Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə123/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   120   121   122   123   124   125   126   127   128

490 

 

sakitliyiniz  fəlsəfi  fikir  üzərində  yox,  daha  möhkəm 



əsasda — təmiz vicdan üzərində dayanır. Məndə isə hər 

şey başqa cürdür. Mən beynimə gələn ağrılı xatirələri rədd 

etməli  deyiləm,  buna  cürət  etmirəm.  Ömrüm  boyu 

düşüncə  tərzimdə  olmasa  da,  hər  halda,  hərəkətlərimdə 

eqoist  olmuşam.  Mən  uşaq  olanda  mənə  yaxşı  və  pis 

şeylərə dair anlayışlar verirdilər, ancaq xasiyyətimi necə 

formalaşdırmağım lazım olduğunu göstərmirdilər. Mənə 

yaxşı  prinsiplər  təlqin  ediblər,  ancaq  onlara  qürurla  və 

təkəbbürlə 

riayət 


etməyə 

imkan 


veriblər. 

Öz 


bəxtsizliyimdən, mən yeganə oğul (uzun illər isə yeganə 

övlad)  olaraq,  həddən  artıq  səxavətli  valideynlər  (atam 

xüsusilə xeyirxah və həssas adam idi) tərəfindən ərköyün 

böyüdülmüşdüm.  Onlar  məndəki  xudbinliyə  rəvac 

verirdilər,  bəyənirdilər,  demək  olar,  məndə  eqoistlik  və 

amiranəlik, ailə çevrəmizdən kənarda olanlann hamısına 

etinasızlıq,  yerdə  qalan  dünyaya  ikrah,  başqa  adamların 

ağlını və xidmətlərini özümünkü ilə müqayisəyə heç cür 

qoymamağa  hazırlıq  tərbiyə  edirdilər.  Mən  səkkiz 

yaşımdan  iyirmi  səkkiz  yaşıma  qədər  beləydim.  Siz 

mənim  füsunkar,  əziz  dostum  Elizabet  olmasaydınız, 

indiyə  qədər  elə  də  qalardım!  Mən  nəylə  sizə  borclu 

deyiləm!  Siz  mənə  əvvəlcə,  düzü,  mənə  acı  görünən, 

ancaq  əslində  qeyri-adi  şəkildə  faydalı  olan  bir  dərs 

verdiniz. Siz mənə  ruhi itaət  öyrətdiniz. Mən sizə qəbul 

olunacağına  şübhə  etmədən  evlilik  təklif  etdim.  Siz  isə 

mənə göstərdiniz ki, mənim bütün üstünlüklərində yanaşı, 

sevgisi  gerçəkdən  də  əziz  tutulmalı  olan  qadının  məni 

downloaded from KitabYurdu.org



491 

 

sevməsinə layiq deyiləm. 



— Doğrudanmı  siz  o  zaman  hesab  edirdiniz  ki,  mən 

sizin təklifinizi qəbul edə bilərəm? 

— İş  də  elə  bundadır!  Siz  mənim  qürrəm  barədə  nə 

deyərsiniz?  Mənə  elə  gəlirdi  ki,  siz  məndən  eşq  etirafı 

gözləyirsiniz, buna çalışırsınız. 

— İnanın, bəlkə də arzuma rəğmən mənim davranışım 

nədəsə  düzgün  deyildi.  Mən  heç  də  sizi  aldatmaq 

istəmirdim.  Ancaq  şən  xasiyyətim  məni  heç  lazım 

olmayan yerə apara 

bilərdi.  Siz  həmin  axşamdan  sonra  mənə  necə  də  nifrət 

edə bilərdiniz! 

— Sizə  nifrət  etmək?  Ola  bilər,  mən  əvvəldə 

əsəbiləşmişdim də. Ancaq tezliklə qəzəbim ona layiq olan 

adamın üstünə yönəldi. 

— Mən  soruşmağa  güc-bəla  qərar  verirəm,  mənimlə 

Pemberlidə görüşəndə haqqımda nə düşündünüz? Mənim 

orada peyda olmağıma görə məni mühakimə etdiniz? 

— Nə danışırsınız, bir misqal da. Mən, sadəcə olaraq, 

olduqca heyrətləndim. 

— Siz  o  zaman  məndən  çox  heyrətlənə  bilməzdiniz. 

Vicdanım mənə söylədi ki, mən bu qədər nəzakətli rəftara 

heç  də  layiq  deyiləm  və  etiraf  edim  ki,  mənimlə  sırf 

əməlimə görə davranılacağını gözləyirdim. 

O  zaman  mən  isə  istədim  ki,  -  Darsi  cavab  verdi,  - 

bacardığım qədər bütün diqqətimi sizə yönəldim və sizi 

kinli  olmadığıma  əmin  edim.  Mən  bağışlanmağa  nail 

olmağa  ümid  edirdim,  özüm  haqqındakı  pis  qənaəti 

downloaded from KitabYurdu.org




492 

 

dağıtmağa  çalışırdım,  göstərmək  istəyirdim  ki,  sizin 



qınaqlarınız mənim xeyrimə 

olub.  Dəqiq  deyə  bilmərəm,  o  zaman  məndə  bəzi  başqa 

arzular da əmələ gəldi - düşünürəm ki, bu sizi görəndən 

yarım saat keçməmiş oldu. 

Darsi  Elizabetin  onun  bacısının  xoşuna  necə 

gəldiyindən  və  Corciananın  bu  tanışlığın  qəflətən 

kəsilməsindən  çox  məyus  olduğundan  danışdı.  Onun 

söhbəti buradan təbii olaraq bunun nəyə görə baş verdiyi 

məsələsinə  keçdi.  Elizabet  öyrəndi  ki,  Derbişirdən 

Lidiyanın  axtarışına  getmək  qərarı  onda  hələ 

mehmanxananı  tərk  etməzdən  yaranıb.  Onun  qayğılı  və 

məyus görkəmi həmin vaxt keçirdiyi daxili mübarizənin 

əsəri olub. 

Elizabet  bir  daha  ona  öz  minnətdarlığını  bildirdi, 

ancaq bu onların hər ikisi üçün həddən artıq ağrılı mövzu 

olduğuna görə tezliklə ikisi də susdu. 

Onlar  hiss  olunmadan  bir  neçə  mil  dolaşaraq,  saata 

baxdıqda birdənbirə anladılar ki, artıq evə qayıtmalıdırlar. 

Binqli  və  Ceynin  harada  daldalana  biləcəklərilə 

maraqlanaraq,  bu  gənc  cütlük  haqda  danışdılar.  Darsi 

onların  nişanlanmasmdan  şad  olduğunu,  dostunun  bu 

barədə ona dərhal xəbər verdiyini bildirdi. 

— 

Deyin,  siz  buna  təəccübləndiniz?  —  Elizabet 



soruşdu. 

— Azacıq  da  olsa,  yox.  Yola  düşməzdən  öncə  mən 

artıq başa düşmüşdüm ki, bu gün-sabah nişan baş tutacaq. 

— Başqa sözlə, siz ona razılıq vermişdiniz? Mən belə 

downloaded from KitabYurdu.org



493 

 

də güman edirdim. 



Darsi  bu  cür  nəticə  çıxarmağa  etirazını  bildirsə  də, 

Elizabet anladı ki, iş məhz bu cür olub. 

— 

Londona  getməyim  ərəfəsində,  —  Darsi  davam 



etdi, 

— mən ona, ehtimal ki, xeyli  əvvəl  etməli olduğum bir 

etirafı  etdim.  Mən  dedim  ki,  nə  qədər  qaba  və  əsassız 

şəkildə  onun  həyatına  müdaxilə  etmişəm.  O,  olduqca 

təəccübləndi, çünki bu, hətta onun ağlına belə gəlmirmiş. 

Mən  onu  da  dedim  ki,  sizin  bacınızın  onun  hisslərinə 

qarşılıq  verməyəcəyini  düşünərkən,  böyük  ehtimalla, 

səhv  etmişəm.  Bu  zaman  əmin  oldum  ki,  onun  Ceynə 

meyli yox olmayıb və ona görə də gələcək xoşbəxt ittifaq 

məndə şübhə doğurmadı. 

Onun  dostunun  davranışını  sərbəstcə  idarə  etməsi 

Elizabetdə gülüş doğurmaya bilmədi. 

— Siz Ceynin onu sevdiyini müşahidələriniz əsasında 

dediniz, yoxsa naharda məndən eşitdiyiniz sözlərə görə? 

— Elizabet soruşdu. 

— Mən  buna  öz  gözlərimlə  görərək  əmin  oldum. 

Lonqborna son  iki gəlişimiz zamanı Ceynə  göz qoyaraq 

artıq onun duyğulanna şübhə edə bilmədim. 

— 

Yaxşı,  sizin  sözləriniz  isə  onu  dərhal  inandırdı, 



eləmi? 

— Bəli.  Binqli  doğrudan  da  qeyri-adi  dərəcədə 

təvazökardır.  Özünə  inamsızlığı  ona  çox  mühüm 

məsələlərdə  mühakiməsinə  güvənməyə  imkan  vermir. 

Ancaq  onun  mənə  etibar  etməsi  sayəsində  hər  şey  öz 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə