Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə2/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   2   3   4   5   6   7   8   9   ...   128

 

Mister  Bennetin  xasiyyətində  ağlın  diriliyi  və 



istehzaya  meyillilik,  qapalılıq  və  sərsəmlik  elə  incə 

şəkildə çulğaşmışdı ki, 23 illik birgə həyatlarında arvadı 

hələ  də  ona  alışa  bilməmişdi.  Qadının  xislətindən  baş 

açmaq isə xeyli asan idi. O, kifayət qədər zəkası olmayan 

və  qeyri-sabit  ovqatlı  cahil  qadın  idi.  Nədənsə  narazı 

olanda  hesab  edirdi  ki,  əsəbləri  qaydasında  deyil.  Onun 

həyatının  məramı  qızlarını  ərə  vermək  idi.  Qadının 

yeganə əyləncəsi ziyarətlər və yeniliklərdi. 

II 

FƏSİL 


Hər  halda  mister  Bennet  mister  Binqli  ziyarət  edən 

birincilərdən oldu. Doğrusuna qalsa, əvvəlcədən ona baş 

çəkmək  niyyətində  idi,  hərçənd  arvadı  elə  hey  Benneti 

inandırırdı, sanki o, heç cür onu ziyarət etməyəcək. Qadın 

onun  niyyətindən  ziyarətin  baş  tutduğu  günə  qədər 

xəbərsiz qaldı. Əsl həqiqətin üstü belə açıldı ikinci qızının 

şlyapasını lentlə bəzədiyini müşahidə edən mister Bennet 

gözlənilmədən dilləndi: 

— Lizzi,  ümidvaram  ki,  bu, mister Binqlinin xoşuna 

gələcək. 

— Biz heç vaxt bilməyəcəyik ki, nə mister Binqlinin 

xoşuna gəlir, nə gəlmir, — onun anası dalğınlıqla dedi, — 

bir halda ki, bizə Nezerfilddə olmaq lazım gəlməyəcək. 

— Ancaq siz unudursunuz ki, ana, — Elizabet dedi, — 

biz onu balda görəcəyik, missis Lonq da bizi tanış etmək 

vədi verib. Bu ikiüzlü və xudbin qadından zəhləm gedir. 

— Oh, yox, missis Lonq bunu etməz. Onun özünün iki 

bacısı qızı var. 

downloaded from KitabYurdu.org



 

— Mən də həmçinin, — mister Bennet dedi. — Necə 



də xoşdur ki, bu vacib işdə siz ondan asılı deyilsiniz. 

Missis  Bennet  cavab  verməyə  qalxmadı,  ancaq  öz 

hikkəsini  cilovlamağı  bacarmayaraq  qızlarından  birinin 

üstünə düşdü: 

— Allah  xətrinə,  Kitti,  bu  cür  öskürməyi  kəs!  Bir 

damcı da mənim əsəblərim haqqında düşün. Onlar buna 

dözmür. 

— Kitti bizdə heç nə ilə razılaşmır, — ata dedi. — O 

həmişə yersiz-yersiz öskürür. 

— Mən kefimdən öskürmədim, — Kitti incidi. 

— Sizdə növbəti bal nə vaxtdır, Lizzi? 

— İki həftədən sonra. 

— Ah, bir işə bax, — ana səsləndi. — Demək, missis 

Lonq  bal  ərəfəsində  qayıdacaq!  O,  Binqlini  bizə  necə 

təqdim  edəcək,  özü  o  vaxta  qədər  onunla  görüşməyə 

macal tapmayacaqsa? 

— O  zaman,  mənim  əzizim,  siz  mister  Binqlini 

rəfiqənizə təqdim edərək faydalı ola bilərsiniz. 

— Mümkün  deyil,  mister  Bennet,  bir  halda  ki,  mən 

özüm  onunla  tanış  olmayacağam,  mümkün  deyil.  Siz, 

sadəcə olaraq, məni ələ salırsınız! 

— Sizin ehtiyatlılığınız sizə şərəf verir. Əlbəttə, bu cür 

qısa  tanışlıq,  demək  olar,  heç  bir  məna  kəsb  etmir.  İki 

həftənin içində insan haqqında necə mühakimə yürütmək 

olar? Fəqət onu mister Binqli ilə biz tanış etməsək, bunu 

kimsə  başqa  bir  adam  edəcək.  Mənə  görə,  qoy  missis 

Lonq  və  onun  bacısı  qızları  da  öz  nəsiblərini  sınasınlar. 

downloaded from KitabYurdu.org




 

Ürəyindən  deyilsə,  mən  belə  bir  savab  işi  öz  üzərimə 



götürməyə hazıram. 

Qızlar gözlərini atalarına zillədilər. Missis Bennet dilə 

gəldi: 

— Hədyana bax! 



— Sizin  ifadəli  iradınız  nə  deməkdir,  xanım?  —  o, 

təəccüblə  soruşdu.  —  Tanış  olmayan  adamla  işiniz 

olmazdan  öncə  onun  sizə  təqdim  olunmasını  nəzərdə 

tutan  ənənəni  cəfəng  hesab  edirsiniz?  Yoxsa  bu  sayaq 

mövcud  təqdimat  qaydası  sizin  xoşunuza  gəlmir? 

Qorxuram  ki,  bu  xüsusda  bizim  baxışlarımız  bir  qədər 

ayrılır. Bəs sən, Meri, bu barədə nə düşünürsən? Sən 

ki bizim dərrakəli qızımızsan, elmi kitablar oxuyursan və 

hətta ondan iqtibaslar edirsən. 

Meri dərin mənalı nəsə demək istədi, ancaq ağlına bir 

şey gəlmədi. 

— Meri  düşüncələrini  toplayana  qədər,  —  o  davam 

etdi, 

— mister Binqliyə qayıdaq. 



— Mister Binqli haqqında artıq eşitmək istəmirəm, — 

qadın bəyan etdi. 

— Heyif ki, siz bunu mənə əvvəl deməmisiniz. Bunu 

bu  səhər  bilsəydim,  mən  heç  bir  halda  onun  yanma 

getməzdim. Çox ayıb! Ancaq bir halda ki mən onu ziyarət 

etmişəm,  qorxuram,  onunla  tanışlıqdan  qaçmaq  o  qədər 

də asan olmasın. 

Mister  Bennet  istədiyinə  nail  oldu  -  xanımlar  son 

dərəcə  heyrətləndilər.  Missis  Bennet  xüsusilə  möhkəm 

downloaded from KitabYurdu.org




 

şaşırdı. Fəqət ilk sevinc coşqusu ötüşüncə, missis Bennet 



ondan  məhz  bunu  etməyi  gözlədiyinə  əmin  etməyə 

çalışdı. 

— Siz gerçəkdən də alicənab hərəkət etmisiniz, əzizim 

mister Bennet! Hərçənd, etiraf edirəm, şübhə etmirdim ki, 

axırda  sizin  bunu  edəcəyinizə  nail  olacağam.  Mən 

bilirdim, siz 

qızlarınızı o qədər sevirsiniz ki, bu cür tanışlığa etinasız 

yanaşmağa qabil deyilsiniz. Ah, mən necə də xoşbəxtəm! 

Siz bizimlə necə də zərif zarafat elədiniz. Bir düşünün, siz 

hələ səhər ertə Nezerfilddə olmusunuz və bu vaxta qədər 

hətta bir kəlmə belə deməmisiniz! 

—  İndi,  Kitti,  istədiyin  qədər  öskürə  bilərsən,  — 

mister Bennet arvadının riqqətli izharını eşitməmək üçün 

otaqdan çıxarkən dedi. 

—  Qızlar,  görün,  sizin  necə  gözəl  atanız  var!  — 

Qapı bağlananda missis səsləndi. — Düzü, bilmirəm siz 

onun bu xeyirxahlığına nəylə təşəkkür edəcəksiniz. Mən 

də həmçinin. İnanın, bizim sinnimizin bu çağında hər gün 

yeni tanışlıq qurmaq elə də xoş deyil. Ancaq balalarımızın 

xətrinə  biz  hər  şeyə  hazınq.  Lidiya,  əziz  balam,  sən 

hamısından  balaca  olsan  da,  mənə  elə  gəlir  ki,  balda 

mister Binqli məhz səninlə rəqs edəcək. 

—  Məni  bununla  təəccübləndirmək  olmaz,  — 

Lidiya cəsarətlə bildirdi. — Balaca olsam da, əvəzində ən 

hündür 

mənəm. 


Axşamın  yerdə qalan hissəsi  mister  Binqlinin cavab 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə