Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
13
DIM4. Hamı üçün, ayrı-seçkiliyə yol verilməyən və bərabər keyfiyyətli təhsili təmin etmək və həyat boyu
öyrənmək imkanlarını təşviq etmək;
DIM5. Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq;
DIM6. Hər kəs üçün su və sanitariyanın davamlı idarəetməsini və mövcudluğunu təmin etmək;
DIM7. Hər kəs üçün əlverişli, etibarlı, dayanıqlı və müasir enerjiyə çıxışı təmin etmək;
DIM8. İnklüziv və dayanıqlı iqtisadiinkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu təbliğ
etmək;
DIM9. Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni və innovasiyanı təbliğ
etmək;
DIM10. Ölkələrarası və ölkədaxili qeyri-bərabərliyi azaltmaq;
DIM11. Şəhərləri və digər insan yaşayış məskənlərini inklüziv, təhlükəsiz, möhkəm və dayanıqlı etmək;
DIM12. Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək;
DIM13. İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təcili addımlar atmaq;
DIM14. Dayanıqlı inkişaf üçün okean, dəniz və digər su hövzələrini qorumaq və onlardan düzgün istifadə
etmək;
DIM15. Ekosistemlərin dayanıqlı istifadəsini müdafiə, bərpa və təbliğ etmək, meşələri dayanıqlı idarə
etmək, səhralaşma ilə mübarizə aparmaq, torpaq deqradasiyasının qarşısını almaq və dayandırmaq, o
cümlədən biomüxtəliflik itkisini dayandırmaq;
DIM16. Dayanıqlı inkişaf uğrunda sülhsevər və inklüziv cəmiyyəti təbliğ etmək, hərkəs üçün ədaləti
təmin etmək, və bütün səviyyələrdə səmərəli, məsul və inklüziv institutlar yaratmaq;
DIM17. İcra vasitələrini möhkəmləndirmək və dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı
canlandırmaq.
Azərbaycanda DİM-lərə nail olunması üçün aşağıdakı əsas tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) yaradılması
haqqında Azərbaycan Respublikası Prezidenti 6 oktyabr 2016-cı ildə Fərman vermişdir. Bu Fərmana əsasən
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Şuranın sədri, Azərbaycan Respublikasının
iqtisadiyyat naziri Şahin Mustafayev Şuranın sədr müavini, 12 dövlət komitəsi və nazirliklərinin yüksək vəzifəli
məmurları Şuranın üzvləri təyin edilmişlər. DIMƏŞ-in əsas məqsədi "2030-cu ilədək Azərbaycan üçün
əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri
müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların
Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir".
Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Iqtisadiyyat Nazirliyi tərkibində fəaliyyət
göstərən Katibliyi yaradılmışdır. DİMƏŞ Katibliyinin əlaqələndirdiyi 4 işçi qrup yaradılmş (Sosial, İqtisadi,
Ekoloji və Monitorinq məsələləri üzrə) və 6 görüş keçirmişdir. Dövlət statistika komitəsi (DSK) DİM-lərin
monitorinqinə cavabdeh olacaq. DSK tərkibində DİM-lərin statistikası üzrə şöbə yaradılmış və fəaliyyətə
başlamşdır.
Bu ilin-2017-ci ilin iyul ayında BMT-nin Yüksək səviyyəli siyasi forumunda (HLPF) Azərbaycanın ilk könüllü
milli DİM hesabatı təqdim olunmuşdur.
Bu sahədə ADPU-da görülmüş və görüləcək işlər aşağıdakılardan ibarətdir-
ADPU-da Dayanıqlı Inkişaf üzrə İnformasiya və Təlim Mərkəzinin (DİİTM) yaradılması haqda Tarix və
Çoğrafiya fakültəsinin Elmi şurasının qərarı var və onun təşkili və fəaliyyət formaları ilə bağlı ilkin addımlar
atılmaqdadır.
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
14
DİMƏŞ Katibliyi ilə əlaqələr qurulmuşdur və DİİTM-in kitab və plakatlarla təmin edilməsinə
başlanmışdır.
ADPU-nun dosenti Ş.M. Pənahov BMT Avropa İqtisadi Komissiyasınin Regional DİM Forumunda
(Cenevrı, 24-25 Aprel 2017) ekspert qismində iştirak və çıxış etmişdir.
DI üzrə xüsusi kurs hazırlanmışdır və ADPU-da və digər universitetlərdə sabah qruplarında tədris
etmək üçün danışıqlar aparılır.
Davamlı yaşamağı öyrənək pilot layihəsi başlanır, Rusiya Təhsil Akademiyasının institutu ilə birgə
2018-ci ilin mart ayında DİM və pedaqoji problemlər üzrə beynəlxalq konfrans keçirilməsi işinə baçlanmışdır.
DİM-lərlə bağlı qarşıda duran məsələlər
Qlobal DİM prosesi haqda məlumatlar ictimaiyyətə çatdırılmasının sürətləndirilməsi və
genişləndirilməsi
Azərbaycan dilində vebsaytın hazırlanması
DİM-lərin təhsilin bütün pillələrində tədris olunması
DİM üzrə tədris vəsaitlərinin hazırlanması
Milli koordinasiya şurasında Təhsil işçi qrupunun yaradılması
Milli, regional və rayonlar üzrə hədəflərin seçilməsi və monitorinq sisteminin yaradılması
Uyğun ölkələrin (o cümlədən Türkiyənin) beynəlxalq təşcrübəsinin öyrənilməsi və tətbiq olunması
Ədəbiyyat
1.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, N-1066, 06 oktyabr 2016.
2.
Azərbaycan
Respublikası
üzrə
MİM-rinin
göstəriciləri
hesabatı
(5
yanvar
2017),
https://www.stat.gov.az/source/millennium/source/MDG_az-05.01.2017.pdf
3.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, 2013.
4.
Azərbaycan Respublikasının inkişafı üzrə Strateji yol xəritələri, 2016.
5.
Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramı, 2003-2005.
6.
Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramı, 2008-2015.