Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
7
bağlanmış saziş, bu sahədə dövlətlər arasında hüquqi əməkdaşlığın inkişafını səviyyələndirən əsas amillərdən
biridir. Bu sazişin 1-ci maddəsində deyilir: “Bu Saziş əsasında Tərəflərin məqsədi məhkəmə ekspertizası üzrə
birgə elmi tədqiqatların aparılması, məhkəmə ekspertizasının mövcud metodlarının təkmilləşdirilməsi və
yenilərinin işlənməsi, məhkəmə ekspertizası və məhkəmə ekspertizasının standartlaşdırılması üzrə təcrübə
mübadiləsi, məhkəmə ekspertizası mütəxəssislərinin əlavə ixtisaslaşma tədbirlərinin təşkil edilməsidir” (6).
Nəticə
Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri siyasi-iqtisadi və hüquqi müstəvidə inkişaf etməkdədir.
Bu əlaqələrin inkişaf etməsində etnik birlik və ümumi dil amilinin xüsusi rolu olsa da, həmçinin hər iki dövlətin
siyasi-iqtisadi və strateji maraqlarının da böyük əhəmiyyəti vardır.Azərbaycan Türkiyə üçün Cənubi Qafqazda
olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən, türkdilli ölkələrlə, islam dininə
mənsub xalqlarla əlaqə üçün mühüm vasitə rolunu oynayır.
Türkiyənin Cənubi Qafqazdakı mövcud mövqeyi, gələcək geosiyasi, geoiqtisadi və hərbi-geostrateji
uğurları əsas strateji müttəfiqi hesab olunan Azərbaycanla münasibətlərinin daha da inkişaf etməsindən asılı
olacaqdır.
Ədəbiyyat
1.
Adıgözəlova G. Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulması. www/strategiya.az
2.
Artam A. Türk Cümhuriyyetlerinin sosyo – ekonomi analizleri ve Türkiye ilişkileri. Istanbul, 2008.
3.
“Azərbaycan” qəzeti. № 249, 13 dekabr, 2013-cü il.
4.
Azərbaycan Respublikasının hüquqi yardım sahəsində ikitərəfli beynəlxalq müqavilələrinin toplusu.
Bakı, 2014.
5.
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müəlliflik hüququ və
əlaqəli
hüquqlar
sahəsində
əməkdaşlıq
haqqındaʺ
Saziş.
http://www.copag.gov.az/copag/az/content/news/61.
6.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında
“Məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında” Saziş. http://expert.gov.az/upload/pdf/AR-TR-
sazis.pdf.
7.
Azərbaycan Respublikası Milli Məclisindəki 2009-ci il 13 may tarixli iclasın stenoqramı.
/http://www.meclis.gov.az/?/az/stenoqram/173
8.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu. Bakı, 2007.
9.
Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)
10.
/məqalələr toplusu/. Bakı, Poliart MMC, 2017.
11.
Elnur Hasan Mikail., Alper Tazegül. Türkiye ile Azerbaycan: siyasi ve ekonomik ilişkileri (1990-2005).
İstanbul, 2012.
12.
Heydər Əliyevin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşü. /7 yanvar 2003-cü il. http://files.preslib.az/projects/ toplu
13.
Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Bakı, 2015.
14.
“Kaspi” qəzeti, № 207, 14 dekabr 2013-cü il. s. 3
15.
Kamuoyu ve Türk Dış Politika anketi. Ankara Universitesi Avrupa Toplulukları Araşdırma və Uygulama
Merkezi. Ankara, Ocak 2010.
16.
Kadir Has Universitesi dış politika anketi. İstanbul, 2015.
17.
http://www.justice.gov.az/view/template/assets/docs/toplu
18.
http://www.e-qanun.az/framework/21158
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
8
DAYANIQLI İNKİŞAF: AZƏRBAYCAN, MİNİLLİYİN INKİŞAF MƏQSƏDLƏRİ (MIM) VƏ DAYANIQLI INKİŞAF
MƏQSƏDLƏRİ (DIM) - NAİLİYYƏTLƏR VƏ PROBLEMLƏR
SUSTAINABLE DEVELOPMENT OF AZERBAIJAN: ACHIEVEMENTS AND CHALLENGES OF THE MDGS AND SDGS
Dos. Dr. Şahin Pənahov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Xülasə
Azərbaycan 2000-ci ildə BMT-nin Minillik Deklarasiyasına qoşulmuş və BMT-nin MİM-in yaradılmasından
bəri bu prosesi izləmiş, onun davamlı inkişaf konsepsiyasını yoxsulluğun və iqtisadi inkişafın azaldılması üzrə
dövlət proqramlarını qəbul etmişdir. MİM prosesinin təhlil və nəticələri məqalədə Dövlət Hesabatına əsasən
təhlil edilmişdir. Məqalədə BMT TŞ-nin yeni təşəbbüsü və Azərbaycanda DİM-lərdə bu günə kimi görülən
işlər də öz əksini tapıb.
Açar sözlər: Azərbaycan, Dayanıqlı inkişaf, nailiyyətlər, broblemlər
Abstract
Azerbaijan joined to the UN Millennium Declaration in 2000 and followed UN MDG process since its
inception and adopted its sustainable development concept into state programs of reducing poverty and
economic development. It was one of best practice countries of integration of the PRSP process with MDGs.
In the article MDG process (2000-2015) achievements and results analyzed according to the State Report on
MDGs. The article also covers new UN SDG initiative and what has been done so far in Azerbaijan on SDGs.
Key words: Azerbaijan, sustaınable development, achıevements, challenges
İnsan inkişafının müasir problemlərini dərk etmək üçün onun ekoloji nişası olan yer təbiətinin
formalaşmasının, insanın texnoloji inkişaf mərhələlərinin və bütövlükdə insan-cəmiyyət-təbiət
münasibətlərinin tarixinin araşdırılmasına ehtiyac var. 14 mlrd il əvvəl baş vermiş partlayışdan yaranmış və ~5
mlrd il sonra məhv olacaq kainatın evolyusiyası nəticəsində 4,6 mlrd il əvvəl unikal təbiətə malik Yer kürəsi
yarandı. Öncə cansız Təbiət yarandı (yer qabığı, su, hava qatı, formalaşdı). Fotosintez reaksiyası və təqribən
580 milyon il əvvəl isə Ozon qatının formalaşmasından sonra canlı təbiət yarandı (torpaq-bitki örtüyü və
heyvanat aləmi), 1-2 mln il əvvəl antropoloji, daha sonra isə özünü dərk edən insan yarandı (Homo Sapience),
10 min il əvvəl sivilizasiya (heyvanların əhliləşdirilməsi, oturaq kənd təsərrüfatı, metal istehsalı, şəhərlər və s)
yarandı. İnsan təbii resurslardan istifadə edərək mütəmadi inkişaf edirdi. XVİİİ əsrdə baş vermiş sənaye
inqilabından sonra insanın təbiətə təsirinin intensivliyi və miqyası sürətlə genişlənməyə başladı. XİX əsrdə
elektrikin kəşfi və motorların yaradılması bi təsiri daha da gücləndirdi. Lakin bütövlükdə XX əsrin ortalarına
kimi cəmiyyətin təbiətə təsiri lokal xarakter daşıyırdı. İkinci dünya müharibəsindən sonra elmi-texniki
inqilabın təsirinin qlobal xarakter alması, kimya sənayesi və yüksək texnologiyaların sənayedə, kənd
təsərrüfatında tətbiqi, atom enerjisindən istifadə olunması, demoqrafik partlayış və s bəşər tarixində
görünməmiş inkişafa səbəb oldu.
Ekoloji problemlər
Bunun nəticəsində XX əsrdə artıq insan qlobal geoloji, coğrafi amilə çevrildi və təbiət-cəmiyyət-
iqtisadiyyat sistemində balanslar pozulmağa başladı. Beləliklə təbiətə "ağalıq" etmək və onun resurslarından
yalnız gəlir götürmək baxımından yanaşma hesabına iqtisadi inkişafa nail olunması üstünlük təşkil etdi.
Nəticədə, 10 mln illər ərzində formalaşmış mineral resurslar, hidrokarbon ehtiyatları 10 illərin ərzində
istehsal və istehlak olunur və tükənmək üzrədir, eləcə də torpaq-bitki örtüyü və heyvanat aləmi, ətraf mühit
bütövlükdə süniləşməyə doğru gedir. Bioloji müxtəliflik gündən günə azalır, bir çox kiçik və hətta orta
miqyaslı çayalr və göllər yer üzündən silinmək təhlükəsi ilə üzləşirlər (Aral dənizi, Urmiya gölü, və s. Okeanlar,
atmosfer, qurunun suları, torpaqlar, biosfer, litosfer hədsiz çirklənməyə məruz qalır. Meşələrin qırılması,
səhralaşma (hər dəqiqədə ~ 23 hektar ərazi səhraya çevrilir), torpaqların deqradasiyası, ozon qatının
parçalanması, biloji müxtəlifliyin azalması, bitki, heyvan, balıq, həşarat növlərinin kökünün kəsilməsi insanın
yaşadığı təbii mühitin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.