Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə72/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

yaradıcı  tətbiqetmə
  mərhələsində  F  blokundakı  tapşırıqdan  və  yaxud 
standartın  tələbinə  müvafiq,  məqsədləri  reallaşdırmağa  xidmət  edən  müxtəlif 
tip tapşırıqlardan istifadə edə bilərsiniz.
Qiymətləndirmə.
 
Təlim  məqsədlərinə  nail  olmaq  dərəcəsini  aşağıdakı  meyar 
üzrə qiy mət lən di rə bilərsiniz:
  
İzahetmə
I
II
III
IV
Periferik sinir siste­
minin iş me xa niz ­
mini çətinliklə izah 
edir.
Periferik sinir siste­
minin iş mexaniz­
mini izah edər kən 
bəzi səhvlərə yol 
verir.
Periferik sinir sis­
teminin iş me xa­
nizmini müəllimin 
su al larına əsasən 
izah edir.
Periferik sinir siste­
minin iş mexaniz­
mini faktlarla izah 
edir.


67
BİOLOGİYA 
8
Mövzuya  başlamaq  üçün  şagirdlərlə  birlikdə  dərslikdəki  mətni  müzakirə  edə 
bilərsiniz. Şagirdlərin fikirlərini lövhədə qeyd edərək, “Biologiyanın bu prosesləri 
öy rənən sahəsi hansıdır? Həyati proseslərin tənzimlənməsində endokrin sis temin 
nə kimi rolu vardır?” suallarına şagirdlərin verdikləri cavablar lövhədə qeyd olu­
na raq mü zakirə edilməlidir. 
Şagirdlərdə  idraki  fəallıq  yaradıldıqdan  sonra  B  blokundakı  tapşırıq  icra  olun­
malıdır. Tapşırıq kollektivlə və ya cütlərdə icra oluna bilər. Tapşırığın kollektivdə 
icrası  təşkil  olunarsa,  lövhədə  və  yaxud  flipçartda  Venn  diaqramı  qurularaq 
şagird lərin  fikirləri  müzakirə  olunub  müvafiq  hissədə  yazılmalıdır.  Tapşırıq 
cütlərdə icra olunarsa, cütlərin əldə etdiyi nəticələr müzakirə olunaraq düzgün 
cavab müəy yən ləş dirilməlidir.
C  blokundakı  mətnin  araşdırılmasını  fasiləli  oxu,  kiçik  qruplarda  iş  və  s.  üsul­
lardan istifadə etməklə apara bilərsiniz. Müzakirə zamanı əyani vəsaitlərdən, vi deo­
materialdan, elektron təqdimat və tablolardan istifadə edə bilərsiniz. Mate ri a lın 
bu hissəsi (C bloku) müstəqil, yaxud cütlərlə də öyrənilə bilər. Bu zaman şa gird­
lər (cütlərdəki) dərslikdəki nəzəri materialı oxumaqla cədvəllər tərtib edə bilər lər. 
Vəzinin növü
Vəzinin adı
Hazırladığı kimyəvi maddə
5
Alt standartlar
1.1.1.  İnsanı  öyrənən  elm  sahələrini  (anatomiya,  fiziologiya,  gigiyena,  psixo-
logiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir. 
Təlim nəticəsi
  
Biologiyanın anatomiya və fiziologiya sahələri haqqında fikirlərini şərh edir.


68

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə