33
olunur. Ənənəvi neyroleptiklərin əlavə təsirləri və depressiv epizodun
inkişafına səbəb olmaq qabiliyyəti ilə əlaqədar olaraq, kəskin maniakal
epizodun müalicəsi zamanı onların tətbiqi xüsusi ehtiyat tələb edir.
Profilaktik müalicə üçün ənənəvi neyroleptiklərdən uzunmüddətli
istifadə bipolyar pozuntusu olan xəstələrin həyat keyfiyyətinə mənfi
təsir edə bilər.
ANTİDEPRESSANTLAR
Bütün digər preparatlardan fərqli olaraq antidepressantlar yalnız
depressiv epizodların müalicəsində tətbiq edilir. Affektin inversiyası
(maniakal və ya hipomaniakal epizodun inkişafı) ehtimalı ilə əlaqədar
bipolyar pozuntu zamanı antidepressantlardan profilaktik vasitə kimi
istifadə olunmur.
Serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ)
SGTSİ-lərə fluoksetin, paroksetin, fluvoksamin və sitolapram
aiddir. Bütün qeyd edilən preparatlar oxşar terapevtik təsirə
malikdirlər və bipolyar pozuntunun depressiv epizodlarının
müalicəsində effekt verirlər. Bütün SGTSİ-lərdə klinik reaksiyanın
dozadan asılılığını göstərən qrafikin əyrisi yayla formasındadır, bu
onu göstərir ki, minimal effektiv dozaya çatdıqdan sonra dozanın
artırılması klinik reaksiyanın keyfiyyətinə təsir etmir. Terapevtik
təsirin baş vermə sürətinə görə hər hansı bir SGTSİ-nin digərlərindən
üstünlüyü yoxdur. Bütün preparatlar standart başlanğıc dozalarda
sutkada 1 dəfə təyin edilir. Trisiklik antidepressantlar və
monoaminoksidazanın inhibitorları (MAOİ) ilə müqayisədə SGTSİ-
lər daha təhlükəsizdirlər.
Serotonin və noradrenalinin geriyə tutulmasının selektiv
inhibitorları (SNGTSİ)
Bəzi depressiv təzahürlərin (diqqətin pozulması, psixomotor
ləngimə, tez yorulma) formalaşmasında noradrenalin sisteminin
iştirak etdiyi ehtimal olunduğundan, SNGTSİ-lər bipolyar
depressiyanın müalicəsində böyük perspektivə malikdirlər. SGTSİ-
lərdən fərqli olaraq, bu preparatlar yalnız serotoninin deyil, həm də
noradrenalinin geriyə tutulmasını gücləndirə bilirlər, bu isə bipolyar
depressiyanın müalicəsində daha böyük effekt əldə edilməsinə gətirib
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
34
çıxarır. Hal-hazırda venlafaksin, milnasepraman və duloksetinin
tətbiqinin müsbət nəticələri haqqında sübutlar mövcuddur. SGTSİ-
lərdə olduğu kimi bu preparatların da təhlükəsizlik səviyyəsi
yüksəkdir.
Əlavə təsirləri nadir hallarda qeyd edilir, əsasən müalicənin ilk 2
həftəsi ərzində baş verir və SGTSİ-lərdə olduğundan fərqlənmir.
MAO inhibitorları (təyinatlar arası minimal interval 2 həftədir),
həmçinin adrenalin, noradrenalin, klomidin, diqoksinlə birlikdə təyin
edilməsi əks-göstərişdir. Litiumla birgə tətbiq olunması ehtiyatlılıq
tələb edir.
Reseptor tipli antidepressantlar
Reseptor tipli antidepressantlara (neyrotransmissiya
modulyatorları) bupropion, mitrazapin, nefazadon və trazadon aiddir.
Göstərilən preparatlar dofamin, noradrenalin və serotonin
reseptorlarının postsinaptik tənzimlənməsini yaxşılaşdırmaq
qabiliyyətinə malikdirlər. Bu preparatların bipolyar pozuntunun
depressiv epizodlarının müalicəsində effektivliyi barədə kifayət
qədər məlumatlar yoxdur.
Tri- və heterosiklik antidepressantlar (TSA)
İmipromin, amitriptilin, klomipromin və maproptilin bipolyar
pozuntusu olan xəstələrin depressiv epizodlarının müalicəsi üçün
effektiv vasitələrdir.
Yuxarıda göstərilən antidepressant qruplarına nisbətən onların xeyli
artıq əlavə təsirləri vardır, bu isə TSA-ların bipolyar pozuntu zamanı
geniş tətbiq edilməsi üçün müəyyən məhdudiyyətlər yaradır. Dozanın
həddən artıq yüksəldilməsi zamanı letal nəticə qeyd oluna bilər.
MAO inhibitorları (MAOİ)
Çoxsaylı toksik təsirləri və dərmanlarla arzuedilməz qarşılıqlı
təsiri psixi pozuntuların müalicəsində MAOİ-lərdən istifadə edilmə-
sinə mane olur. Buna görə də bipolyar depressiyası olan xəstələrdə
MAOİ-lərin effektivliyi barədə kifayət qədər məlumat yoxdur.
Bipolyar pozuntusu olan xəstələrə MAOİ-lər təyin
edilməməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
35
DİGƏR PREPARATLAR
Benzadiazepin sırasından olan trankvilizatorlar, o cümlədən
diazepam, klonozepam və lorazepam sedativ təsirə malikdirlər. Bu
preparatlardan həyəcan, təşviş və ya ajitasiyanın aradan qaldırılması
üçün yardımçı vasitə kimi istifadə oluna bilər. Dərman asılılığının
yarana bilməsi səbəbilə onların tətbiq edilmə müddəti 2 həftədən
artıq olmamalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
36
Ədəbiyyat:
1.
Bipolar Disorder: The management of bipolar disorder in
adults, children and adolescents, in primary and secondary care.
National Institute for Health and Clinical Excellence (NICE),
July 2006
www.nice.org.uk
2.
Bipolar Affective Disorder. A national clinical guideline.
Scottish Intercollegiate Guidelines Network (SIGN), 2005
www.sign.ac.uk
3.
American Psychiatric Association Practice Guideline for the
treatment of patients with bipolar disorder (revision) 2002
www.guideline.gov
4.
Goodwin G.M. Evidence-based guidelines for treating bipolar
disorder: recommendations from the British Association for
Psychopharmacology, Journal of Psychopharmacology 17(2)
(2003) 149-173
5.
Griswold K.S., Pessar L.F., Management of Bipolar Disorder,
Am Fam Physician 2000;62:1343-53, 1357-8.
6.
Janicak P.G., Davis J.M., Prekskorn Sh.H., Ayd F.J.
Psychopharmacotherapy 2nd edition, Williams&Wilkins1997
7.
Royal Australian and New Zealand College of Psychiatrists.
Clinical Practice Guidelines Team for Bipolar Disorder –
Australian and New Zealand clinical practice guidelines for the
treatment of bipolar disorder, Australian and New Zealand
Journal of Psychiatry 2004; 38:280-305
8.
Sachs GS, Printz DJ, Kahn DA, Carpenter D, Docherty JP. The
Expert Consensus Guideline Series: Medication Treatment of
Bipolar Disorder 2000. Postgrad Med. 2000 Apr; Spec No:1-
104.
9.
World Health Organization. Research Diagnostic Criteria of the
International Classification of Mental and Behavioral
Disorders, 10th revision, Geneva 1994
10.
Yatham, L.N., Kennedy, S.H., O'Donovan, C., Parikh, S.,
MacQueen, G., McIntyre, R. et al. (2005). Canadian Network
for Mood and Anxiety Treatments (CANMAT) guidelines for
the management of patients with bipolar disorder: Consensus
and controversies. Bipolar Disorders, 7 (Suppl 3) 5-69.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
37
11.
Александров А. А. Диагностика и лечение пациентов с
биполярным
аффективным
расстройством.
Учебно-
методическое пособие, Минск, 2007
12.
Мосолов С.Н. Биполярное аффективное расстройство:
диагностика и терапия, МЕДпресс, 2008
13.
Клинические рекомендации по терапии депрессии при
биполярном
расстройстве,
Современная
терапия
психических расстройств №3, 2007
14.
Клинические рекомендации по терапии маниакальных и
смешанных состояний при биполярном расстройстве,
Современная терапия психических расстройств № 4, 2007
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
38
ƏLAVƏ №1
Psixi pozuntular zamanı yardım göstərilməsinin əsas
prinsipləri:
I prinsip – Razılıq. Yardım göstərilməsinə başlamazdan əvvəl zəruri
göstərişlərə əməl edilməsi haqqında məlumatlandırılmış razılıq əldə
olunmalıdır. Belə ki, bu zaman həkim tibbi tövsiyələrin keyfiyyəti,
pasiyent isə onların keyfiyyətlə yerinə yetirilməsi üçün cavabdehlik
daşıyır.
II prinsip – Seçmə. Müalicə tədbirlərinin seçilməsi klinik
göstərişlərə və pasiyentin ehtiyaclarına əsaslanmalı, ailədəki
vəziyyətə, sosial, iqtisadi şərtlərə və ümumilikdə həyat keyfiyyətinə
ünvanlanmalıdır.
III prinsip – Adekvatlıq. Müalicə tədbirlərinin xarakteri və onların
yerinə yetirilməsi ardıcıllığı psixi pozuntunun ağırlıq dərəcəsi və
gedişi xüsusiyyətlərinə uyğun gəlməlidir.
IV prinsip – Effektivlik. Sosial adaptasiyanın bərpa edilməsi və
mümkün olan maksimal həyat keyfiyyətinin əldə olunması üçün
kifayət edəcək həcmdə yardım göstərilməsinə çalışmaq lazımdır.
V prinsip – Təhlükəsizlik. Müalicə tədbirinin seçilməsində ən
təhlükəsiz, pasiyentin fiziki və psixi sağlamlığına ən az əlavə təsir
göstərən üsula üstünlük verilməlidir, bu zaman pasiyentin özünə və
ya ətrafdakılara zərər verə bilməsi ehtimalı nəzərə alınmalıdır.
VI prinsip – Monitorinq. Yardım göstərilməsinin bütün dövrü
ərzində xəstənin vəziyyətinin dinamikasını müşahidə etmək, xəstəliyin
şəklində və ya xəstənin həyatında baş vermiş dəyişikliklərə vaxtında
reaksiya vermək lazımdır.
VII prinsip – Ardıcıllıq. Müalicə tədbirləri daha öncəki təcrübəni
(o cümlədən ailə anamnezi) nəzərə almalı və uzunmüddətli
perspektivə istiqamətlənməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ƏLAVƏ №2
Bipolyar pozuntunun maniakal epizodunun müalicəsi
39
Əhvalı sabitləşdirici
preparat
Əlavə / simptomatik
müalicə
Litium və ya Valproat /
Depakin-Xrono
Başlanğıc
750-1000 mq/sut
400-800 mq/sut
Başlanğıcdan 5-7 gün sonra
qanda səviyyəni müəyyən etmək
və ya
Valproatın zərbə dozasını
20 mq/kq (konsentrasiya 300-
800 μг/l) tətbiq etmək
və ya
Karbomazepin
Başlanğıc 200-400 mq/sut
Rezistentlik zamanı
- əhvalı sabitləşdirici preparatın
dozasını optimallaşdırmaq
- digər əhvalı sabitləşdirici
preparatla əvəz etmək
- sabitləşdirici preparatların
kombinasiyası
- olanzepin və ya risperidon
əlavə etmək
Rezistentliyin davamı zamanı
- diaqnoza yenidən baxmaq
- EQT-yə başlamaq
Məqsədlər:
- aqressivlik / davranış
pozulmaları
- psixozun müalicəsi
- yuxu pozğunluğunun
aradan qaldırılması
Seçim:
Peroral
- Benzodiazepinlər
(diazepam, klonozepam,
lorazepam)
- Antipsixotik preparatlar
(risperidon, olanzapin)
İnyeksiyalar
- Diazepam
- Zuklopentiksol
- Qaloperidol
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ƏLAVƏ №3
Bipolyar pozuntunun depressiv epizodunun müalicəsi
Əhvalı sabitləşdirici
preparat +
antide
Əlavə / simptomatik
müalicə
pressant
Yüngül depressiv epizod
- 2 həftə gözləmək, pasiyenti
xəstəlik haqqında
məlumatlandırmaq
Orta və ya ağır depressiv epizod
- SGTSİ və əhvalı sabitləşdirici
preparat təyin etmək
- effekt olmadıqda 3 həftə sonra
SGTSİ-ni reseptorlara selektiv
təsir edən digər preparatla əvəz
etmək
- effekt olmadıqda 3 həftə sonra
TSA təyin etmək
Rezistentlik zamanı
- əhvalı sabitləşdirici preparatın
dozasını optimallaşdırmaq
- əhvalı sabitləşdirici preparatı
əvəz etmək
- sabitləşdirici preparatların
kombinasiyası
- psixoterapiya əlavə etmək
Rezistentliyin davamı zamanı
- diaqnoza yenidən baxmaq
- xarici amillərin təsirini
yenidən qiymətləndirmək
Məqsədlər:
- intihar təzahürləri
- psixozun müalicəsi
- yuxu pozğunluğunun
aradan qaldırılması
Seçim:
Peroral
- Benzodiazepinlər
(diazepam, klonozepam,
lorazepam)
- Antipsixotik preparatlar
(risperidon, olanzapin,
sulpirid)
İnyeksiyalar
- Diazepam
- Sulpirid
- Qaloperidol
40
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
41
Hamiləlik zamanı bipolyar pozuntunun müalicə alqoritmi
ƏLAVƏ №4
Hamiləliyə qədər
1.
kontrasepsiya məsələlərinin müzakirəsi
2.
planlaşdırılan hamiləliklə bağlı vəziyyətin
pisləşməsi riskinin müzakirəsi
3.
müalicənin dayandırılması imkanının nəzərdən
keçirilməsi
4.
müalicənin perspektivlərinin müzakirəsi
Hamiləlik planlaşdırılır
Hə
Yox
Hamiləlik haqqında
qərar qəbuluna qədər
müalicənin davam
etdirilməsi
•
xəstəliyin gedişi yüngül
və ya orta dərəcədədirsə
və hospitalizasiya tələb
etmirsə, müalicənin
müvəqqəti dayandırılması
imkanının nəzərdən
keçirilməsi
•
dərman qəbulundan
imtina edilməsi, heç
olmazsa hamiləliyin 1-ci
trimestrində, daha üstün
tutulur
•
əgər xəstəlik kəskin ifadə
olunmuş dərəcədə gedirsə,
müalicəni davam etdirmək
və planlaşdırılan hamiləlik
üçün olan riski nəzərə
almaq
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
42
ƏLAVƏ №5
Fiziki monitorinqin sxemi
Test və ya
müayinə
Bütün xəstələr üçün
monitorinq
Spesifik dərmanların monitorinqi
Funksiya
Başlanğıc
müayinə
İllik
müayinə
Antipsixotik
preparatlar
Litium Valproat
Karbomazepin
Qalxanabənzər
vəzi
Hə
İldə 2
dəfə
–
Başlanğıcda
və hər 6
aydan bir
–
Qara ciyər
Hə
–
–
Başlanğıcda
və hər 6
aydan bir
Böyrəklər
Hə
–
–
Qanın ümumi
analizi
Hə
H
–
ə
Başlanğıcda
və hər 6
aydan bir
Başlanğıcda
və hər 6
aydan bir
Başlanğıcda və
hər 6 aydan bir
Qanda qlükoza
Hə
Hə
Başlanğıcda
və 3 ay sonra
Klinik
göstərişlər
olduqda
–
–
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
43
Lipidlər
Hə
40
yaşdan
sonra
–
–
–
–
Arterial təzyiq
Hə
H
–
ə
–
–
–
Prolaktin
Yalnız uşaq
və
yeniyetmələr
–
Risperidonla
müalicə
zamanı
–
–
–
EKQ
Klinik şəklə
görə
Müalicənin
başlamasından
sonra
Müalicənin
başlanğıcında
–
–
Çəki və boy
Hə
Hə,
uşaqlar
üçün
Hər 3 aydan
bir
Ehtiyac
olduqda
Ehtiyac
olduqda
Ehtiyac olduqda
Neyrovizualizasiya
(EEQ, KT, NMR)
Ehtiyac
olduqda
–
–
– –
–
Qanda preparatın
səviyyəsi
– –
–
Başlanğıcdan
1 həftə
keçmiş, sonra
hər 6 aydan
bir
Müalicə
qeyri-
effektiv
olduqda
Hər 6 aydan bir
Narkotiklər /
alkoqol
Hə
H
–
ə
– –
–
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Document Outline - bipolar oblojka.png
- Bipolar Affective Disorder.doc
Dostları ilə paylaş: |