Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
3
yönəlmiş əməkdaşlıq haqqında əlavə protokol, elektroenergetika sahəsində əməkdaşlıq haqqında saziş və
digər mühüm sənədlər imzalanmışdır.
Azərbaycanın xarici siyasətində Türkiyə ilə münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu təsdiq
edən və ümumiyyətlə, iki ölkənin qarşılıqlı əlaqələrini səciyyələndirən əsas cəhət ondan ibarətdir ki,
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər il iki ölkənin dövlət və hökumət rəhbərlərinin
çoxsaylı qarşılıqlı rəsmi və işgüzar səfərləri hökumətlərarası münasibətləri tənzimləyən müxtəlif sənədlərin
imzalanması ilə müşayiət olunmuşdur. Bu, iki dost ölkənin qarşılıqlı münasibətlərinin özünəməxsusluğunun
təzahürü olmaqla yanaşı, ikitərəfli əlaqələrin dinamik inkişafı üçün geniş hüquqi-normativ bazanın
yaradılmasında mühüm rol oynamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə Azərbaycanın beynəlxalq
hüquq normalarına uyğun haqlı tələblərini ardıcıl müdafiə etmiş, respublikamızın ərazi bütövlüyünün və
suveren hüquqlarının təmin olunması üçün böyük səylər göstərmişdir. Münaqişənin həlli yolunu yalnız
Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə münaqişə nizamlanana qədər
Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və iqtisadi əlaqələr yaratmayacağı barədə öz qətiyyətli
mövqeyindən dönməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi
layihələrin gerçəkləşməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ölkələri
arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən Böyük
İpək yolunun bərpasına dair 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilmiş beynəlxalq konfransda Türkiyə
Prezidenti S. Dəmirəl də iştirak etmişdir. Bu layihənin həyata keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın
dərinləşməsinə yeni stimul vermişdir. Bununla yanaşı, digər iqtisadi layihələrin gerçəkləşməsi, o cümlədən
Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində aparılan işlərdə Azərbaycan ilə
Türkiyənin davamlı işbirliyi qurması hər iki dövlətin mənafelərinin qorunmasına xidmət edir.
1.
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında siyasi əməkdaşlıq
Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin hüquqi-normativ bazasının yaradılması, beynəlxalq,
regional və ikitərəfli strateji dostluq və qardaşlıq münasibətlərinin qurulması kimi mühüm addımlar 1993-cü
ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıdışından sonra baş verdi. İki dövlət arasındakı münasibətləri “tək
millət, iki dövlət” formulu əsasındayenidən formalaşdırmağa başlayan Heydər Əliyev tezliklə Azərbaycanın
milli dövlətçiliyinin bərpası və inkişafında, siyasi-iqtisadi və sosial-mənəvi maraqlarının reallaşmasında,
beynəlxalq aləmə inteqrasiyasında, Cənubi Qafqaz və Xəzər hövzəsininregional təhlükəsizliyinin təminatı və s.
strateji məsələlərdə dost və qardaş Türkiyənin imkanlarından istifadə etməyə,bütün sahələr üzrə qarşılıqlı
tərəfdaşlıq kursu yürütməyə başladı (13, 340).
Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycan prezidenti seçildikdən sonra Azərbaycan Respublikası ilə
Tükiyə Cümhuriyyəti arasında mövcud olan və davamlı şəkildə inkişaf edən münasibətlər yeni bir mərhələyə
qədəm qoydu.
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də qardaş
ölkəyə rəsmi səfəri mühüm rol oynadı. Səfər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında birgə bəyanat, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlığa dair protokollar imzalandı.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan xarici siyasətinin prioritetləri Türkiyənin Azərbaycan
üçün əhəmiyyətini qorumasına səbəb olmuşdur. Regional balansın qorunması, Ermənistan–Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində, həmçinin Azərbaycanın enerji ehtiyatlarının Qərbə çatdırılmasında
Türkiyənin oynadığı rol ikitərəfli münasibətlərin gücləndirilməsini zəruri etmişdir. 2007-ci ildə qəbul olunan
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik KonsepsiyasındaTürkiyə–Azərbaycan münasibətlərinin strateji
əməkdaşlıq səviyyəsində olduğu qeyd olunmuşdur. Konsepsiyada Türkiyənin Azərbaycan üçün əhəmiyyəti
aşağıdakı kimi izah edilmişdir: etnik, mədəniyyət və dil baxımından bir-biri ilə sıx bağlı olan ölkələr; Türkiyə
transregional iqtisadi layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır; Ermənistan–Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmiş səylərdə mövqelər uyğundur (8).
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri vaxtı, 2007-ci ilin noyabrın 6-da iki ölkə arasında
uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı imzalanmışdır.
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
4
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi
layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu
layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın
rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu mənada 2008-ci il iyulun 24-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-
Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı
Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu
dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirdi (13,
332-334).
Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin bugünkü müttəfiqlik
səviyyəsinə yüksəlməsində 2010-cu ilin avqust ayının 16-da prezidentlər İlham Əliyev və Abdullah Gülün
Bakıda imzaladığı “Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”
mühüm rol oynamışdır. Müqaviləyə əsasən, tərəflər bundan sonra bir-birilərinin müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının təmin olunmasında və qorunmasında sıx
əməkdaşlıq edəcək, təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə
təxirə salınmadan məsləhətləşmələr aparacaqlar. Müqavilə, həmçinin tərəflərdən birinin üçüncü dövlət və ya
bir qrup dövlətin silahlı basqın və ya hərbi təcavüzünə məruz qalması halında bir-birinə qarşılıqlı yardım
göstərməsini nəzərdə tutur və bu sahədə birgə fəaliyyətin hüquqi bazasını yaradır (9, 123; 14, 3)
Bu münasibətlərin davamı olaraq, 2010-cu ildə tərəflər arasında çoxdan gözlənilən və ehtiyac duyulan
Strateji Müttəfiqlik Haqqındavə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması barədə razılığa
gəlinib və 15 sentyabr 2010-cu ildə bu barədə İstanbulda Prezident İlham Əliyev ilə Başbakan Rəcəb Tayyib
Ərdoğan tərəfindən müqavilə imzalanıb. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Türkiyə ilə Azərbaycan
arasındakı ikitərəfli münasibətlərdə bütün sahələrin ortaq problemlərini müzakirə edə biləcək və tərəfdaşlıq
yolları axtaracaq üstün səlahiyyətli bir strukturdur. Mütəxəssislərin fikrinə görə, Strateji Əməkdaşlıq Şurası
ikitərəfli münasibətlərdəki indiyə qədərki koordinasiya çatışmazlıqlarını aradan qaldırma və minimuma
endirmə fürsəti yaradıb (3).
2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə-
Azərbaycan əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunun bir daha şahidi olduq. Belə ki, Azərbaycan
Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı zamanı
söylədikləri fikirlər bunu bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin strateji
xarakter daşıdığını, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək qeyd edib ki, “Bizi birləşdirən
həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki,
Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”. Baş nazir Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ
məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqəti çəkərək deyib: “Dağlıq Qarabağ
mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz eynidir. Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu
necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə
bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam
edəcəyik”.
2012-ci il sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
ikinci iclasının keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Belə
ki, Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 7 protokol imzalandı ki, bunun da hər
iki dövlət üçün çox mühüm əhəmiyyəti var.
Azərbaycan prezidenti İlham Əliyevin 12-13 noyabr 2013-cü il tarixlərində Ankaraya gerçəkləşdirdiyi
rəsmi səfər Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafına xüsusi təsir göstərmişdir. Türkiyə ilə
Azərbaycan arasındakı dostluq,strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin müasir dövrdə həm
regional, həm də beynəlxalq müstəvidə ikitərəfli,həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etməsini
vurğulayan prezident İlham Əliyev qeyd etmişdır ki, Türkiyənin getdikcə güclənməsi və ciddi regional güc
mərkəzinə çevrilməsitəkcə türk xalqını deyil, həm də azərbaycan xalqını qürurlandırır. Türkiyə nə qədər güclü