27
psixososial metodikaların tətbiq edilməsi lazımdır. Düzgün
qidalanma, gündəlik rejimə əməl edilməsi, iş və istirahətin
növbələnməsi, stress vəziyyətlərindən qaçma zahılıq dövründə
növbəti epizodların inkişafının qarşısının alınması üçün əsas
amillərdir.
►
Həm depressiv, həm də maniakal vəziyyətdə ətrafdakı insanlarla
münasibətlər bir qayda olaraq qeyri-sabit xarakter daşıdığı üçün,
bipolyar pozuntusu olan qadınlara doğuşa qədər və sonra yardım
göstərən mütəxəssislər bu cəhətə xüsusi diqqət yetirməlidirlər.
PSİXOTERAPİYA
Bipolyar pozuntunun müalicəsində farmakoterapiyanın prioritet
olaraq qalmasına baxmayaraq, psixoterapevtik müdaxilə az
əhəmiyyət daşımır. Dərman müalicəsində müəyyən
məhdudiyyətlərin olması ilə əlaqədar, simptomların azalması,
kəskinləşmə və təkrar epizodların profilaktikası, sosial və psixoloji
adaptasiyanın bərpası, pasiyentə və onun ailəsinə dəstək verilməsinə
yönəlmiş psixoterapevtik müdaxilələr üçün yol açılır.
Psixoterapiyanın spesifik məqsədləri:
terapevtik alyansın yaradılması
xəstənin həkim göstərişlərinə əməl etməyə razılıq verməsi
müəyyən fəaliyyət rejimi
kəskinləşmələrin başlanğıc əlamətlərinin müəyyən edilməsi
davranış patternlərinin yaxşılaşdırılması və digər psixososial
nəticələr
Psixoterapiya həmçinin stiqmanın, təkrar epizodlar qarşısında
qorxu hissinin, şəxsiyyətlərarası ünsiyyətdə çətinliklərin aradan
qaldırılmasına, ailə, valideynlik funksiyasının yerinə yetirilməsi,
təhsil və məşğulluqla bağlı problemlərin həll edilməsinə yönəlmişdir.
Psixoterapevtik müdaxilənin növü, intensivliyi və müddəti
müxtəlif ola bilər. Bipolyar pozuntusu olan xəstələrə koqnitiv-
davranış terapiyası, interpersonal psixoterapiya, qrup və ailə
psixoterapiyası təklif edilə bilər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
BİPOLYAR POZUNTUNUN MÜALİCƏSİ ÜÇÜN
TƏTBİQ EDİLƏN DƏRMAN VASİTƏLƏRİ
ƏHVALI SABİTLƏŞDİRƏN VASİTƏLƏR
Litium
Effektivlik
50 il ərzində litiumun tətbiq edilmə təcrübəsi göstərir ki, bipolyar
pozuntusu olan və bu preparatı qəbul edən xəstələrin təqribən 70%-
ində maniakal simptomların ən azı hissəvi reduksiyası müşahidə
olunur. Maniakal epizodların müalicəsində litiumun effektivliyi
sübut edilmiş sayılır (A) [2], ancaq bipolyar pozuntunun kəskin
depressiv və qarışıq epizodlarının müalicəsi zamanı onun effektivliyi
haqqında ziddiyyətli məlumatlar mövcuddur.
Kömək edici terapiya vasitəsi kimi litium özünü yaxşı
göstərmişdir (A) [2]. Belə ki, litium ilə kömək edici terapiyanı
dayandırdıqda, həm maniakal, həm də depressiv epizodların sayının
artması müşahidə olunur. Litium ilə kömək edici terapiya bipolyar
pozuntusu olan xəstələrin 1/3-də təkrar epizodların tamamilə
kəsilməsinə gətirib çıxarır. Eyni zamanda tez-tez baş verən dövrləri
olan bipolyar pozuntular zamanı litium profilaktik vasitə kimi kifayət
qədər effektiv deyil.
Litiumla müalicənin aparılması
►
Litium daxilə qəbul zamanı asan mənimsənilən standart və ya
uzadılmış təsirə malik formalarda təyin olunur. Konsentrasiyanın
maksimal göstəricisini 1,5-2 saat ərzində saxlayan standart
formadan fərqli olaraq, litiumun uzadılmış təsirə malik forması
konsentrasiyanın maksimal göstəricisini 4-6 saat müddətində
təmin edir. 14-30 saat ərzində litium böyrəklər vasitəsilə
tamamilə xaric edilir.
►
Maniakal epizodların müalicəsi zamanı terapevtik effekt litiumun
konsentrasiyası 0,5-1,2 mekv/l-ə bərabər olduqda əldə edilir.
Litiumun orta sutkalıq dozası 900-1800 mq, minimal – 300 mq,
maksimal – 3000 mq təşkil edir.
►
Müalicəni minimal dozanın (300 mq) təyin edilməsindən
başlamaq lazımdır, terapevtik effekt və lazımi konsentrasiya əldə
olunana qədər bu doza tədricən artırılmalıdır. Yaş, çəki və
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq litiuma qarşı
terapevtik həssaslıq dəyişə bilər. Litiuma qarşı yüksək həssaslığı
olan xəstələrdə dozanın artırılması zamanı ehtiyatlı olmaq və
konsentrasiyanın səviyyəsini daha tez-tez yoxlamaq lazımdır.
►
Yarı xaric edilmə dövrünün kifayət qədər uzun olmasına görə,
dozanın dəyişdirilməsindən sonra 5-7 gün ərzində
konsentrasiyanın sabit səviyyəsi əldə edilmir. Litiumun qanda
terapevtik konsentrasiyasının təyin olunması dozanın
artırılmasından təxminən 5-7 gün sonra aparılmalıdır. Dərman
monitorinqinin vaxtından əvvəl başlaması dozanın həddən artıq
artırılmasına gətirib çıxara bilər. Uzadılmış təsirə malik formanın
tətbiq edilməsi analizlərin şərhində qarışıqlıq yarada bilər, çünki
onlar üçün material adətən axırıncı dozanın qəbulundan 12 saat
sonra götürülür.
►
Litiumla müalicə prosesində, müalicənin başlamasından sonrakı
ilk 6 ay ərzində ayda 1-2 dəfədən az olmayaraq böyrək və
qalxanabənzər vəzi funksiyalarının analizi aparılmalıdır.
Valproatlar
Effektivlik
Valproatlar bipolyar pozuntusu olan xəstələrdə maniakal
epizodların qarşısının alınmasında yüksək effektivliyə malikdirlər.
Qarışıq epizodların müalicəsində valproat litiumdan üstündür (B) [3].
Kəskin maniakal epizodun müalicəsi zamanı valproat həmçinin
karbomazepindən də üstündür. Valproatın 20 mq/kq dozada təyin
edilməsi zamanı sürətli terapevtik effekt qeyd olunur, bu, preparatın
konsentrasiyasının > 50 μq/kq olması ilə bağlıdır.
Bipolyar depressiya epizodlarının müalicəsində valproat
effektivliyə malikdir, lakin onun antidepressiv təsir spektri sonrakı
tədqiqatların aparılmasını tələb edir.
Kömək edici terapiya vasitəsi kimi valproatın yüksək effektivliyi
sübut olunmuşdur. Valproatla profilaktik müalicə almış xəstələrdə
uzun müddət litium qəbul edənlərə nisbətən epizodlar 20% az
hallarda qeyd edilir.
Valproat litiumdan daha effektiv şəkildə
depressiv epizodların inkişafının qarşısını almaq qabiliyyətinə
malikdir. Müalicə tədbirlərinə əməl edilməsi şərtləri ilə bağlı xəstələr
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |