Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə122/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   118   119   120   121   122   123   124   125   ...   128

486 

 

çəkməyən sükutdan sonra həmsöhbəti əlavə etdi: 



— Siz mənim ürəyimlə oynamaq üçün çox nəcibsiniz. 

Apreldə  danışdığımız  vaxtdan  bəri  mənə  münasibətiniz 

dəyişməyibsə,  dərhal  deyin.  Mənim  hisslərim  və  bütün 

düşüncəm dəyişməz qalır. Ancaq sizin bir kəlmə sözünüz 

kifayətdir ki, mən bir də bu haqda heç vaxt danışmayım. 

Onun vəziyyətinin naqolaylığım bütün qəlbi ilə dərk 

edən  Elizabet  özünü  cavab  verməyə  məcbur  etdi.  O,  o 

qədər bəlağətli  olmasa da, dərhal  ona bildirdi ki,  aradan 

keçən  müddətdə  ona  tamamilə  başqa  cür  baxmağa 

başlayıb  və  hazırda  onun  bugünkü  zəmanətini 

minnətdarlıq və sevinclə qəbul edir. 

Darsi  hələ  heç  vaxt  onu  indiki  kimi  çulğayan  belə 

xoşbəxtlik hissi yaşamamışdı. O bunu elə odlu-alovlu və 

dərin  hissiyyatlı  sözlərlə  ifadə  etməyə  çalışdı  ki,  bunlar 

yalnız  gerçək  ehtirasın  bürüdüyü  insanda  tapıla  bilərdi. 

Elizabet  onun  gözlərinə  baxmaq  qabiliyyətində  olsaydı, 

səmimi  heyranlıq  ifadəsinin  onlan  necə  boyadığım 

görərdi.  Ancaq  baxmağa  cürət  etməsə  də,  onu  dinləyə 

bilirdi. Darsi Elizabetin ondan ötrü necə mühüm olduğunu 

dediyi vaxt onun qıza bağlılığı getdikcə daha da dəyərli 

olurdu. 

Onlar 


hara 

getdiklərini 

özləri 

də 


bilmədən 

irəliləyirdilər. Diqqəti nəsə başqa bir şeyə cəmləmək üçün 

həddən  artıq  çox  şeyi  düşünmək,  hiss  etmək,  danışmaq 

lazım  idi.  Tezliklə  Elizabet  aşkarladı  ki,  çox  şeydə 

birbirini  anlamalan  üçün  ledi  Ketrinin  səyləri  onlara 

kömək  edib.  Xala,  doğrudan  da,  Londondan  keçərkən 

downloaded from KitabYurdu.org



487 

 

onunla  görüşüb  və  özünün  Lonqborna  səfəri,  səfərin 



səbəbi  və  Elizabetlə  söhbəti  barədə  ona  danışıb.  Ledi 

Ketrin  xüsusilə  vurğulayıb  ki,  miss  Bennetin  cavablan 

onun  həyasızlığını  və  korlanmış  olduğunu  sübut  edib. 

Əlbəttə, o, inanırmış ki, bu ona Lonqbornda ala bilmədiyi 

zəmanəti bacısı oğlundan almaqda kömək edəcək. Ancaq 

zati  aliləri  üçün  daha  pis  olub,  onun  hekayəti  əks-təsir 

göstərib. 

— 

Bu, məndə ona ümid yaratdı ki, — Darsi əlavə etdi, 



—  indiyə  qədər  bu  barədə  arzulamağa  belə  cürət 

etməmişdim.  Mən  sizin  dürüstlüyünüzü  bilir  və 

anlayırdım  ki,  siz  qəti  şəkildə  mənə  qarşı  olsanız,  bu 

barədə xalama düzünü də deyərdiniz. 

O qızarıb gülərək dedi: 

— 

Ah, bəli, siz mənim səmimiyyətimlə tanışsınız. 



Tamamən hesab edə bilərdiniz ki, mən buna qadirəm. Sizi 

üzünüzə  qarşı  söyüb-biabır  edəndən  sonra,  əlbəttə,  sizin 

haqqınızda öz rəyimi qohumlarınızdan kiməsə söyləmək 

mənim əlimdə çətin deyildi. 

— Məgər siz mənim haqqımda layiq olmadığım nəsə 

demişdiniz?  Sizin  mənim  haqqımdakı  rəyiniz  yanlış 

məlumatlara  əsaslansa  da  və  yalan  zəminlərdən 

qaynaqlansa da, həmin axşam mənim davranışım ən sərt 

mühakiməyə layiq idi. O, bağışlanmaz idi. Mən o barədə 

lərzəyə gəlmədən xatırlaya bilmirəm. 

— Gəlin,  həmin  axşam  kimin  günahının  çox  olması 

barədə  mübahisə  etməyək,  —  Elizabet  dedi.  —  Ciddi 

mühakimə  etsək,  bizim  hər  birimiz  özünü  qüsursuz 

downloaded from KitabYurdu.org




488 

 

aparmayıb.  Ümid  edirəm  ki,  o  zamandan  bəri  biz  hər 



ikimiz bir qədər nəzakət yığmışıq. 

— Mən özümü elə asan bağışlaya bilmirəm. O zaman 

nə  danışdığım,  davranışım,  ədalanm,  sözlərimə  dair 

yaddaşım bütün bu aylar ərzində mənə rahatlıq verməyib. 

Sizin haqlı qınağınızı heç zaman unutmaram. O zaman siz 

belə  demişdiniz:  “Əgər  siz  özünüzü  alicənab  insana 

yaraşan şəkildə aparsaydınız...”. Siz bilmirsiniz, təsəvvür 

edə bilməzsiniz, bu 

cümləylə mənə necə ağrı-acı verdiniz. Yalnız bir müddət 

keçəndən sonra mən, etiraf edim ki, sizin nə qədər haqlı 

olduğunuzu anladım. 

— Ancaq mənim hətta ağlıma da gəlmədi ki, bu sözlər 

sizə  belə  təsir  göstərə  bilər.  Qətiyyən  düşünmədim  ki, 

onlar sizə bərk toxunacaq. 

— Buna asanca inanıram. Siz axı gerçəkdən də hesab 

edirdiniz  ki,  mən  təbii  insan  duyğularından  məhrumam. 

Sizin üzünüzdə olan ifadəni heç vaxt unutmayacağam — 

o  zaman  ki,  siz  dediniz,  mən  sizi  qəbul  etmənizə 

yönəldəcək  evlilik  təklifi  etmək  üçün  heç  bir  üsul  tapa 

bilməzdim. 

— Xahiş  edirəm,  həmin  axşam  mənim  dediklərimi 

daha  artıq  təkrar  etməyəsiniz.  Bütün  bunlar  səhv  idi  və 

unudulmalıdır.  O  barədə  xatırlamaq  mənə  artıq  çoxdan 

xəcalət verir. 

Darsi öz məktubuna toxundu. 

— Maraqlıdır, — o soruşdu, — o sizi mənim barəmdə 

daha  yaxşı  düşünməyə  dərhalmı  vadar  etdi?  Onu 

downloaded from KitabYurdu.org




489 

 

oxuduğunuz zaman inandınızmı? 



Elizabet məktubun onda hansı təəssürat yaratdığından 

və qərəzinin necə tədricən çəkildiyindən danışdı. 

— Mən bilirdim ki, — Darsi dedi, — o sizi ağrıdacaq. 

Ancaq  bu,  zəruri  idi.  Ümidvaram  ki,  siz  onu  məhv 

etmisiniz? Bu saat siz o məktubun bəzi yerlərini, xüsusilə 

də  birinci  hissəsini  təkrarən  oxusaydınız,  mənim  üçün 

xoşagəlməz olardı. Ayrı-ayrı cümlələri xatırlayıram, buna 

görə mənə nifrət etmək olar. 

— Hesab  edirsinizsə  ki,  mənim  bağlılığımın 

möhkəmliyi üçün bu vacibdir, onu yandıraram. Ancaq o 

mənim duyğularıma təsir göstərə bilməz — onlar o qədər 

də dəyişkən deyillər. Hərçənd hər ikimiz bilirik ki, nədən 

onlar dəyişirlər. 

— Bu məktubu yazanda, — Darsi qeyd etdi, — mənə 

elə gəlirdi ki, soyuq və sakitəm. Ancaq indi bilirəm ki, o 

məktub yüksək ruhi gərginlik dəqiqələrində yazılıb. 

— Əvvəldə  məktub  doğrudan  da  kəskindir,  hərçənd 

sonradan  tamam  başqa  cür  olur.  Vidalaşma  frazası 

şəfqətin özüdür. Ancaq gəlin o barədə düşünməyək. Onu 

yazanın və oxuyanın hissləri o dərəcədə dəyişib ki, onunla 

bağlı xoşagəlməz hallar unudulmalıdır. Mənim sizi hələ 

tanış edəcəyim fəlsəfi 

prinsiplərdən  birində  deyilir:  “Nəyisə  yalnız  sənə  zövq 

verəcəyi halda xatırla”. 

—  Etiraf  edim  ki,  mən  belə  fəlsəfəni  o  qədər  də 

yüksək  dəyərləndirmirəm.  Xatirələrinizdə  özünüzü  heç 

nədə  qınamağınız  o  qədər  mümkün  deyil  ki,  sizin 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə