Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə6/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   2   3   4   5   6   7   8   9   ...   128

22 

 

burada  heç  bir  işlə  məşğul  olmasa  da,  məmnuniyyətlə 



şəxsiyyətinin  mühümlüyü  barədə  düşüncələrə  dalırdı  və 

bütün dünyaya münasibətdə ehtiyatlı mövqe sərgiləyirdi. 

Aldığı titul onu öz gözündə qaldırmış olsa da, hər halda 

onu  yekəxana  etməmişdi.  Əksinə,  ser  Vilyams 

qarşılaşdığı  hər  kəsə  münasibətdə  lütfkarlığın  və 

diqqətcilliyin 

təcəssümü  idi.  Çünki  Sent-Ceymsdə  saraya  məxsusluğu 

təbiətcə  zərərsiz  və  mehriban  insanı  daha  da  nəzakətli 

etmişdi. 

Ledi  Lukas xoşməcaz qadın idi, missis Bennet üçün 

dürüst  qonşu  olmaqdan  ötrü  lazımi  qədər  cahildi.  Onun 

bir neçə övladı vardı. Onun böyük qızı, 27 yaşlı, ağıllı və 

təhsilli qızı Elizabetlə yaxın rəfiqəydi. 

Xanım  Lukaslar  və  xanım  Bennetlərin  bal  haqda 

danışmaq üçün görüşmələri qaçılmaz idi. Ertəsi gün səhər 

birincilər  dinləməyə 

və  danışmağa  hazır  halda 

Lonqbornda peyda oldular. 

— Sizin üçün, Şarlotta, gecə pis başlamadı, — missis 

Bennet  miss  Lukasa  xitab  etdi.  —  Axı  mister  Binqli 

birinci sizinlə rəqs etdi. 

Bəli, ancaq o, ikinci rəqsdə öz xanımı ilə oynamaqdan 

daha məmnun idi. 

— Siz bunu onun Ceyni bir daha rəqsə dəvət etdiyinə 

görə  deyirsiniz? Eh, o özünü doğrudan da  elə  apardı ki, 

sanki Ceyn ona sevimli görünüb. Mən hətta bu barədə bir 

şeylər eşitdim — təfərrüat yadımda deyil — nəsə mister 

Robinsonla bağlıydı. 

downloaded from KitabYurdu.org



23 

 

— Bəlkə  siz  onun  mister  Robinsonla  təsadüfən 



eşitdiyim  söhbətini  deyirsiniz?  Məgər  onu  sizə  mən 

çatdırmadım?  Mister  Robinson  ondan  bizim  cəmiyyətin 

xoşuna  gəlib-gəlmədiyini,  bu  qədər  gözəl  xanımların 

toplaşdığı  zalda  onlardan  hansından  daha  çox 

xoşlandığını soruşanda o, axırıncı suala dərhal belə cavab 

verdi: “Ooo, əlbəttə ki, böyük miss Bennet! Burada iki rəy 

ola bilməz!” 

— Sözün  düzü,  kifayət  qədər  qətiyyətlə  deyilib. 

Düşünmək olar ki... Ancaq siz bilirsiniz ki, hər şey heç nə 

ilə bitə bilər. 

— Eliza, sənə baxanda mən daha uğurlu  casus  idim, 

elə  deyilmi?  —  Şarlotta  dedi.  —  Mister  Darsi  dostu  ilə 

müqayisədə  daha  az  xoş  şeylər  danışır.  Bədbəxt  Eliza! 

Sən, heç demə, yalnız “şirin kimi”sən. 

— Ümidvaram 

ki, 


siz 

Lizzinin 

başına 

yeritməyəcəksiniz  ki,  o,  Darsinin  bu  sözlərindən 



inciməlidir?  Belə  bir  çəkilməz  insanın  xoşuna  gəlmək, 

sadəcə olaraq, bədbəxtlik olardı. Missis Lonq dünən dedi 

ki, mister Darsi onun yanında yanm saat oturub və bütün 

bu vaxt ərzində hətta ağzını belə açmayıb. 

— Siz buna  əminsiniz?  — Ceyn soruşdu.  — Burada 

hansısa anlaşılmazlıq  yoxdur ki? Mən  yaxşı  gördüm  ki, 

mister Darsi onunla danışırdı. 

— Boş  şeydir!  Missis  lap  axırda  ondan  soruşub  ki, 

Nezerfild  onun  xoşuna  gəlirmi.  Beləcə,  o  da  cavab 

verməli  olub.  Xanımın  dediyinə  görə,  Darsi  bunu 

tamamilə həvəssiz edib. 

downloaded from KitabYurdu.org




24 

 

— Miss Binqli mənə dedi ki, — Ceyn qeyd etdi, — o, 



yad  adamlarla  uzun-uzadı  söhbətləşməyə  dözə  bilmir. 

Əvəzində  yaxın  dostları  ilə  o,  qeyri-adi  dərəcədə 

mehribandır. 

— Bax, artıq burada heç bir sözə inanmıram, əzizim. 

Əgər  o  mehriban  olmağı  bacarsaydı,  missis  Lonqla 

danışardı.  Məsələnin  məğzi  mənə  tam  aydındır:  o, 

təkəbbüründən cırılır, orda necəsə onun qulağına çatıb ki, 

missis Lonqun karetası yoxdur və o, bala muzdla işləyən 

karetada gəlib. 

— Mənim  vecimə  də  deyil  ki,  Darsi  missis  Lonqla 

söhbət etməyib, — Şarlotta dedi. — Ancaq onun Eliza ilə 

rəqsdən imtina etməsinə görə üzgünəm. 

— Sənin yerində olsam, Lizzi, — anası dedi, — gələn 

dəfə  mən  özüm  onun  dəvətini  qəbul  etməkdən  imtina 

edərdim. 

— Düşünürəm  ki,  mən  sizə  onunla  heç  vaxt  rəqs 

etməməyi vəd edə bilərəm. 

— Etiraf  edirəm,  —  miss  Lukas  dedi,  —  mister 

Darsinin  təkəbbürü  başqasınmkı  ilə  müqayisədə  mənə 

toxunmur.  Qürurlu  olması  üçün  onun  ciddi  əsaslan  var. 

Bu qədər görkəmli, kübar və varlı gənc insanın özü barədə 

yüksək  fikirdə  olmasına  təəccüblənməyə  dəyərmi?  Belə 

demək mümkünsə, onun məğrur olmağa haqqı var. 

— Bütün bunlar doğrudur, — Elizabet cavab verdi. — 

Mən də onun qürurlu olmasını ona bağışlayardım, əgər o 

mənim qürurumu yaralamasaydı. 

— Qürur,  —  həmişə  mühakimələrinin  dərinliyi  ilə 

downloaded from KitabYurdu.org




25 

 

fərqlənən  Meri  müdaxilə  etdi,  —  mənə  kifayət  qədər 



geniş  yayılmış  çatışmazlıq  kimi  görünür.  Oxuduğum 

bütün kitablarda deyilir ki, insan təbiəti ona çox həssasdır. 

Aramızda çox az insan öz qəlbində xasiyyətinin həqiqi və 

ya  uydurma  cizgisi  ilə  bağlı  olan  mənəm-mənəmlik 

hissini  bəsləmir.  Qürur  və  qürrə  tez-tez  sinonim  kimi 

işlədilsə də, müxtəlif şeylərdir. İnsan qürurlu olar, amma 

qürrələnməyə bilər. Qürur daha çox bizim özümüz 

barədə  qənaətimizlə  bağlıdır,  qürrə  isə  başqa  insanların 

bizim barəmizdə yaratmaqlarını istədiyimiz rəydir. 

— 

Əgər mən mister Darsi kimi varlı 



olsaydım, — Lonqborna bacıları ilə birlikdə gəlmiş gənc 

mister  Lukas  dilləndi,  —  xüsusilə  qürurlanmazdım, 

özümə köpək sürüsü alardım, bir də hər gün bir şüşə şərab 

açardım! 

— Bu  halda  sən  içməli  olduğundan  daha  artıq  şərab 

içərdin, — missis Bennet etiraz etdi, — mən isə səni bu 

işlə məşğul olan yerdə tutsaydım, şərab şüşəsini əlindən 

alardım. 

Oğlan  onunla  mübahisəyə  girişdi,  bildirdi  ki,  xanım 

bunu  etməyə  cəsarət  göstərməzdi,  ancaq  missis  Bennet 

sözünün üstündə durdu və bu mübahisə yalnız qonaqların 

yola düşməsi ilə kəsildi. 

VI 

FƏSİL 


Lonqborn  lediləri  tezliklə  Nezerfild  xanımlannı  ziyarət 

etdilər.  Ziyarət  hörmətli  bir  şəkildə  qarşılandı.  Böyük 

miss Bennetin xoş ədaları missis Hörstdə və miss Binqlidə 

ona qarşı rəğbət oyatdı. Xanımlar qızın anasını dözülməz 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə