Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə30/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   26   27   28   29   30   31   32   33   ...   128

118 

 

balın  onun  böyük  qızının  şərəfinə  təşkil  olunduğunu 



düşünmək  istəyirdi.  O  özünü  qeyri-adi  dərəcədə 

şərəfləndirilmiş sayırdı ki, mister Binqli yazılı dəvətnamə 

göndərmək əvəzinə onları bala dəvət etməkdən ötrü özü 

şəxsən Lonqborna gəlib. Ceyn öz xəyalında iki rəfiqəsinin 

arasında,  mister  Binqlinin  diqqətli  nəzərlərini  qəbul 

edərək  keçirəcəyi  məsud  axşamı  canlandırırdı.  Elizabet 

məmnuniyyətlə  mister  Uikhemlə  rəqs  edəcəyini,  mister 

Darsinin sifətinin ifadəsindən və davranışından Uikhemin 

ona  danışdıqlarının  sübutunu  tapacağını  düşünürdü. 

Ketrin və Lidiyanm duyduğu bəxtəvərlik hissi bir az hər 

hansı konkret şəxs və ya durumla bağlı idi. Onlar hər biri 

eynilə  Elizabet  kimi  gecənin  yarısını  mister  Uikhemlə 

rəqs etməyə hazırlaşırdılar, ancaq o, heç bir halda qızlar 

üçün yeganə mümkün kavaler 

deyildi  -  bal  istənilən  halda  bal  olmalıdır.  Hətta  Meri 

doğmalarını əmin edirdi ki, onun bala qarşı heç bir etirazı 

yoxdur. 

— Səhər  saatlarımı  istədiyim  kimi  keçirsəm,  mənə 

bəsdir.  Heç  də  hesab  etmirəm  ki,  zaman-zaman  gecə 

əyləncəsində  iştirak  etməklə  xüsusilə  böyük  qurban 

verirəm.  Cəmiyyət  hər  şeyə  öz  hüquqlarını  sırıyır.  Mən 

cəmiyyətin  o  üzvlərindənəm  ki,  hərdən  özlərinə  kənara 

çəkilməyi və dincəlməyi rəva görürlər. 

Elizabet  əks  ovqatdaydı.  Adəti  üzrə  o,  mister 

Kollinzlə mümkün qədər az danışmağa çalışsa da, bu dəfə 

özünü tutmadı və ondan soruşdu ki,  o, mister Biqnlinin 

dəvətindən yararlanmaq istəyirmi və bu cür əyləncələrdə 

downloaded from KitabYurdu.org




119 

 

iştirak etmək onun rütbəsinə yaraşırmı. Əmisi nəvəsinin 



bu  xüsusda  azacıq  belə  şübhəsi  olmadığı  və  rəqslərdə 

iştirakına  görə  arxiyepiskop  və  ya  ledi  Ketrin  de  Bör 

tərəfindən  qınanmaqdan  qorxmadığı  barədə  dediklərini 

eşidəndə o, xeyli heyrətləndi. 

— İcazə verin, qeyd edim ki, ləyaqətli gəncin mötəbər 

insan  üçün  təşkil  etdiyi  bu  cür  bal,  fikrimcə,  özündə 

zərərli  başlanğıclar  gizlədə  bilməz.  Rəqslərə  inkarçı 

yanaşmadan uzaq 

olaraq, gecə boyu gözəl əminəvələrimin hər biri ilə rəqs 

etməyə ümid bəsləyirəm. Fürsətdən istifadə edərək, miss 

Elizabet, indidən sizi ilk rəqsə dəvət etmək şərəfindəyəm. 

Güman edirəm ki, bu xüsusi imtiyazı əmim nəvəsi Ceyn 

düzgün başa düşəcək və qətiyyən ona ehtiramın əskikliyi 

kimi qəbul etməyəcək. 

Elizabet anladı ki, tələyə düşüb. O əmin idi ki, onu ilk 

rəqsə mütləq Uikhem dəvət edəcək. İşə bax, bunun yerinə 

o,  mister  Kollinzlə  rəqs  etməli  olacaq!  Elizabet  öz 

ünsiyyətcilliyini heç vaxt indiki kimi büruzə verməmişdi. 

Ancaq  iş  işdən  keçmişdi,  əldən  başqa  iş  gəlmirdi. 

Beləliklə,  mister  Uikhem  və  onun  üçün  bəxtəvər 

dəqiqələrə çevrilməli olan anlar bir qədər sonra olacaqdı. 

Mister  Kollinzin  rəqs  dəvəti  lütfkarlıqla  qəbul  edildi. 

Kollinzin  təmtəraqla  danışığındakı  nəzakətin  əndazəni 

aşması xoşuna gəlmədi. Bu müddətdə qızın ağlına ilk dəfə 

gəldi ki, mister Bennetin qızlarının içində məhz Hansford 

kilsəsinin ləyaqətli sahibəsi, eyni zamanda daha münasib 

tərəf-müqabillər  olmadıqda  Rozinqsdəki  kart  oyunları 

downloaded from KitabYurdu.org




120 

 

partiyasının  dördüncü  iştirakçısı  ola  bilər.  Əmisi 



nəvəsindən  özünə  qarşı  artmaqda  olan  diqqəti  və 

Kollinzin onun hazırcavablığı və diribaşlığına 

tez-tez səslənən komplimentlərini fərq etməyə başlayınca 

Elizabetin  şübhəsi  əminliyə  çevrildi.  O  öz  cazibəsinin 

təsirindən sevinməkdənsə həyəcanlandı. Xüsusilə də onun 

həyəcanı missis Bennetin belə bir cütlüyü tam alqışladığı 

barədə ona işarələr verməsindən sonra daha da artdı. Bu 

izdivacdan imtinasının evdə hansı fırtınam qoparacağını 

dərk  edən  Elizabet  eyhamları  başa  düşməyibmiş  kimi 

özünü aparmağı üstün tutdu. Ola bilər ki, mister Kollinz 

ona evlilik təklifi etməyi uyğun saymayacaq. Nə qədər ki 

o,  heç  bir  şeyə  qərar  verməyib,  bu  barədə  hay-küy 

qaldırmağın mənası yox idi. 

Kiçik  miss  Bennetlər  hazırlaşmalı  olduqlan  və 

haqqında bəs deyincə danışa bildikləri Nezerfilddəki bala 

ümid  bəsləmədən  özlərini  son  dərəcə  bədbəxt  hiss 

edərdilər. Dəvət günündən balın baş tutduğu günə qədər, 

demək  olar,  dayanmadan  yağış  yağdı  və  onlar  Meritona 

gedə bilmədilər. Nə xalalan, nə zabitlər, nə xəbərlər - hətta 

bal başmaqları üçün bantlar da çaparın köməyi ilə alınıb 

gətirildi! Elizabetin səbri də sınağa çəkildi, çünki pis hava 

şəraiti  onun  mister  Uikhemlə  tanışlığının  davamı  üçün 

dəfedilməz əngəllər yaradırdı. Yalnız 

ikinci  baş  tutacaq  rəqslərin  gözləntisi  Kitti  və  Lidiyaya 

tam  dözülməz  cüməni,  şənbəni,  bazar  gününü  və  bazar 

ertəsini birtəhər yaşamağa imkan verdi. 

XVIII 

FƏSİL 


downloaded from KitabYurdu.org


121 

 

Nezerfilddəki  qonaq  otağına  qədəm  basaraq,  qırmızı 



mundirlərin arasında mister Uikhemi  əbəs  yerə axtarana 

qədər Elizabetin ağlına gəlməmişdi ki, o, buraya gəlməyə 

bilər. Onunla görüş qıza özlüyündə o qədər aşkar və təbii 

görünürdü  ki,  o,  Uikhemin  Nezerfilddə  görünməsinə 

mane 

ola 


biləcək 

bəzi 


durumlar 

barədə 


heç 

düşünməmişdi. O, bala görə xüsusi diqqətlə bəzənmişdi 

və  Uikhemin  ürəyinin  itaət  altına  alınmamış  guşələrinin 

fəthinə əla ovqatla hazırlaşmışdı. Elizabet əmin idi ki, bu 

vəzifə bir axşam ərzində asanca həll edilə bilər. Ancaq o, 

zala  daxil  olan  kimi  onda  məşum  bir  şübhə  yarandı  ki, 

Binqli  dostuna  görə  Uikhemi  bala  dəvətli  zabitlərin 

siyahısına  salmayıb.  Gerçəkdə  məsələ  o  qədər  də  belə 

deyildisə də, Uikhemin yoxluğunu onun dostu, Lidiyanm 

səbirsiz  sorğu-  sualla  üstünə  cumduğu  mister  Denni 

təsdiqlədi.  O,  Uikhemin  işlə  əlaqədar  Londona  getməli 

olduğunu və hələ də 

qayıtmadığını 

xəbər 


verdi 

və 


mənalı-mənalı 

gülümsəyərək əlavə etdi: 

— Düşünmürəm ki, iş onu məhz belə bir gündə bizdən 

ayıra  bilərdi,  əgər  o,  burada  olan  bir  centlmenlə 

qarşılaşmaqdan qaçmağa səy göstərməsəydi. 

Bu qeyd çətin ki, Lidiyanm qulağına çatdı, ancaq onun 

bacısı  bunu  başa  düşdü.  Bu  sübut  edirdi  ki,  onun  ilkin 

təxmininin  doğrulmamasından  asılı  olmayaraq,  yenə 

Uikhemin balda olmamasında Darsinin günahı heç də az 

deyil. Bütün  gözləntilərinə  görə məyusluğa düçar olmuş 

Elizabet  ona  qarşı  elə  bir  nifrət  duydu  ki,  Darsi 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə