Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə128/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   120   121   122   123   124   125   126   127   128

510 

 

mümkün qədər tez məktub yazmalısınız. Bir daha və bir 



daha 

Sizə 


Göllər 

diyarına  getmədiyiniz  üçün 

minnətdarlığımı  bildirirəm.  O zaman bunu arzu edərkən 

necə 


də  səfeh  olmuşam!  Sizin  yastı  faytojı  barədəki  ideyanız 

mənə  çox  xoş  gəldi.  Biz  hər  səhər  Sizinlə  pai'kda 

gəzəcəyik. Bu saat mən dünyada ən xoşbəxt varlığam. Ola 

bilər, məndən əvvəl eyni şeyi başqaları da ifadə  ediblər. 

Ancaq  onların  heç  birində  bundan  ötrü  bu  qədər  əsas 

olmayıb.  Hətta  mən  Ceyndən  də  xoşbəxtəm.  O,  yalnız 

gülümsəyir, mən isə qəhqəhə çəkirəm! Mister Darsi Sizə 

özünün məndən gizlətmiş olduğu bütün məhəbbətini izhar 

edir. Siz Miladda mütləq Pemberliyə gəlməlisiniz. 

Sizin və s. və i.” 

Mister  Darsinin  ledi  Ketrinə  məktubu  tamam  başqa 

cür görünürdü. Mister Bennetin mister Kollinzin sonuncu 

məktubuna  cavabı  isə  hər  iki  ismanşa  qətiyyən 

bənzəmirdi: 

“Əziz  ser,  siz  öz  təbriklərinizin  üzərində  bir  daha 

işləməli  olacaqsınız.  Elizabet  tezliklə  mister  Darsinin 

həyat yoldaşı olacaq. Gücünüz çatdığı qədər ledi Ketrinə 

təsəlli  verməyə  çalışın.  Ancaq  mən  Sizin  yerinizdə 

olsaydım,  bacıoğluya  istinad  edərdim.  Onun  imkanları 

daha böyükdür. Səmimiyyətlə Sizin və s. və. i.” 

Gözlənilən  evlilik  ilə  bağlı  mister  Binqliyə 

bacısından,  miss  Binqlidən  gələn  təbriknamə  qeyri-adi 

dərəcədə  diksindirici  və  saxta  idi.  O,  hətta  Ceynə  də 

məktub  yazaraq,  öz  heyranlığını  ifadə  etmiş,  onunla 

downloaded from KitabYurdu.org



511 

 

köhnə  dostluq  hisslərini  xatırlatmışdı. Ceyn bu məktuba 



aldanmasa da,  yenə də  məktub ona o qədər təsir etdi ki, 

özünü  saxlaya  bilməyərək,  gələcək  baldızının  layiq 

olmadığını bilə-bilə ona daha mehriban cavab yazdı. 

Bu münasibətlə miss Darsinin yazdığı məktubda ifadə 

etdiyi sevinc qardaşından almış olduğu məktubdakı qədər 

səmimi idi. Öz heyranlığını və Elizabetin onun bacısı kimi 

sevəcəyinə hərarətli ümidini ifadə etmək üçün dörd səhifə 

ona açıq-aşkar azlıq etmişdi. 

Mister  Kollinzdən  cavab  və  ya  onun  arvadından 

təbriknamə  alına  biləcək  vaxtdan  hələ  əvvəl  Lonqborn 

sakinləri xəbər tutdular  ki,  Kollinzlər özləri Lukas  Loca 

təşrif  buyurublar.  Onlann  belə  tez-tələsik  gəlişlərinin 

səbəbi  tezliklə  aydın  oldu.  Ledi  Ketrin  bacısı  oğlunun 

məktubundan  elə  qəzəblənibmiş  ki,  gözlənilən  nikaha 

ürəkdən  sevinən  Şarlotta  bu  tufanın  bir  qədər 

sakitləşəcəyi  vaxta  qədər  ortadan  itməyi  ən  yaxşı  yol 

sayıb. 

Rəfiqəsinin belə bir vaxtda gəlişi Elizabeti çox sevindirdi. 



Ancaq  mister  Darsinin  hər  dəfə  görüşdüklərində  onun 

ərinin  təmtəraqlı  lütfkarlıqlarma  dözməli  olduğunu 

gördükdə Elizabet bu sevincin həddən artıq baha qiymətə 

başa gəldiyini düşünməyə başladı. Yeri gəlmişkən, mister 

Darsi  qeyri-adi  dözüm  göstərirdi.  O,  hətta  ser  Uilyams 

Lukasın  bu  diyarın  möhtəşəm  zinətinin  oğurlanmasına 

dair  şikayətlərinə,  eləcə  də  onun  Sent-Ceymsdə  görüşə 

ümid  etməsinə  dair  dediklərini  az-  çox  sakitliklə 

dinləməyi  öyrənmişdi.  O,  bəzi  vaxtlarda  çiyinlərini 

downloaded from KitabYurdu.org




512 

 

çəkirdisə  də,  bunu  ser  Uilyam  üzünü  yana  çevirmiş 



olduğu vaxtlarda edirdi. 

O,  başqa,  bəlkə  də  hələ  daha  ağır  sınağa  missis 

Filipsin  bayağılığı  üzündən  dözməli  oldu.  Doğrudur, 

bacısı  kimi,  o  da  Darsinin  qarşısında  o  qədər  pərəstişlə 

durdu ki, onunla, xoşməcaz Binqlinin xasiyyətinin onda 

təşviq  etdiyi  ərkyanalıqla  danışmağa  cəsarət  etmədi. 

Ancaq onun dilə gətirdiyi istənilən cümlə mütləq bayağı 

səslənirdi.  Darsiyə  ehtiram  onu  susqun  olmağa  vadar 

edirdi,  ancaq  maneralarını  yaxşılaşdırmırdı.  Elizabet 

Darsini mister Kollinzin və missis Filipsin ifrata varan 

diqqətindən  müdafiə  etməyə  çalışaraq  əlindən  gələn  hər 

şeyi edirdi. Onun cəhdləri sayəsində Darsi günün böyük 

hissəsini ya onunla, ya da söhbətlərinin onun üçün ağırlıq 

yaratmadığı  yaxınlarının  mühitində  keçirirdi.  Belə 

narahatlıqlar  üzündən  nişan  mərhələsi  Elizabet  üçün  bir 

qədər  az  fərəhli  olsa  da,  gələcək  səadət  bundan  daha  da 

cəlbedici  görünürdü.  O,  vəcdlə  onlar  üçün  bu  qədər 

xoşagəlməz  olan  mühitdən  çıxıb  qurtulacağı  və 

Pemberlidə sakit və layiqli ailə həyatı yaşayacağı zamanı 

intizarla gözləyirdi. 

XIX 

FƏSİL 


Missis  Bennetin  analıq  hissi  üçün  xoşbəxt  gün  iki  ən 

ləyaqətli  qızı  ilə  gülə-gülə  vidalaşması  oldu!  Təsəvvür 

etmək asan idi ki, o bundan sonra hansı vəcdlə və qürurla 

missis  Binqlini ziyarət  edəcək və missis  Darsi haqqında 

danışacaqdı. Onun ülvi arzusunun gerçəkləşməsinin, qısa 

müddətdə az qala qızlarının hamısını ərə verməsinin ona 

downloaded from KitabYurdu.org



513 

 

çox müsbət təsir göstərdiyini və missis Bennetin ömrünün 



axırında xoşməcaz və dərrakəli qadına çevrilməsini, onun 

ailəsinin xətrinə deməkdən şad olardım. Fəqət, təəssüf ki

o,  azacıq  da  olsun,  ağıllanmamışdı  və  zaman-zaman 

əvvəlki kimi əsəb tutmalarına məruz qalırdı. Bəlkə də bu, 

onun  ərinin  bəxtəvərliyi  idi,  çünki  əks  təqdirdə  mister 

Bennet onun üçün qeyri-adi olan ev rahatlığından zövq ala 

bilməzdi. 

Mister  Bennet  ikinci  qızından  ötrü  çox  darıxırdı  və  bu 

bağlılıq istənilən başqa bir səbəbdən daha çox onu evdən 

tez-tez 


çıxıb  səfərə  getməyə  vadar  edirdi.  O,  xüsusilə  də  hər 

şeydən az gözlənildiyi vaxt Pemberliyə baş çəkməyi çox 

sevirdi. 

Mister Binqli və Ceyn Nezerfilddə yalnız bir ilə yaxın 

yaşadılar. Anasıyla və Meritondakı qohumları ilə bu qədər 

yaxın  qonşuluğunun  hətta  onun  həlim  xasiyyəti  və  incə 

qəlbinə  baxmayaraq,  arzuolunmaz  olduğu  aydınlaşdı. 

Binqlinin bacılarının ülvi arzusu, nəhayət, gerçəkləşdi və 

o,  Derbişirlə  həmsərhəd  qraflıqda  malikanə  aldı. 

Beləliklə,  Ceyn  və  Elizabet  bütün  sevinclərinin  üstünə 

üstəlik, bir-birindən cəmi 30 mil məsafədə oldular. 

Kitti  özü  üçün  faydalı  olaraq,  iki  böyük  bacısının 

mühitində vaxt keçirməyə başladı. Bunun sayəsində onun 

xasiyyəti  nəzərəçarpacaq  dərəcədə  yaxşılaşdı.  O,  Lidiya 

kimi inadkar deyildi. İndi Lidiyanın təsirindən xilas olmuş 

Kitti Ceynin və Elizabetin rəhbərliyi altında daha az əsəbi, 

daha az tənbəl və daha az cahil idi. Əlbəttə, onu Lidiya ilə 

downloaded from KitabYurdu.org




514 

 

bir  arada  olmaqdan  hər  vəchlə  qoruyurdular.  Missis 



Uikhemin onu tez- tez öz yanma dəvət etməsinə, bacısını 

bal və gənclər mühitilə 

şirnikdirib  tovlamasına  baxmayaraq,  mister  Bennet  heç 

vaxt belə bir səfərə razılıq vermirdi. 

Ailənin  Lonqbornda  qalmaqda  davam  edən  yeganə 

qızı  Meri  idi.  O,  istər-istəməz  özünütəkmilləşdirmə 

cəhdlərini buraxmalı oldu, çünki missis Bennet bir dəqiqə 

də olsun tənha qala bilmirdi. Beləliklə, Meri əvvəlki kimi 

hər  cəfəng  şeyə  aid  təlimatlar  oxumağa  qabil  olsa  da, 

həyatda yaxından iştirak etməyə başladı. Artıq bacılan ilə 

müqayisədə daha az gözəl olduğuna görə özünü əzik hiss 

etməyən  Meri,  atasının  da  ehtimal  verdiyi  kimi,  bu 

dəyişikliklə xüsusi etirazı olmadan razılaşdı. 

Uikhem  və  Lidiyaya  gəlincə  böyük  bacılann  ərə 

getməsi  onların  xasiyyətində  əks  olunmadı.  Elizabetin 

onun  nadürüstlüyü  və  nankorluğu  barədə  hər  şeyi  axıra 

qədər bilməli olacağı faktı Uikhem mütəfəkkir sakitliyi ilə 

qarşıladı.  Heç  nəyə  baxmayaraq,  o,  bəlkə  də  ümidini 

üzmürdü ki, hər halda Darsi onun rifahına dair öz üzərinə 

qayğı  götürəcək.  Toy  günü  ərəfəsində  Elizabetin  aldığı 

məktub təsdiq edirdi ki, Uikhemin 

özü  olmasa,  hər  halda  onun  arvadı  belə  bir  ümid 

bəsləyirdi. Məktubda yazılırdı: 

“Əzizim Lizzi, sənə hər cür sevinc arzulayıram. Sən 

mister Dai'sini ən azı mənim əziz Uikhemimi sevdiyimin 

yarısı qədər möhkəm sevirsənsə, özünü çox xoşbəxt hiss 

etməlisən. Yaxşı ki, sən varlı olacaqsan! Ümidvaram ki, 

downloaded from KitabYurdu.org




515 

 

sənin  heç  bir  məşğuliyyətin  olmayanda  bizi  yadına 



salacaqsan.  Mən  əminəm  ki,  Uikhem  sarayda  yer 

tutmaqdan  imtina  etməzdi  və  qorxuram  ki,  bizim 

müəyyən  yardımlar  olmadan  yaşamağa  pulumuz 

çatmayacaq. Düşünürəm ki, ildə iiç-dörd yüz funt qazancı 

olan istənilən bir yer bizim işimizə yarayardı. Ancaq sən 

vacib  hesab  etməsən,  lülfən,  bu  barədə  mister  Darsiyə 

danışma. 

Sənin və s. i.” 

Elizabet  bunu  heç  də  vacib  saymadığı  üçün  cavab 

məktubunda  bu  qəbildən  olan  hər  cür  ümid  və  iddialara 

son  qoymağa  çalışdı.  Bununla  belə,  Elizabet  hərdən 

onlara  öz  xərclərindən  qənaət  etməsi  sayəsində  geriyə 

atdığı  və  bu  səbəbdən  sərəncamında  olan  puldan 

göndərirdi. O, yaxşı başa 

düşürdü ki, Uikhemlərin vəsaiti bu qədər tələbxərc olan 

və gələcək haqqında çox az düşünən iki insanın xərclərini 

ödəmək  üçün  kifayət  deyil.  Hər  dəfə  onlar  bir  yerdən 

başqa  yerə  köçməli  olanda  Elizabet  və  ya  Ceyn  mütləq 

borcların  ödənilməsinə  yardım  barədə  xahiş  gözləməli 

idilər.  Hətta  sülh  sazişinin  bağlanmasının  onlara  vətənə 

qayıtmaq  imkanı  verməsindən  sonra  da  Uikhemlərin 

həyat tərzi olduqca qayğısız olaraq qaldı. Onlar ucuzvarı 

həyat qurmaq üçün daima köçürdülər və həmişə imkanlan 

çatdığından  artıq  pul  xərcləyirdilər.  Uikhemin  Lidiyaya 

qarşı istəyi çox tezliklə yerini tam etinasızlığa vermişdi. 

Onun ərinə bağlılığı bir qədər uzun ömür sürdü. Öz zahiri 

görünüşünə  və  mənşəyinə  baxmayaraq,  Lidiya  əvvəlki 

downloaded from KitabYurdu.org




516 

 

kimi, yenə də ərə getdiyi vaxt tanındığı reputasiyaya, tam 



iddiaya sahib idi. 

Darsi Uikhemi Pemberlidə qəbul etməyə razılaşmasa 

da,  yenə  də  Elizabetin  xətrinə,  ona  karyerasında  dəstək 

verməyə  davam  edirdi.  Əri  Londonda  və  ya  Bat  edə 

əyləndiyi  vaxtlarda  Lidiya  onlarda  qonaq  olurdu. 

Binqlilərdə isə onlar tez-tez o qədər çox vaxt keçirirdilər 

ki, hətta Binqlinin mələk xasiyyəti 

buna  üsyan  edirdi  və  o,  Uikhemlərə,  çıxıb  getmələrinin 

zəruri  olduğu  barədə  eyham  edilməsindən  danışmağa 

başlayırdı. 

Darsinin  evlənməsi  miss  Binqliyə  dərin  yara 

vurmuşdu, ancaq o, Pem berlini  ziyarət  etmək imkanını 

özündə  saxlamağı  faydalı  hesab  etdiyindən  incikliyini 

qəlbinə gömmüşdü, Corcianaya daha çox heyranlıq ifadə 

edirdi,  demək  olar,  Darsiyə  əvvəllər  olduğu  kimi 

diqqətliydi  və  Elizabetə  münasibətdə  özünü  qüsursuz 

olaraq nəzakətli apanrdı. 

İndi  Pemberli  Corciana  üçün  daimi  sığınacaq  yeri 

olmuşdu.  Gəlinbaldız  arasında  Darsinin  ümid  etdiyi 

yaxınlıq  yaranmışdı.  Onlar  birbirini  məhz  bir  zamanlar 

arzu etdikləri kimi sevirdilər. Corciana əvvəlcə Elizabetin 

onun qardaşıyla cırnadıcı və şən manera ilə danışmasına 

qorxuya yaxın təəccüblə qulaq asırdısa da, onun barəsində 

yüksək  qənaətdə  qalmaqda  davam  edirdi.  Onun  həmişə 

sonsuz,  hərdən  hətta  məhəbbətdən  də  artıq  ehtiram 

bəslədiyi  insan  indi  tez-tez  şən  zarafatların  predmeti 

olurdu.  O,  yavaş-yavaş  əvvəl  heç  vaxt  ağlına  gəlməyən 

downloaded from KitabYurdu.org




517 

 

şeyləri dərk edirdi. Elizabetin nümunəsində 



anlayırdı ki, qadın öz əriylə kiçik bacının böyük qardaşla 

davrana  bilmədiyi  kimi  rəftar  etməyi  özünə  rəva  görə 

bilər. 

Bacısı  oğlunun  evlənməsi  ledi  Ketrini  son  dərəcə 



narazı  salmışdı.  Baş  tutmuş  toy  haqda  məktuba  cavab 

verərkən,  o,  özünəməxsus  olaraq  sözü  qızıl-qırmızı 

demək  xasiyyətinə  tam  sərbəstlik  verdi.  Beləliklə,  onun 

cavabında,  xüsusilə  də  Elizabetin  ünvanına  o  qədər 

təhqiramiz ifadələr yer almışdı ki, bir müddət Rozinqslə 

hər  hansı  bir  ünsiyyət  kəsildi.  Ancaq  sonradan  Darsi 

Elizabetin tövsiyəsi ilə inciklik hissinə məhəl qoymamağa 

qərar  verdi  və  banşığa  doğru  addım  atdı.  Müəyyən  tərs 

cavablardan  sonra  ledi  Ketrin  ya  öz  bacısı  oğlunu  çox 

istədiyindən,  ya  da  onun  arvadının  özünü  necə 

saxlamasını öyrənməyi arzuladığından, nəhayət, qəzəbini 

mərhəmətlə əvəzlədi. O, o qədər özünü sadə apardı ki, bu 

evin  kölgəsi  belə  təkcə  ləyaqətsiz  ev  sahibəsinin  varlığı 

ilə yox, eləcə də Elizabetin Londondan olan dayısının və 

onun  xanımının  ziyarətləri  ilə  təhqir  olunmuş  olsa  da, 

Pemberliyə ziyarətə gəldi. 

Qardinerlərlə  onların  çox  yaxın  münasibətləri 

quruldu. Elizabet kimi Darsi də onları gerçəkdən sevirdi. 

Mister və 

missis  Darsilərin  hər  ikisi  Elzabeti  Derbişirə  aparan  və 

bununla  da  onların  ittifaqına  yardımçı  olan  dostlanna 

hərarətli minnətdarlıq hissini həmişə qoruyub saxladılar. 

ROMAN BARƏDƏ QEYDLƏR 

downloaded from KitabYurdu.org




518 

 

Kassandranm  qeydlərində  bildirilir  ki,  romanın  “İlk 



təəssüratlar” adlanan ilk variantı 1796-cı ilin oktyabrı ilə 

1797- ci ilin avqustu arasında, “Elinor və Marianna”dan 

dərhal  sonra  yaradılıb.  1797-ci  il  noyabrın  ı-də  Ceyn 

Ostinin atası Corc Ostin naşir Kedellə məktub göndərərək 

onu  “müəllifin  hesabına”  nəşr  etməyi  təklif  edib.  Corc 

Ostinin təklifi rədd olunub. Bundan sonra ailə  arxivində 

“İlk  təəssüratlar”  barədə  qeyd  yoxdur.  Romanın  yekun 

variantı  isə  “Qürur  və  qərəz”  adlandırılıb.  İlkin  mətn 

saxlanılmayıb, ona görə də sonuncu redaksiyasının ondan 

nə qədər fərqləndiyini demək çətindir. 

Romanın  adının  dəyişdirilməsinə  səbəb,  görünür, 

1801-ci ildə M.Holfordun “İlk təəssüratlar” adlı kitabının 

nəşr edilməsi olub. 

Yeni  ad  isə  Fanni  Berninin  “Sesiliya”  (1782) 

romanından  əxz  olunub.  “Sesiliya”nm  beşinci  cildində 

qəhrəmanlardan biri olan doktor Lister romanın mənasını 

belə rezüme edir: “Bütün 

bu  kədərli  əhvalat  Qürur  və  Qərəzin  nəticəsidir.  Ancaq 

yadda  saxlayın:  dərdlərimiz  Qürur  və  Qərəzdən 

qaynaqlanırsa,  onlardan  xilasımız  üçün  də  Qürur  və 

Qərəzə  borcluyuq.  Çünki  dünyada  xeyir  və  şər  arasında 

ecazkar bir tarazlıq var”. 

Ola  bilər,  “Qürur  və  qərəz”  romanı  “Sesiliya”ya 

parodiya  kimi  düşünülüb.  Hər  halda  məşhur  ingilis 

ədəbiyyatşünası  F.Livis  belə  bir  ehtimalı  istisna 

etməyərək  yazır  ki,  “Qürur  və  qərəz”  sözsüz  ki, 

“Sesiliya”nm  gerçəkçi  variantıdır.  Ostinin  yaradıcılığı 

downloaded from KitabYurdu.org




519 

 

üzrə  daha  bir  böyük  mütəxəssis  B.Saut  güman  edir  ki, 



“Qürur və qərəz” “Ser Çarlz Qrandison”a parodiyadır. 

1813-cü  ilin  23  yanvarında  “Morninq  kronikal”da 

T.Ecertonun  nəşriyyatında  “Qürur  və  qərəz”in  nəşr 

olunması  barədə  xəbər  işıq  üzü  gördü.  Yanvarın  27-də 

Ceyn  Ostin  ilk  müəllif  nüsxəsini  aldı,  29-da  isə  roman 

kitab  mağazalarında  göründü.  Kitabın  titul  vərəqində 

yazılırdı:  ““Qürur  və  qərəz”.  “Hisslər  və  hissiyyat”ın 

müəllifinin 3 kitabda romanı. Qiyməti 18 şillinq”. 

Romanın  müəlliflik  hüququnu  Ostin  Ecertona  110 

funta  satmışdı  (müəllif  150  istəsə  də,  naşir  bu  qədər 

vermişdi). 

Roman 1500 nüsxə çap olunub, iyula qədər hamısı satılıb. 

Ecerton Ceyn Ostinə heç nə demədən romanı ikinci dəfə 

çap  etmişdi.  Ona  görə  də  o,  birinci  nəşrdə  buraxılan 

səhvləri  düzəltmək  imkanında  olmayıb.  Roman  üçüncü 

dəfə 1817-ci ildə Ostinin sağlığında nəşr olunub. 

Tezliklə  roman  haqqında  rəylər  yazılmağa  başlayıb. 

Elizabet, Darsi, Kollinz obrazları xüsusilə tərifli qiymətlər 



alıb. 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə