Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
17
problemlərinin həllinə dəstək vermişdir. Xüsusən Azərbaycana edilən erməni təcavüzü şəraitində onun
köməyi bütün məsələlərdə hiss olunurdu. Konkret olaraq, ermənilər Qarabağla yanaşı Naxçıvana da həmlələr
edir, onu işğal etməyə çalışırdı. Naxğıvanın erməni təcavüzündən qorunmasında Türkiyənin hərtərəfli
dəstəyinin, o cümlədən diplomatik səylərinin əhəmiyyəti böyükdür.
Azərbaycanın müstəqillik dövrünə bütöv nəzər saldıqda onun Türkiyə ilə münassibətləri daim yüksələn
xətlə inkişaf etdiyini müşahidə ettmək olar. Bu münasibətlər ilbəil genişlənərək ictimai həyatın bütün
sahələrini əhatə etmişdir. Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəfin maraqları üst-üstə
düşür. Hər şeydən öncə Azərbaycan üçün Türkiyə dünyada ən yaxın müttəfiq və dayaqdır. Azərbaycanın
güclü dövlət olması isə Türkiyənin regionda və dünyada gücünün və rolunun artırmasına təkan verir.
Başlanğıcını Azərnaycandan götürən enerji və nəqliyyat layihələrinin Türkiyə istiqamələnməsi bu ölkənin
iqtisadi və siyasi durumunda yeni bir dövrün başlanmasını şərtləndirmişdir. Hətta Azərbaycandan keçməyən
tranzit layihələrdə də Türkiyənin yerinin möhkəmlənməsində də bu iki ölkənin birgə fəaliyyəttində qazanılan
uğurun təsiri şübhəsizdir.
Türkiyə - Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri türk dünyasının birliyinə nail olmaq,
onları həyatın bütün sahələrində təsir imkanına malik vahid mövqe ətrafında birləşdirmək olmuşdur. Hələ
müstəqilliyin ilk illərindən başlayaraq belə bir birliyin yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə
ehtiyac hiss olunmuş, vacib vəzifə kimi ortaya şıxmışdır. Qeyd etmək lazımdır ki, bu məsələdə türk dünyası
dövlətlərinin üzərinə fərqli vəzifələr düşdüyü kimi, onların hər biri bu prosesdə fərqli mövqe nümayiş
etdirmiş, hər bir dövlət özünəməxsus rola və təsirə malik olmuşdur. Azərbaycanın və Türkiyənin üzərinə
düşən vəzifə oxşarlığı ilə seçilirdi. Bu iki dövlət bir növ həmin birliyin generatoru, öndəgedəni rolunu oynamış,
bu ideyanın reallaşmasına daha şox töhfələr vermişlər. Müstəqilliyin ilk illərindən türkdilli dövlətlərin zirvə
toplantılarının əsası qoyulur və vaxtaşırı keçirilir. Bu zirvə toplantıları ilk vaxtlar obyektiv səbəblər üzündən
müəyyən çətinliklərlə üzləşsə də bu birliyin formalaşmasında irəliləyiş göz qabağında idi. Onların gedişində
daha ciddi məsələlər qoyulur və daimi fəaliyyət göstərən strukturların yaranmasına nail olunur. 2006-cı ildə
Türk Parlament Assambleyası yaradılır. Bundan sonra isə liderlər TÜRK Parlament Assambleyası adı altında
Türk dövlətlərinin parlamentlərinin birliyini hədəfləyən Asssambleyanın yaradılması yolunda fəaliyyət
göstərmişlər. 2009-cu ildə Naxçıvan zirvə toplantısında Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının yaradıldı (3).
Son illərdə keçirilən zirvə toplantılarında türk dünyasının hər bir dövləti üçün önəmli olan məsələlər
qoyulur, və həll olunurdu. Artıq Naxçıvan sammitində iqtisadi əməkdaşlıq məsələlərindən tutmuş
təhlükəsizlik, beynəlxalq aləmdə birgə fəaliyyət məsələlərinə qədər problemlər müzakirə edilərək vacib
qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikası yarandığı gündən Türkiyə Respublikasının hərtərəfli dəstəyini öz üzərində hiss
edirdi. Həmin dövrdə Azərbaycanın güvəndiyi xalqlar və dövlətlərin sırasında Türkiyə birinci yerdə dayanırdı.
Lakin Azərbaycanda 1991-93-cü illərdə gedən siyasi proseslərdə ümüumilikdə vəziyyət ağır idi və bu iki
dövlətin münasibətlərində də özünü göstərirdi. Azərbaycanda yaranmış qarışıqlıqda istifadə edən xarici və
daxili qüvvələr vəziyyəti daha da ağırlaşdırır, ölkəni yaranmış böhrandan çıxmağa imkan vermirdi. 1993-cü
ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə hərc-mərcliyin qarşısının alınmasına, xarici
təcavüzün dayandırılmasına nail olması ilə ölkə daxilində normal quruculuq işləri başlanır. Bu vaxt xarici
dövlətlərlə münasibətlərin düzgün məcraya gətirilməsi qonşularla konstruktiv münasibətlər qurmağa şərait
yaratdı. Hər bir qonşu dövlətin əsl siyasətinə qiymət verildi, Onların hər biri ilə özünün mövqeyinə müvafiq
xətt müəyyənləşdi və yeridildi. Elə həmin vaxtdan etibarən Türkiyənin də yeri və rolu düzgün qiymətini aldı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan
xalqına müraciətində qeyd etdiyi kimi: “Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə
xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini
verir.”
Hakimiyyətdə olduğu müddətdə Heydər Əliyev Türkiyə ilə əlaqələrini gücləndiri. Onun atdığı hər bir
addımda Türkiyənin maraqları nəzərə alınır. Onun 1994-cü il fevralında Türkiyəyə ilk rəsmi səfəri zamanı
Türkiyə Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün
Azərbaycan tərəfinin düşüncələri haqqında məlumat verib. Səfər çərçivəsində Türkiyə ilə əməkdaşlıq və
qarşılıqlı yardım haqqında mühüm sənədlər imzalandı. 1997-ci və 2001-ci illərdəki növbəti rəsmi səfərlərində
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
18
Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni-yeni sazişlər imzalanmış, real
addımlar üçün zəmin yaradılmışdır (2).
2003-cü ildən Azərbaycana rəhbərlik edən Ilham Əliyev Azərbaycanın Türkiyə ilə münasibətində
götürülmüş kursu davam etdirmiş, bu münasibətləri yeni bir səviyyəyə qaldırılmasına nail olmuşdur.
Azərbaycanın Türkiyə dövləti ilə əməkdaşlıq əlaqələri ictimai həyatın bütün sahələrində ən yüksək səviyyəyə
qaldırılmışdır.
Türkiyə-Azərbaycan iqtisadi münasibətləri iki dövlət arasında əməkdaşlığın mühüm tərəflərindən birini
təşkil edir. Müstəqilliyin ilk illərində Türkiyənin humanitar yardımları ilə başlayan bu əməkdaşlıq zaman
keçdikcə genişlənərək dərinləşmiş, strateji xarakter almışdır. 1994-cü ildə Türkiyənin “Əsrin müqaviləsinin”
tərəfdaşlarından biri kimi çıxış etməsi artıq ciddi planların başlanğıcı idi. Ümumiyyətlə, Azərbaycanın neft-qaz
sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı vardır.
Xüsusən, neftin və qaçın dünya bazarına çıxarılması üçün tikilən boru kəmərlərinin, nəqliyyat
dəhlizlərinin planlaşdırılması zamanı Türkiyənin bu layihələrdə iştirakı həmişə diqqət mərkəzində olmuş, hər
iki ölkənin səyi sayəsində reallaşmışdır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın və Türkiyənin birgə
səyi sayəsində ərsəyə gəlmişdir. Hazırda isə tikilməkdə olan nəhəng TANAP, TAP kəmərləri də bu
tərəfadaşlığın uğurlu nəticələrindəndir. Hazırda bu sahədə aparılan işlər və reallaşdırılan layihələr bu
əməkdaşlığın dərinləşməsindən və genişlənməsindən xəbər verir. Qeyd etmək lazımdır ki, yaradılan nəqliyyat
dəhlizləri region dövlətlərinin bu sahədə əməkdaşlığının nəticəsi olaraq təkcə bu dövlətlər üçün deyil, daha
qlobal problemlərin həllinə təkan verir. Avropanın və dünyanın enerji təhlükəsizliyinin həllinə, yük
daşımalarının optimallaşdırılmasına xidmət etməklə yanaşı ölkələrin bir birinə yaxılnlaçmasına, səmərəli
əməkdaşlığın güclənməsinə öz töhfəsini verir. Bununla yanaşı ölkələrimizin dünya iqtisadi_siyasi, mədəni
durumunda rolunu gücləndirir.
İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir.
Türkiyənin iş adamları və şirkətləri 2002 - 2010 illər ərzində Azərbaycanın neft və qeyri-neft sektoruna 1,653
mlrd. AZN həcmində investisiya yönəltmişlər, bu da həmin dövr ərzində ölkəyə yatırılan sərmayələrin 7%
təşkil etmişdir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri. Hazırda iki dövlət arasında ticarət
dövriyyəsi 10 mlrd. Dollar təşkil edir. 2020-ci ilə bu rəqəmin 20 mlrd dollara çatdırılması planlaşdırılır.
Qarabağ münaqişəssi başladığı gündən Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi kimi şıxış etmişdir. Onun
Sovet dövləti ilə bağladığı müqavilələr də bu məsələdə öz müsbət rolunu oynamışdır. Türkiyə ATƏT-in
Qarabağ probleminin həlli üzrə yaradılmış Minsk qrupunun həmsədrləri sırasına düşməsə də, bu qrupun
üzvüdür və orada Azərbaycanın güvəndiyi dövlətlərdən birincisidir.
Türkiyənin hərbi-təhlükəsizlik məsələlərində Azərbaycana dəstək olması, son dərəcə böyük əhəmiyyətə
və təsirə malikdir. Türkiyənin Azərbaycanla vahid mövqedən çıxış etməsi ən təsirli amillərdən biridir. Bu
yaxınlıq təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə deyil, bütövlükdə
regionda gedən bütün təhlükəli proseslərə, terrora və provakasiyalara münasibətdə də öz rolunu oynayır.
Xüsusən son illərdə hər iki ölkə üçün həlledici məqamlarda onların bir-birinə münasibətdə tutduğu
mövqe və nümayiş etdirdikləri konkret hərəkətlər həmin reallığın ifadəsidir. Son illərdə regionda gedən
mürəkkəb proseslər şəraitində onların addımları bir-birini tamamlamış, təkcə iki dövlətin deyil, bütövlükdə
regionun problemlərinin həllində mühüm rol oynamışdır. Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlığın
inkişafı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında da müzakirə
olunub. Prezident İlham Əliyev bildirib ki, Ankara ilə hərbi əməkdaşlıq Azərbaycanın marağındadır.Qeyd edək
ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasından sonra imzalanan
sənədlərdən biri “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə
sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”dir (1).
Azərbaycan və Türkiyə arasında günbəgün artan və möhkəmlənən əməkdaşlığın strateji səviyyəyə
yüksəlməsi özünü bir daha 2011-ci ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulmasında ifadə
etdi. Bu şuranın çərçivəsində hər il keçirilən görüşlərdə hər iki dövlət üçün vacib olan ən mühüm məsələlər
müzakirə edilir, birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilirdi. 2017-ci ilin oktyabrında bu şuranın altıncı