Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə120/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   116   117   118   119   120   121   122   123   ...   128

478 

 

məsləhəti 



və 

nəsihəti 

Darsinin 

qətiyyətini 

möhkəmləndirərdi. Onda o, ailəsinin ləyaqəti ilə birlikdə 

nə  qədər  xoşbəxt  olmağı  özünə  rəva  görərsə,  o  qədər 

xoşbəxt  olar.  Bu  halda  o,  artıq  bir  daha  buraya 

gəlməyəcək.  Ledi  Ketrin  Londondan  keçərkən  onunla 

görüşə  bilər  və  o,  Nezerfildə  qayıtmaq  barədə  Binqliyə 

verdiyi vəddən imtina etməli olar. 

—  Beləliklə,  —  Elizabet  qərar  verdi,  —  yaxın 

günlərdə  o,  dostuna  verdiyi  sözü  yerinə  yetirməyin 

mümkün olmadığı barədə ondan üzr istəsə, bunun nə ilə 

əlaqədar  olduğu  mənə  aydınlaşacaq.  Və  mən  onun 

sabitliyinə  dair  hər  cür  ümidləri  başımdan  çıxaracağam. 

Bu  insana  verməyə  hazır  olduğum  sevgini  ayrılığımız 

barədə  təəssüf  əvəz  edə  bilərsə,  demək,  ondan  ötrü 

təəssüflənməyimə dəyməz. 

Ailənin  yerdə  qalan  üzvləri  onları  kimin  ziyarət 

etdiyini  öyrəndikdə  olduqca  heyrətləndilər.  Ancaq  onlar 

missis Benneti əmin-arxayın etmiş izahatla qane oldular. 

Beləliklə,  Elizabet  canını  çox  xoşagəlməz  sözsöhbətdən 

qurtardı. 

Ertəsi gün o, pilləkənlərdən enərkən əlində hansısa bir 

məktub  tutaraq  kitabxanadan  çıxan  mister  Bennetlə 

qarşılaşdı. 

— Lizzi,  —  o  dedi,  —  mənə  məhz  sən  lazımsan. 

Lütfən, yanıma gəl. 

Elizabet  atasının  ona  nə  demək  istədiyini 

kəsdirməyərək  arxasınca  getdi.  Qız  təxmin  etdi  ki,  bu, 

alınmış məktubla bağlı ola bilər. Birdənbirə onun ağlına 

downloaded from KitabYurdu.org




479 

 

gəldi  ki,  məktubu  ledi  Ketrin  yazıb.  Elizabet  dəhşət 



içərisində  bu  halda  qaçılmaz  olan  izahat  verəcəyini 

təsəvvür etdi. 

Onlar buxarının qarşısında oturdular və mister Bennet 

dedi: 


— Bu  səhər  məni  olduqca  heyrətləndirən  məktub 

almışam. O sənə aid olduğu üçün məzmunundan xəbərdar 

olmalısan.  Güman  belə  etməzdim  ki,  daha  bir  qızım 

evliliyin  astnasındadır.  İcazə  ver,  bu  möhtəşəm  qələbə 

münasibəti ilə səni təbrik edim. 

Elizabet  bu  məktubu  ledi  Ketrinin  yox,  onun  bacısı 

oğlunun yazdığını düşünəndə yanağı od tutub yandı. Bu 

zaman  o,  müəyyən  edə  bilmədi  ki,  qəlbində  hansı  hiss 

güclüdür: onun 

elçi düşməsinə  görə fərəh,  yoxsa Darsinin  birbaşa onun 

özünə  müraciət  etməməsindən  yana  pərtlik.  Bu  əsnada 

mister Bennet davam etdi: 

— Sən  mənim  ağıllı  qızımsan.  Gənc  qızlar  isə, 

ümumiyyətlə, 

belə 

işlərdə  heyrətamiz  dərəcədə 



zəkalıdırlar. Ancaq qorxuram sənin zəkan pərəstişkarının 

adını təxmin etməyə kifayət etməsin. Bu, məktub mister 

Kollinzdəndir. 

— 

Mister Kollinzdən? O, nə yaza bilər ki? 



— Əlbəttə ki, çox dəyərli şeylər. O, Ceynin qarşıdan 

gələn  nikahlanması  münasibətilə  təbriklə  başlayır.  Bu 

barədə  o,  görünür  ki,  əziz  qeybətcil  Lukaslardan 

kimdənsə  xəbər  tutub.  Mən  onun  bu  barədə  dediklərini 

sadalayaraq,  sənin  səbrini  sınağa  çəkməyəcəyəm. 

downloaded from KitabYurdu.org




480 

 

Aşağıdakı sətirlər sənə aiddir: 



"...  Beləliklə,  bu  sevincli  hadisə  münasibətilə  missis 

Kollinzin  və  özümün  səmimi  təbriklərimi  ifadə  edərək, 

icazənizlə tamamən ehtiyatla Sizə başqa bir durum barədə 

də eyham etmək istərdim. Bu barədə biz eyni qaynaqdan 

məlumatlanmışıq.  Güman  olunur  ki,  Sizin  qızuuz 

Elizabet, Bennet soyadını böyük bacısından bir qədər çox 

daşıyacaq və 

onun  özü  üçün  seçdiyi  həyat  yoldaşı  tamamilə  əsaslı 

şəkildə  bu  ölkənin  ən  görkəmli  şəxsiyyətlərindən  biri 

sayıla bilər”. 

— Hə,  Lizzi,  təxmin  etməyə  cəhd  göstər,  görək,  bu, 

kim ola bilər? 

“Göylər  bu  gənc  mülkədara  fani  insanın  yalnız 

arzulaya  biləcəyi  hər  şeyi  xüsusi  səxavətlə  verib:  nəcib 

zat, sərvət və insan taleləri üzərində hakimiyyət. Yenə də, 

bu məziyyətlərə baxmayaraq, mən əmim nəvəsi Elizabeti, 

eləcə  də  Sizi  onun  evlilik  təklifinə  həddən  artıq  tələsik 

cavabla (onun açıq-aşkar cəlbediciliyi sizi bu təklifi qəbul 

etməyə  vadar  edə  bilərdi)  bağlı  kədərli  nəticələr 

münasibətilə xəbərdarlıq etmək istərdim”. 

— Hə, Lizzi, sən hələ də bu mülkədarın kim olduğunu 

kəsdirməmisən? Dayan, bu saat aydın olacaq. 

“Sizə xəbərdarlıq edərkən mən aşağıdakı mülahizələri 

əldə  rəhbər  tuturam:  bizdə  ehtimal  etmək  üçün  bütün 

əsaslar  var  ki,  bu  mülkədann  xalası  ledi  Ketrin  de  Bör 

nikaha olduqca bəyənməz tövrlə yanaşacaq”. 

— Mister Darsi — bax, budur o! Nə oldu, Lizzi, mən 

downloaded from KitabYurdu.org




481 

 

səni yaxşı çaşdırdım? Danış, lütfən, o, Lukaslarla birlikdə 



bizim 

tanışlarımız  arasında  hər  hansı  bir  başqa  adam  tapa 

bilərdimi  ki,  adı  onların  çərənləməsinin  yalanlığım  bu 

dərəcədə açıq- aşkar ifşa etsin? İstənilən qadına bircə dəfə 

baxan kimi onun bütün nöqsanlarını görməsi kifayət edən 

mister  Darsini  seçməyi  fikirləşmək!  Ola  bilər,  o, 

ümumiyyətlə,  sənə  bir  dəfə  də  olsun  dönüb  baxmayıb. 

Möhtəşəmdir! 

Elizabet özünü qeyri-adi şəkildə şən göstərməklə cəhd 

etdi.  Ancaq  o,  sifətinə  yalnız  olduqca  gərgin  bir  gülüş 

ifadəsi  verməyə  nail  oldu.  Hələ  heç  vaxt  atası  ona  bu 

qədər xoşagəlməz şəkildə hazırcavablıq tətbiq etməmişdi. 

— 

Hə, necədir, bu səni yaxşıca güldürdü? 



— 

Hə, əlbəttə. Ancaq davamını oxuyun, lütfən. 

— “Dünən axşam mən belə bir nikahın mümkünlüyü 

barədə  zati  alilərinə  deyəndə  o,  dərhal  özünəməxsus 

təvazökarlığı  ilə  tamamilə  birbaşa  olaraq  bu  haqda  öz 

hisslərini  ifadə  etdi,  bildirdi  ki,  əmim  nəvəsinin  qeyri-

əlverişli  qohumluq  əlaqələrini  nəzərə  alaraq  o,  heç  bir 

vəchlə  bu  cür,  onun  sözlərinə  görə,  ləyaqətsiz  ittifaqa 

razılaşmaz. Mən bu barədə əmim nəvəsini bacardıqca tez 

məlumatlandırmağı borcum saydım ki, 

o  və  onun  pərəstişkarı  onları  nəyin  gözlədiyindən 

xəbərdar olsunlar və  lazımi xeyir-dua almayacaq  nikaha 

girməyə tələsməsinlər”. 

Bütün  bunlara  mister  Kollinz  əlavə  edir:  “Əmim 

nəvəsi  Lidiyanm  təəssüfə  layiq  hərəkətinin  uğurla  ört-

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə