Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Biologiyadan orta məktəblərin tədris proqramı haqqında ümumi məlumat



Yüklə 0,88 Mb.
səhifə14/39
tarix26.05.2023
ölçüsü0,88 Mb.
#113116
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
Biologiya t drisi metodikas I m vzu Biologiya t drisi metodika

1.Biologiyadan orta məktəblərin tədris proqramı haqqında ümumi məlumat
Məlum olduğu kimi orta məktəblərdə biologiya fənlərinin öyrənilməsi və tədris olunması işi planlı və ardıcıl olaraq əsas bioloji anlayışların inkişaf etdirilməsi aparıcı ideyaların, nəzəriyyə və elmi dəlillərin mənimsənilməsi əsasında həyata keçirilir. Bu məktəb şagirdlərinin praktik hazırlığına onlarda elmi dünyagörüşün formalaşmasına imkan verir. Orta məktəb biologiya kursunun aparıcı ideyaları-üzvi aləmin təkamülü, canlı təbiətin müxtəlif səciyyələrdə quruluşu, quruluş və funksiyaları qarşılıqlı münasibəti, bioloji sistemlərin təbii mühitlə qarşılıqlı əlaqəsi, bioloji sistemlərin tamlığı və öz-özünü tənzim etməsi, nəzəriyyə ilə praktikanın əlaqəli olması ideyaları biologiyada orta məktəb kursunun strukturasını məzmununu, əsas anlayışların ardıcıl inkişaf etdirilməsini müəyyən edir. Orta məktəbin biologiya proqramında təlimin məqsəd və vəzifələri formalaşdırılmış, mövzuların məzmunu təfsilatı ilə izah olunmuşdur. əsas anlayışlar və aparıcı ideyalar qara hərflərlə ayrılmışdır. Hər mövzunun öyrənilməsinə bir neçə metod və metodik priyom göstərilmişdir. Bundan başqa proqrama bioloji obyektlər və təcrübələrin nümayişi, labaratoriya və praktik işlər, ekskursiyalar, fenoloji müşahidələr, yay tapşırıqları daxil edilmişdir. Bundan başqa proqrama bioloji sistemlərin öyrənilməsi və istifadə olunması prosesində ƏHM-nin tətbiqi sahələrini göstərən-açan materiallar da daxil edilmişdir. Məktəbin şəraitindən asılı olaraq yeni məsələlərin öyrədilməsi ardıcıllığını mövzu daxilində müəllim bilər. Bundan başqa proqramda şagirdlərin bilik və bacarığınaverilən əsas tələblər siniflər üzrə göstərilmişdir. Bundan başqa proqramlarda hər bölmə üzrə fənnlər arası əlaqələr də göstərilmişdir.
2.Məktəb biologiya kursu proqramının bölümləri haqqında
Orta məktəbin biologiya kursuna aşağıda göstərilən bölmələr daxildir:
I.Bitgilər (VI sinifdə 68 saat, VII sinifdə 36 saat)=104 saat
II.Bakteriyalar. Göbələklər. Şibyələr (VII sinif 8 saat)=8 saat
III.Heyvanlar (VII sinifdə 24 saat, VIII sinifdə 68 saat)=92 saat
IV.İnsan və onun sağlamlığı (IX sinif 68 saat)=68 saat
V.Ümumi biologiya (X sinifdə 34 saat, XI sinifdə 51 saat)=85 saat
Orta məktəbin biologiya proqramının siniflər üzrə bölmələrə verilən saatların miqdarı I bölmə-VI və VII siniflər üçün 104 saat; II bölmə-VII sinif üçün 8 saat təşkil edir. Deməli – I və II bölməyə verilən 112 saat proqram materialı orta məktəbin biologiya kursuna aid olan Botanika fənni üçün planlaşdırılmışdır. Proqramın III bölməsi VII sinifdə 24 saat, VIII sinifdə isə 68 saat olmaqla-cəmi: 92 saat olan proqram materialı orta məktəbin zoologiya fənninin tədrisi üçün planlaşdırılmışdır. Proqramın IV bölməsi olan insan və onun sağlamlığı bölməsi 68 saat olmaqla-IX sinifdə tədris olunan insanın anatomiya, fiziologiyası və gigiyenası fənninin tədrisi üçün planlaşdırılmışdır.
Proqramın sonuncu V bölməsi olan ümumi biologiya X və XI siniflərində tədris olunan ümumi biologiya fənni üçün planlaşdırılmışdır. Bölməyə verilən saat miqdarından aydın olduğu kimi bu fənn X sinifdə 34 saat, XI sinifdə isə 51 saat miqdarında tədris edilir.
Beləliklə, orta məktəbin biologiya proqramına ümumilikdə beş bölmə üzrə 357 saat tədris materialı planlaşdırılır.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə