Biologiya yun


Bitkilərdə əsas çoxalma formalarının qısa təkrarı



Yüklə 0,68 Mb.
səhifə55/56
tarix27.12.2023
ölçüsü0,68 Mb.
#162837
1   ...   48   49   50   51   52   53   54   55   56
Biologiya yun

Bitkilərdə əsas çoxalma formalarının qısa təkrarı
Çoxalma qabiliyyəti təkamül nəticəsində bütün canlılara xas olan bir proses-dir. Bu zaman genetik məlumat gələcək nəslə ötürülür və nəsildən-nəslə növün əla-mətlərini saxlamasını təmin edir. Hər bir yeni fərd inkişaf nəticəsində bir neçə mər-hələ keçir. Bəziləri inkişafın ilkin mərhələsində məhv olur. Digərləri yetkinlik mər-həsindən sonra məhv olur (yırtıcılar tərəfindən xəstəlik və təsadüflər nəticəsində). Aydındır ki, növ mövcud ola bilər ki, hər bir nəsil valideyninə nisbətən daha çox nəsil verə bilir. Canlı təbiətdə 2 çoxalma strategiyası var: cinsi və qeyri-cinsi ço-xalma.

Qeyri-cinsi çoxalma. Bu çoxalma zamanı qametofit əmələ gəlmir. Çoxalmada bir fərd iştirak edir, yəni qız fərdlər ana orqanizmin ya bir, yada bir neçə somatik1 hüceyrəsində formalaşır. Qeyri-cinsi çoxalmada meyoz prosesi baş vermir. Bu zaman yalnız mitoz bölünmə baş verir, əmələ gələn forma valideyn forma ilə eynidir. Bir valideyn formadan əmələ gələn nəsl klon adlanır. Təsadüfi mutasiyalar nəticəsində klonlar arasında genetik dəyişikliyə təsadüf etmək olar. Qeyri-cinsi çoxalmanın bir neçə növü məlumdur: sporlarla, vegetativ, tumurcuqlar-la.
Cinsi çoxalma. Cinsi çoxalmada müxtəlif cinsin hüceyrələrinin qametləri iş-tirak edir. Qametlər bir hüceyrələrdə birləşərək, ziqot əmələ gətirir. Ziqotdan yeni fərd formalaşır. Bu zaman xromosom sayı diploid olur. Qametlər əmələ gəldikdə, xromosom sayı meyoz nəticəsində 2 dəfə azalaraq, haploid xromosom sayı əmələ gətirir. Beləliklə də, cinsi çoxalma zamanı diploid (2n) faza ilə haploid (n) faza ilə növbələşir. Haploid faza qametofit diploid sperofitə çevrilir, sonra tsikl yenidən təkrarlanır. Qametlər mitoz yolla əmələ gəlir, sporlar isə meyoz prosesi nəticəsində formalaşır.
Diploid “qeyri-cinsi bitki” – sporangiyə malik olur və üzərində haploid spor-lar formalaşır.
Toxumlu bitkilərdə rüşeym kisəsi əmələ gəlir ki, rüşeym kisəsində yumurta hüceyrəsinin 2 nüvəsi olur (cədvəl 4).
Tozluqlarda tozcuqlar formalaşır, onların da içində tozcuq danəsi əmələ gə-lir. Tozlanma nəticəsində onlar dişiciyin ağızcığına düşür, cücərərək tozcuq borusu əmələ gəlir. Tozcuq borusunda 2 sperm olur. Spermlərdən biri yumurta hüceyrəni mayalandıraraq rüşeymi gətirir. İkinci sperm isə digər nüvəylə birləşərək, endos-perm əmələ gətirir. Bu ziqot mayalanmadır. Yalnız çiçəkli bitkilərə xasdır.
Cədvəl 4. Haploid sporlar (Libbertə görə)
Cinsi çoxalma zamanı valideyn formaların yeni kombinasiyası əmələ gəlir ki, buda irsi dəyişkənliyə gətirib çıxarır. İrsi dəyişkənlik əhəmiyyətli faktordur.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə