Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə126/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   120   121   122   123   124   125   126   127   128

502 

 

səni bir çox bəlalara məruz qoyacaq. Bu zaman sən çətin 



ki, məyusluqdan və əlacsızlıqdan qaça biləcəksən. Mənim 

balam, sənin həyat yoldaşına hörmətini itirdiyini görərkən 

düşəcəyim dərddən məni xilas et. Sən əslində bunun nə 

demək olduğunu pis təsəvvür edirsən. 

Daha da həyəcanlanan Elizabet ciddi və səmimi cavab 

verdi.  Darsinin  gerçək  seçdiyi  olduğuna  onu  təkrarən 

əmin edən Elizabet atasına bu insana qarşı münasibətinin 

necə  tədricən  dəyişdiyini  danışdı.  Onun  məziyyətlərini 

vəcdlə  sadalayaraq,  o  Darsinin  ona  məhəbbətinin  ötəri 

macəra olmadığına mütləq mənada əminliyini ifadə etdi, 

dedi ki, çünki bu sevgi qarşı duyğular olmadan artıq bir 

neçə ay ərzində ciddi sınağa tab gətirib. Axırda o, mister 

Bennetin inamsızlığını dağıtmağa müyəssər oldu və onu 

özünün qarşıda duran evliliyi ilə barışdırdı. 

— Yaxşı, əzizim, — Elizabet susanda o dilləndi. — 

Daha  mənim  sənə  sözüm  yoxdur.  Eşitdiyimin  hamısı 

doğrudursa,  o  sənin  ərin  olmağa  layiqdir.  Mən  səninlə 

daha az ləyaqətli adamın xətrinə ayrıla bilməzdim, Lizzi. 

Nişanlısını  mister  Bennetin  gözündə  bir  az  da 

qaldırmaq üçün o, atasına Darsinin Lidiya üçün könüllü 

şəkildə etdiklərini danışdı. 

— Bu gün doğrudan da möcüzələr axşamıdır! Demək, 

bütün  bu  danışıqlar,  toy  sazişinin  məsrəfləri,  Uikhemin 

borclarının  ödənməsi  və  zabit  patentinin  alınması  — 

hamısı Darsinin işidir? Nə olar, lap yaxşı. Bu məni bir çox 

qayğı  və  xərclərdən  azad  edir.  Hər  şeyi  dayın  etmiş 

olsaydı,  mənim  onunla  hesablaşmağım  lazım  gələrdi. 

downloaded from KitabYurdu.org




503 

 

Ancaq bu şiddətlə sevən gənclər həmişə özlərinə məxsus 



şəkildə  hərəkət  edirlər.  Sabah  mən  ona  borcunu 

qaytarmağımı  təklif  edəcəyəm.  O,  etiraz  etməyə  və  hər 

cür cəfəngiyat danışmağa, sənə  olan ehtiraslı sevgisində 

israr  göstərməyə  başlayacaq.  O  zaman  bu  məsələ  də 

beləcə bitəcək. 

Bu  yerə  mister  Bennet  bir  neçə  gün  öncə  mister 

Kollinzin  məktubunun  oxunduğu  vaxt  qızının  necə 

utandığını  xatırladı.  Bir  xeyli  rişxənd  etdikdən  sonra  o, 

nəhayət, qızı buraxaraq dedi: 

— Hansısa gənclər Meri və Kitti üçün gəlsələr, onları 

yanıma yönəldə bilərsən, bu saat boş vaxtım var. 

Elizabetin  ürəyindən  böyük  ağırlıq  götürüldü.  Öz 

otağında  yanm  saat  fikrini  cəmləyəndən  sonra  o,  qonaq 

otağına  qayıtmaq  üçün  kifayət  qədər  sakitləşdi.  Şənliyə 

qapılmağı  bacarması  üçün  keçirdiyi  həyəcan  onun 

yaddaşında  hələ  çox  təzə  idi.  Axşamın  geridə  qalan 

hissəsi  sakit  keçdi.  Ancaq  bundan  belə,  artıq  onun 

qorxacağı  bir  şey  qalmamışdı  və  tədricən  rahatlıq  və 

arxayınlıq hissi qızı çulğadı. 

Anası yuxudan öncə öz qarderob otağına qalxdığı vaxt 

Elizabet  onun ardınca  getdi və vacib  yeniliyi  ona xəbər 

verdi.  Bu  sözlər  ona  sarsıdıcı  təsir  göstərdi.  Missis 

Elizabet  onlan  dinləyərək,  bir  müddət  nəsə  demək 

iqtidannda  olmadan  tam  susqun  halda  oturdu.  Adətən 

onun  ağlı  qızları  üçün  sərfəli,  yaxud  da  onlann 

pərəstişkarlarına uzaqdan-uzağa aid olan hər şeyi kifayət 

qədər tez tutsa da, Elizabetin ona danışdıqlarının mənasını 

downloaded from KitabYurdu.org




504 

 

kəsdirməsi  üçün  xeyli  vaxt  keçdi.  Axırda  o  özünə 



gəlməyə  başladı  və  kresloda  qurcalandı,  sıçradı,  oturdu, 

heyrətləndi və taleyinə şükür etdi. 

— İlahi!  Göylərin  xeyir-duası!  İşə  bir  bax!  Başıma 

gələnlər!  Mister  Darsi!  Kim  təsəvvür  edə  bilərdi?  Bu, 

gerçəkdən də həqiqətdir? Lizzi, ürəyim mənim! Sən necə 

də  zəngin  və  nəcib  olacaqsan!  Xırda  məsrəflərə  sənin 

çoxlu  pulun  olacaq!  Nə  qədər  zinət  əşyaları,  karetalar! 

Ceyn hətta səninlə müqayisə belə oluna bilməyəcək! Mən 

elə  vəcdə  gəlmişəm  ki,  elə  xoşbəxtəm  ki!  Necə  də 

füsunkar gəncdir! Çox qədd-qamətlidir! Necə hündürdür! 

Ah,  Lizzi,  əzizim!  Allah  xatirinə,  əvvəllər  onu 

sevmədiyimə  görə  üzrxahlıq  et.  Ümidvaram  ki,  o  bunu 

unudacaq.  Ürəyim,  ürəyim,  Lizzi!  Şəhərdə  ev!  Hər  cür 

təmtəraq!  Üç  ailəli  qız!  İldə  on  min!  İlahi!  Mənə  nə 

olacaq? Ağlımı itirirəm. 

Onun  razılaşdığına  şübhə  etməmək  üçün  bu  qədər 

kifayət  idi.  Elizabet  anasının  bütün  ürəkdən  gələn 

izharlarının tək özünün dinlədiyinə sevinə-sevinə, tezliklə 

öz  otağına  getdi.  Ancaq  ona  təklikdə  yalnız  üç  dəqiqə 

qalmaq  qismət  oldu.  Missis  Bennet  özü  onun  otağına 

qaçıb gəldi. 

— Mənim  qızcığazım!  İldə  on  min,  ola  bilər,  hətta 

daha çox! Bu, lorda ərə getmək kimi bir şeydir! Və xüsusi 

icazə  —  sən  mütləq  xüsusi  icazə  ilə  ərə  getməlisən. 

Ancaq, mənim əzizim, de 

görüm,  mister  Darsi  naharda  hansı  yeməyi  daha  çox 

sevir? Mən sabah onu bişirmək tapşırığı verərəm. 

downloaded from KitabYurdu.org




505 

 

Bu,  anasının  onun  nişanlısı  ilə  gələcək  davranışına 



dair o qədər də yaxşı əlamət deyildi. Elizabet başa düşdü 

ki,  hətta  mister  Darsinin  ona  qarşı  ən  zərif  bağlılığına 

əmin olduqdan və valideynlərinin razılığını əldə etdikdən 

sonra  da  onun  gerçəkləşməyən  arzuları  qalacaq.  Fəqət 

səhər  onun  gözlədiyindən  də  daha  yaxşı  keçdi.  Missis 

Bennet  gələcək kürəkəni qarşısında elə  bir pərəstiş  hissi 

keçirirdi  ki,  ona  hər  hansı  bir  xidmət  göstərmək  və  ya 

onun  rəyi  ilə  razılaşdığını  bildirmə  hallarından  başqa 

onunla danışmaq iqtidannda deyildi. 

Elizabet  atasının  Darsi  ilə  yaxından  tanış  olmağa 

çalışdığını  görərək  sevindi.  Tezliklə  mister  Bennet  qızı 

əmin etdi ki, hər keçən saatla onun Darsi barədə rəyi daha 

da yaxşılaşır. 

—  Hər  üç  kürəkən  mənə  möhtəşəm  görünür.  Düzü, 

qorxuram,  Uikhem  mənim  sevimlim  olaraq  qalacaq. 

Ancaq 


sənin ərin mənim xoşuma gələcək, ola bilər ki, Binqlidən 

az olmayaraq. 

XVIII 

FƏSİL 


Elizabet  tezliklə  mister  Darsidən  ona  necə  vurulması 

barədə cavab tələb etməyə yetəcək qədər şən ovqata sahib 

oldu. 

— Bu  nədən  başladı?  —  o  soruşdu.  —  Sonrakı 



gedişləri təsəvvür edirəm, ancaq birinci təkan nə oldu? 

— Bu saat mənə ilk addımın atıldığı müəyyən bir saatı 

və ya məkanı, eləcə də baxışı, yaxud sözü demək çətindir. 

Bu, lap çoxdan olub. Mən mənə nə olduğunu yalnız o vaxt 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə