fəa­
liyyətinə öz təsirini göstərir. Belə ki yeni materialın izahında məntiqi sü­
butların artması şagirdlərin dərsə olan marağını, müstəqillik dərəcəsini ar­
tırır. Nəinki yeni materialın, eyni zamanda yeni bilik sahələrinin müstəqil 
surətdə mənimsənilməsinə ən çox yeniyetməlik dövründə təsadüf olunur. 
Yeniyetmənin təlim prosesində də müstəqilliyə can atması onda baş qal­
dıran yetkinlik hissindən irəli gəlir.
Bu halda müəllim öz peşəkarlığını artırmaq məqsədilə nələri bilməlidir?
Yeniliklər müəllimin qarşısına yeni öhdəliklər və tələblər qoyur. Müəllim 
yalnız  əvvəlki  bilikləri  ilə  kifayətlənmir,  daim  şagirdlərlə  birgə  axtarışda 
olur. O özünün peşəkar inkişafı üçün müəyyən addımlar atmalı, öz təhsil 
fəlsəfəsini müəyyənləşdirməlidir. Bunun üçün o, digər müəllimlərlə daim 
əməkdaşlıq etməli, həmkarları ilə bölüşməlidir. Hədəfə çatmaq üçün gö­
rüləcək işlər müəyyən ləş di ril mə li, işə səmərə verən amillər qeyd edilməli­
dir. Edilən yeniliklər mütəxəssis və müəl limlərlə bölüşülməlidir. 
İlk  növbədə  tədris  edilən  fənnin  məzmununu  və  seçilmiş  mövzuları 
mükəmməl  bil mək  vac ibdir.  Fənnini  yaxşı  bilməyən  müəllim  mövzunu 
yaxşı tədris edə bilməz. Sinifdən­sinfə şagirdlərin inkişaf etməsini və bu 
inkişaf üçün qoyulan tələbləri müəllim mütləq bilməli və tətbiq etməlidir. 
Fənlərarası əlaqələr qurmaq üçün digər fənn müəllimləri ilə əməkdaşlıq 
etmək müəllimin inkişafına təkan verir. Mövzuları bilməklə yanaşı, şagird­
ləri istiqamətləndirməyi bacarmaq da şərtdir. 
Unutmayın  ki,  bütün  pedaqoji  yanaşmalar  fənlərin  hamısı  üçün  eyni 
dərəcədə keçərli deyildir. Hər bir fənnin spesifik xüsusiyyətləri vardır. Bu 
xüsusiyyət Biolo gi ya fənnində özünü xüsusilə büruzə verir. Tarix fənninin 
tədrisində  müəl li min  pedaqoji  yanaşması  biologiya  müəlliminin  yanaş­
ması ilə eyniyyət təşkil edə bil məz. Tarix fənnində sözlər və müzakirələr 


172
əsasdır. Müəllim dərsin gedişində düz gün sualqoyma bacarığına malik ol­
malı,  şagirddən  istədiyini  almaq  üçün  ona  aydın  olan  fikirləri  səsləndir­
məli, tapşırıqlar isə təfəkkürün növlərinə xidmət etmə lidir. Biologiya fən­
ninin tədrisi zamanı isə praktik tapşırıqların icrası, həyati baca rıq ların for­
malaşdırılması, laboratoriya işlərinin icrası və s. əsas götürülür. 

 
 Müəllimlərin peşəkarlığı düzgün tədris və təhsil mühiti yaradılan zaman 
ortaya çıxır. 

 
 Müəllim yeni islahatı, yəni kurikulumu, onun qiymətləndirilməsini daha 
dəqiq reallaşdırmaq imkanına sahib olmalıdır. 

 
 Özünüzü inkişaf etdirərkən şagirdlərin tələblərini, eləcə də maraqlarını 
nəzərə almağı unutmamalısınız. Çünki müasir gənclik daha geniş infor­
ma siyaya  malikdir.  Onun  internetə  çıxış  imkanları  vardır.  Daim  yeni 
infor ma siya əldə edən şagird fərqli dərs görmək istəyir. Yorucu və can­
sıxıcı dərslər onu stimuldan salır. Bu baxımdan dərsin gedişi cəlbedici, 
eləcə də araşdırma xarakterli olarsa, şagird müəyyən bacarıqlar nümayiş 
etdirə bilər. Bu isə sizin peşəkarlığınızın inkişafına səbəb olar. 
Əgər siz işinizin səmərəli olmasını istəyirsinizsə, düzgün standartlar seç­
məklə  düzgün  məqsədlər  qoyulması  işinə  diqqət  yetirin.  Düzgün  seçil­
məyən standart məq sədin reallaşdırılmasına mane olur, bu zaman nəti­
cələr arzuolunmaz ola bilər. Yaxud da standarta uyğun məqsədin qoyul­
maması dərsin səmərəsizliyindən xəbər verir. Standart və ona uyğun qo­
yulan məqsəd sonda şagirdin məqsədəuyğun me yarlarla qiymətləndiril­
məsinə gətirib çıxarır. Qiymətləndirmə dərsin bütün mər hə lələrində özü­
nü əks etdirə bilər. Əsas odur ki, şagirddə formalaşdırılan bacarığın səviy­
yəsi müəyyən edilsin. Başqa sözlə, bilinsin ki, şagird bu gün konkret ola­
raq nə əldə etdi və nəyə nail oldu. 
Siz öz üzərinizdə çalışdıqca öz işinizi təhlil etmək bacarığına malik olmalı­
sınız. Bu, bir növ özünüqiymətləndirmədir. Bu zaman “Mən bu gün nə et­
dim?  Nəyi  əldə  etdim?  Şagirdlər  hansı  bilik  və  bacarıqlara  yiyələndilər? 
Keçən gündən fərqli olan nə idi? Nələri etməli idim? Nələri etdim? Nələri 
etmədim? Daha sonrakı dərslərdə nələri etməliyəm?" kimi suallara cavab 
tapmağa çalışmağınız sizin özünüzə və dərsinizi təhlil etməyinizə yardım­
çı olacaqdır. Aradakı boşluqları götürmək üçün başqalarının təcrübəsin­
dən  istifadə  etmək,  onları  baş  vermiş  problemlərin  aradan  qaldırılması 
yollarında müzakirələrə dəvət etmək lazımdır. 


173

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə