30
valproatı daha üstün tuturlar. Tez-tez baş verən dövrlərə malik bipolyar
pozuntusu olan xəstələrdə valproat həm monoterapiya, həm də litiumla
birgə təyin edilmə zamanı yüksək effektivlik nümayiş etdirmişdir.
Neyroleptiklər valproatla birlikdə təyin edildikdə onların ayrıca
tətbiq olunmasına nisbətən daha yüksək terapevtik effekt əldə edilir.
Valproatla müalicənin aparılması
►
Valproat və onun uzadılmış təsirə malik forması (Depakin-
Xrono) kəskin maniakal, hipomaniakal və xüsusilə də qarışıq
epizodların müalicəsi zamanı ilkin seçim preparatlarıdır.
Valproatla müalicənin başlanmasına qədər qara ciyərlə bağlı və
ya hematoloji pozulmaların olmasına diqqət yetirmək lazımdır.
►
Valproatla müalicə iki dəfə qəbul edilən kiçik dozalardan
başlayır. Preparatın başlanğıc dozası gündə iki dəfə qəbul edil-
məklə 250 mq ola bilər. Terapevtik effekt əldə edilənə qədər bu
doza gündə 3-4 dəfə qəbul olunan 250-500 mq-a qədər artırıla bilər.
►
Preparatın plazmada konsentrasiyası 50-100 μг/ml (315 mmol/l)
olduqda terapevtik effekt əldə edilir. Preparatın orta sutkalıq
dozası 1000-2500 mq/sut təşkil edir (valproat üçün 3-4, onun
uzadılmış təsirə malik forması üçün isə 2 dəfə qəbula
bölünməklə). Minimal terapevtik doza 750 mq/sut, yaşlılar üçün
maksimal doza isə sutkada 60 mq/kq-dır.
►
Kəskin maniakal vəziyyətdə olan pasiyentlərə sutkada 20 mq/kq
hesabı ilə zərbə dozası təyin edilə bilər. Vəziyyətin
sabitləşməsindən sonra preparatın dozası azaldıla bilər.
Karbomazepin
Effektivlik
Kəskin maniakal epizodların müalicəsi zamanı karbomazepinin
effektivliyi qeyri-müəyyəndir. ABŞ-ın Ərzaq və Dərmanlara Nəzarət
üzrə Agentliyi və Britaniya Səhiyyə və Klinik Təcrübə Milli İnstitutu
tərəfindən bipolyar pozuntu zamanı karbomazepindən istifadə
olunması tövsiyə edilmir.
Bipolyar pozuntuda profilaktik müalicə vasitəsi kimi
karbomazepin litiuma nisbətən daha az effektivdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
31
Karbomazepinlə müalicənin aparılması
►
Effektivliyinin kifayət qədər sübut edilməməsi və yüksək
toksikliyi ilə əlaqədar olaraq, bipolyar pozuntunun standart
müalicəsində karbomazepindən istifadə olunması tövsiyə edilmir.
Karbomazepin yalnız bipolyar pozuntusu olan xəstələrdə keçmişdə
bu preparata qarşı yaxşı həssaslıq qeyd edildikdə, yaxud hər hansı
digər preparat qeyri-effektiv olduqda təyin edilə bilər.
►
Karbomazepinin başlanğıc dozası 3-4 dəfəyə qəbul edilən 200-
600 mq/sut-dır. Dozanı hər gün 200 mq artırmaq olar, yaxud
xəstənin vəziyyəti imkan verirsə, əlavə təsirlərdən qaçmaq üçün 3
gündən bir artırmaq məsləhət görülür. Orta terapevtik doza 800-
1000 mq, minimal 200 mq, maksimal isə 1600 mq təşkil edir.
►
Qanda terapevtik konsentrasiya 4-12 mkq/l-dir. Preparatın
qəbuluna başladıqdan 5 gün sonra konsentrasiya səviyyəsi
yoxlanıla bilər, lakin bu məcburi xarakter daşımır.
►
Karbomazepinlə müalicəni başladıqdan sonrakı ilk 2 ay ərzində
hər 2 həftədən bir qara ciyər funksiyası müayinə olunmalıdır.
Daha sonra bunu üç ayda 1 dəfədən az olmayaraq yerinə
yetirmək lazımdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
32
ANTİPSİXOTİK PREPARATLAR (NEYROLEPTİKLƏR)
Olanzapin
Olanzapin atipik antipsixotik preparatdır, çünki terapevtik dozada
neyrolepsiya törətmir. Olanzapinin əhvala sabitləşdirici təsiri ilk dəfə
şizoaffektiv pozuntusu olan xəstələrdə müşahidə edilmişdir.
Maniakal epizodların müalicəsində olanzapin plasebo ilə müqayisədə
10-15 mq/sut dozada effektivlik nümayiş etdirir, bu effektivlik litium
və valproatın təsiri ilə müqayisə edilə bilər. Olanzapin litium və
valproatla birlikdə təyin edildikdə effektivdir (A) [3]. Hospitalizasiya
olunmuş xəstələrin olanzapinlə müalicəsini 15 mq/sut, ambulator
xəstələrin müalicəsini isə 5-10 mq/sut dozadan başlamaq lazımdır.
Maniakal epizodların müalicəsində olanzapinin daha yüksək
dozalarının üstünlüyü aşkar edilməmişdir.
Risperidon
Risperidon da atipik antipsixotik preparatdır. Maniakal vəziyyətlərin
müalicəsi zamanı risperidonun effektivliyi kifayət qədər yaxşı tədqiq
edilməmişdir. Risperidonun sübut edilmiş antidepressiv xüsusiyyətləri
ilə əlaqədar, onun kəskin maniakal epizodların müalicəsində tətbiqi
müəyyən şübhələr oyadır. Risperidon maniya və hipomaniya
törətmədən özünün əhval sabitləşdirici xüsusiyyətlərini də büruzə verir,
bu isə bipolyar pozuntunun psixotik epizodlarının profilaktikasında
ondan istifadə olunmasını cəlbedici edir. Risperidonun standart dozası
4-8 mq/sut-dır. Preparatın daha aşağı dozaları daha az terapevtik
effektivlik nümayiş etdirir. 10 mq/sut-dan yuxarı dozalarda
ekstrapiramid simptomların əmələgəlmə tezliyi neyroleptiklərin tətbiqi
zamanı olan rəqəmlərə yaxınlaşır. Effektivliyin əldə olunmasında
yüksək dozaların heç bir üstünlüyü yoxdur.
Digər atipik neyroleptiklər
Bipolyar pozuntunun müalicəsi zamanı ziprazidon, kvitiapin,
klozapin və amisulpirid kimi digər atipik neyroleptiklərin effektivliyi
barədə məhdud məlumatlar mövcuddur.
Ənənəvi neyroleptiklər
Bipolyar pozuntuların müalicəsində ənənəvi neyroleptiklərdən
zuklopentiksol, qaloperidol, triflufenazin, levomepromazin istifadə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.