Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə121/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   117   118   119   120   121   122   123   124   ...   128

482 

 

basdır edilməsini eşidəndə səmimi qəlbdən şad oldum və 



yalnız  ona  məyus  oluram  ki,  onların  toya  qədərki  birgə 

həyatı  haqda  məlumatlar  bu  qədər  geniş  yayıldı.  Fəqət 

rütbəmə  xas  olan  vəzifələrimə  etinasız  yanaşmaq  mənə 

yaraşmaz.  Bir  də  mən  nikahlanmalarından  dərhal  sonra 

Sizin gənc cütlüyü evinizdə qəbul etmənizə dair xəbərlə 

bağlı öz çaşqınlığımı ifadə etməyə bilmirəm. Əfsus ki, bu 

addım nöqsanın təşviq edilməsindən başqa bir şey deyil. 

Lonqbom  mənim  kilsəmin  icmasına  daxil  olsaydı,  mən 

buna  tam  qətiyyətlə  mane  olmaqdan  çəkinməzdim.  Siz, 

əlbəttə,  bir  xaçpərəst  olaraq,  onları  bağışlamalıydmız. 

Ancaq  onlar  ömürləri  boyu  bir  daha  sizin  gözünüzə 

görünməməli  idilər,  onların  adı  isə  heç  vaxt  Sizin 

qulağınızı narahat etməməli idi”. 

— Budur,  heç  demə,  o,  xaçpərəst  bağışlamasını  özü 

üçün belə təsəvvür edir! Məktubun qalan hissəsi onun əziz 

Şarlottasının işlərinə və onlar tərəfindən gözlənilən yeni 

dəfnə budağının peyda olmasına həsr olunub. Lakin Lizzi, 

nəyə görə səndə elə bir görkəm var ki, elə bil bütün bunlar 

sənə  zövq  vermədi.  Ümidvaram  ki,  sən  toxunulmaz 

xəstəyə  çevrilməyə  hazırlaşmırsan  və  hər  cür  axmaq 

çərənləməyə  görə  sifətinə  təhqir  olunmuş  adam  ifadəsi 

verməyəcəksən. Məgər biz yalnız qonşularımıza əyləncə 

üçün  bəhanə  vermək  və  öz  növbəmizdə  onlara  gülmək 

üçün yaşamınqmı? 

— Yox,  yox,  —  Elizabet  səsləndi,  —  məktub  məni 

çox güldürdü. Ancaq bu çox qəribədir! 

— Bəs  necə,  bütün  gözəllik  də  elə  bundan  ibarətdir. 

downloaded from KitabYurdu.org




483 

 

Əgər  onlar  kimsə  başqa  birini  seçsəydilər,  belə  maraqlı 



olmazdı. Ancaq onun sənə biganəliyi və sənin ona nifrətin 

bunu  heyrətamiz  mənasızlığa  çevirir!  Bilirsən  ki,  mən 

məktub yazmağı necə sevmirəm. Yenə də mən heç vəchlə 

Kollinzlə 

yazışmanı  kəsməyəcəyəm!  Mən  onun 

ismanşlarmı  oxuyanda  istər-istəməz,  hətta  Uikhemin 

qarşısında belə, hər nə qədər əziz 

kürəkənimin  həyasızlığını  və  ikiüzlülüyünü  yüksək 

qiymətləndirsəm  də,  Kollinzə  üstünlük  verirəm.  Yeri 

gəlmişkən,  Lizzi,  ledi Ketrin  bu xəbər münasibəti  ilə nə 

dedi?  Səni  öz  xeyir-  duasından  məhrum  etmək  üçün 

gəlməmişdi ki? 

Bu suala  cavab olaraq Elizabet  yalnız  güldü.  Mister 

Bennet bu sualı hər hansı bir məna güdərək verməmişdi 

deyə, bundan belə daha onu suallarla incitmədi. Hələ heç 

vaxt  Elizabet  keçirmədiyi  hissləri  bu  qədər  çətinliklə 

üzündə ifadə etməli olmamışdı. Ağlamaq istədiyi vaxtda 

ondan  gülməyi  tələb  edirdilər.  Atasının  mister  Darsinin 

ona qarşı saymazlığı barədə dediyi sözlər isə qızı xüsusilə 

yaralamışdı.  Elizabet  heç  cür  qərar  verə  bilmirdi:  onun 

kifayət qədər müşahidəçi olmamasına heyrətlənsin, yoxsa 

atasının  əslində  az  şey  gördüyünə  yox,  özünün  həddən 

artıq çox şey gördüyünə əndişələnsin. 

XVI 


FƏSİL 

Ledi  Ketrinin ziyarətindən sonra mister Binqli  dostunun 

Elizabetin  gözlədiyi  üzrxahlıq  dolu  məktubunun  yerinə 

Lonqborna  şəxsən  mister  Darsninin  özünü  gətirdi. 

Gənclər  erkən  gəldilər  və  missis  Bennet  mister  Darsiyə 

downloaded from KitabYurdu.org




484 

 

onun  xalasını  öz  evində  qəbul  etmək  şərəfinə  nail 



olduğunu  xəbər  verməyə  (onun  qızı  bunu  ürəyi  əsə-əsə 

gözləyirdi) macal tapmazdan öncə Ceynlə tezliklə ikilikdə 

qalmaq  üçün  təşnə  olan  mister  Binqli  hamıya  gəzintiyə 

çıxmağı təklif etdi. Bu təklif bəyənildi. Missis Bennetin 

gəzmək  vərdişi  yox  idi,  Meridə  isə  heç  vaxt  boş  zaman 

olmurdu,  ancaq  yerdə  qalan  beş  nəfər  elə  o  saat  evdən 

çıxdı.  Bu  arada  Binqli  və  Ceyn  onlan  ötüb  keçməyə 

həvəslə imkan verdilər. Onlar aram-aram,  getdikcə daha 

çox  geri  qaldılar.  Elizabet,  Kitti  və  Darsi  bir-birini 

bacardıqları kimi əyləndirməli idilər. Yeri gəlmişkən, hər 

üçü olduqca az danışırdı. Kitti dilini udmuşdu, ona görə 

ki, Darsinin qarşısında çəkinirdi, Elizabet 

cəsur  addım  atmağa  hazırlaşırmış  kimi  qətiyyətini 

toplayırdı, Darsi isə, ola bilər ki, eyni işlə məşğul idi. 

Onlar Lukas Loc istiqamətində gedirdilər. Kitti orada 

Mariya  ilə  görüşməyə  hazırlaşırdı.  Kitti  ilə  ayrılıq, 

Elizabetin fikrincə, ümumi narahatlıq üçün əsas olmadığı 

üçün onlar cəsarətlə ikilikdə getməkdə davam etdilər. Elə 

bir an yetişdi ki, Elizabet cürət göstərməli idi və özündə 

qətiyyət hiss edərək tələsik dedi: 

— Bilirsinizmi,  mister  Darsi,  mən  dəhşətli  dərəcədə 

xudbinəm.  Öz  ürəyimi  boşaltmaq  üçün  gözlənilmədən 

yükü  sizin  çiyininizə  atmaq  mənim  əlimdə  heç  nədir. 

Beləcə, mən artıq bəduğur bacıma görə çəkdiyiniz qeyri-

adi  qayğı  üçün  sizə  minnətdarlıq  bildirməkdən  özümü 

saxlamaq  gücündə  deyiləm.  Hərəkətiniz  barədə  xəbər 

tutduğum  ilk  gündən  bəri  bu  hissin  məni  necə 

downloaded from KitabYurdu.org




485 

 

həyəcanlandırdığını  sizə  demək  üçün  hey  ehtiyac  hiss 



edirəm. Sizin rolunuz barədə ailəm də bilsəydi, əlbəttə ki, 

mənə  təkcə  öz  adımdan  minnətdarlıq  etmək  lazım 

gəlməzdi. 

— Mənə  xoş  deyil,  doğrudan  da,  sizin  bu  barədə 

bilməyiniz  mənim  üçün  çox  xoşagəlməzdir,  —  Darsi 

özünü itirmiş halda 

dedi.  —  Bu  məlumatların  düzgün  şəkildə  təqdim 

olunmaması  sizi  əbəs  yerə  narahat  edə  bilərdi.  Güman 

etməzdim  ki,  missis  Qardiner  bu  qədər  az  etimada 

layiqdir. 

— Ah,  yox,  xalama  əsəbiləşməyiniz  qətiyyən  lazım 

deyil.  Bu  işdə  sizin  rolunuz  mənə  hər  şeydən  öncə 

Lidiyanın  yüngülməcazlığı  sayəsində  məlum  oldu. 

Əlbəttə,  bütün  təfərrüatı  öyrənməyincə,  sakit  yata 

bilmədim. Beləcə, yenə də icazə verin, üzərinizə bu qədər 

çox  qayğı  götürərək  və  qaçanların  axtarışında  o  qədər 

xoşagəlməz hallara qatlaşaraq göstərdiyiniz alicənablığa 

görə  bir  daha  sizə  tamamilə  ciddi  şəkildə  bütün  ailəmiz 

adından minnətdarlıq bildirim. 

— Sizin mənə mütləq təşəkkür etməyiniz lazımdırsa, 

— o, cavab verdi, — qoy bu yalnız sizdən gəlsin. Məni bu 

işə  qarışmağa  sövq  edən  səbəblərdən  birinin  sizi 

sevindirmək arzusu  olduğunu inkar edə  bilmərəm.  Sizin 

ailənin yerdə qalan üzvləri, onlara olan bütün hörmətimlə 

yanaşı, mənə heç nə borclu deyillər — mən yalnız sizin 

haqqınızda düşünürdüm. 

Elizabet nəsə deyə bilməyəcək qədər çox utandı. Uzun 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə