IX
Yrd. Dos. Dr. Nadir Yurtoğlu, Yrd. Doç. Dr. Mustafa Eğilmez. Bakü Şark Milletleri Kurultayı (1-8 Eylül
1920)......................................................................................................................................................................382
Dos. Dr. Günay Qafarova. Osmanlı miniatür məktəbi və Azərbaycanlı rəssam Şah Qulu............................388
Dos. Dr. Bilal Dədəyev. Osmanlı ictimai-elmi fikrinin inkişafında mühüm rol oynayan Urmiyalı İshaqzadələr
ailəsi.......................................................................................................................................................................391
Dr. Sevil Kərimova. Azərbaycan rəngkarlığında İstanbul obrazının formalaşması........................................395
Dr. Yaşar Kalafat. Azerbaycan-Türkiye kültür ilişkilerinde mitoloji çalışmalarının yeri ve önemi………………399
Doktorant Bəxtiyar Məhərrəmov. Rusiyalı şərqşünas İ.N.Berezinin “Dağıstana və Zaqafqaziyaya səyahət”
əsərində Dərbənd və Bakı şəhərlərinin sosial-mədəni həyatının təsviri...............................................................403
VIII BÖLMƏ.
İQTİSADİYYAT VƏ TURİZM
Dos. Dr. Kutay Oktay, YL öğrencisi Pərvin Quluzadə, YL öğrencisi Ülvi Məhərrəmzadə. Azerbaycan
Turizminde Gerçekleşen Güncel Gelişmelere Yönelik Bir Araştırma....................................................................413
Yrd. Dos. Dr. Niyazi Gümüş, YL öğrencisi Orxan Babaşov. Tüketicilerin Online Alışveriş Alışkanlıklarının ve
Online Alışverişe Yönelik Algılarının Belirlenmesi..................................................................................................417
Dr. Şəhla İbrahimova. Müasir dövrdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi......................................425
Yrd. Dos. Dr. İrfan Mısırlı. Türk turizm sektöründe meslek standartları, mesleki yeterliliklerin uluslararası
düzeyde belgelendirilmesinde Azerbaycan için bir model önerisi........................................................................431
Doktorant Aynur Bağırlı. Azərbaycanda sosial evlər layihəsinin həyata keçirilməsində Türkiyə modelinin
tətbiqi imkanları.....................................................................................................................................................437
Doktorant Sara Bağırlı. Azərbaycan və Türkiyədə müalicə-sağlamlıq turizm imkanları...............................440
X
REDAKTOR SÖZÜ
Çağdaş dönəmdə qloballaşan dünyada coğrafi yaxınlıq, mədəniyyət, dini və dil birliyi kimi sıx mənəvi
bağlar ilə bir-birinə bağlı olan Azərbaycan Redspublikası və Türkiyə Cümhuriyyəti bütün sahələrdə
əməkdaşlıq, bərabərlik nümayiş etdirir və beynəlxalq müstəvidə bir-birilərinə dəstək verirlər. Azərbaycan və
Türkiyə Ulu Öndər Heydər Əliyevin müdrikliklə söylədiyi “bir millət, iki dövlət” sözünə sadiq olaraq, müxtəlif
sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texnika və başqa sahələrdə sıx
əməkdaşlıq edirlər. Tarixi və etnik köklərin birliyi ilə bağlı olan bu təbii yaxınlaşma, ümumi maraqlar
çərçivəsində səylərin birləşdirilməsi, qloballaşan dünyada mövcud olan və potensial çağırışların ortadan
qaldırılmasına və gələcəyin möhkəm təməllər üzərində qurulmasına imkan yaradır.
Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlığın ən prioritet sahələrindən biri də elm və təhsil
sahəsində həyata keçirilən əməkdaşlıqdır. Hər iki dövlər arasında elm və təhsil sahəsində davamlı inkişaf
edən əməkdaşlıq bu sahələrin inteqrasiyasını daha da sürətləndirir, qoloballaşan dünyada təhsilin
səviyyəsinin modernləşməsinə səbəb olur, həmçinin vahid ideoloji sistemin təməlini formalaşdırmağa xidmət
edir. Bu baxımdan 12-14 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkiyə
Cümhuriyyətinin Kastamonu Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə
təşkilatçılığı ilə keçirilən “Azərbaycan – Türkiyə münasibətləri” II beynəlxalq elmi konfransının əhəmiyyəti
böyükdür. Bu konfrans Azərbaycan Universitetləri ilə Türkiyə Universitetləri arasında elm və təhsil sahəsində
irəliyə atılmış bir addım oldu.
Ümumilikdə dörd Türkiyə Universitetinin və 10 - dan çox Azərbaycanın ali elm və təhsil ocaqlarının
iştirak etdiyi bu beynəlxalq elmi konfransda, Azərbaycan - Türkiyə münasibətlərinin tarixi, siyasi, iqtisadi,
sosial, mədəni sahələrini əhatə edən 85 elmi məruzə dinlənilmişdir. Bu elmi məruzələrin müzakirəsi zamanı
aparılan diskussiyalar yeni elmi nəticələrin və qənaətlərin ortaya çıxmasına səbəb olmuşdur.
Konfransın düzənlənməsində maddi, təşkilati və mənəvi dəstəyinə görə, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru Prof. Dr. Cəfər Cəfərova, Kastamonu Universiyetinin rektoru Prof. Dr. Seyit Aydına,
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Dos. Dr. İlham Mədətova təşəkkürümüzü bildiririk.
Bu konfransın təşkil olunmasında böyük əməyi olan Azərbayacn Dövlət Pedaqoji Universitetinin və
Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərliyinə, Azərbayacn Dövlət Pedaqoji Universitetinin
Tarix və Coğrafiya fakültəsinin rəhbər və pedaqoji heyətinə, Kastamonu Universitetinin rəhbər və elmi
heyətinə, konfransın təşkilat komitəsinə, akademik heyətinə və universitetimizin tələbələrinə və əməyi keçən
hər bir kəsə dərin təşəkkürümüzü bildirirk.
Redaktorlar
Dos. Dr. Naibə Əhmədova
Dos. Dr. Mübariz Ağalarlı