Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə4/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   2   3   4   5   6   7   8   9   ...   128

14 

 

səsləndi. 



—  Şərəfimə  and  olsun,  mən  bir  gecədə  bu  qədər 

xoşagələn  qadına  bir  dəfə  də  rast  gəlməmişəm;  onların 

içində, sadəcə, gözəllər var! 

— Siz bu zaldakı yeganə gözəl qızla rəqs edirsiniz, — 

Mister Darsi böyük miss Bennetə baxaraq dedi. 

— Bəli,  bu,  indiyə  qədər  rast  gəldiyim  ən  cazibədar 

məxluqdur!  Ancaq  odur,  orada,  sizin  arxanızda  onun 

bacılarından  biri  oturub.  Məncə,  o  da  çox  yaraşıqlıdır. 

İstəyirsiniz, mən xanımımdan sizi tanış etməyi rica edim. 

— Siz  kimin  haqqında  danışırsınız?  —  Darsi  geri 

çevrilərək  Elizabetə  baxdı,  ancaq  qızın  ona  baxdığını 

görüb gözlərini qaçırdı və soyuq-soyuq dedi: — Bəli, o, 

gözəl  görünür.  Amma  hər  halda  mənim  qəlbimin 

rahatlığını pozacaq qədər yaxşı 

deyil.  Bu  saat  mənim  başqa  kavalerlərin  unutduğu  gənc 

ledilərə  təsəlli  vermək  həvəsim  yoxdur.  Öz  xanımınızın 

yanma qayıdın. Əmin edirəm ki, onun təbəssümü ilə həzz 

alaraq keçirə biləcəyiniz vaxtı burada mənimlə itirirsiniz. 

Binqli bu tövsiyəyə əməl etdi, onun dostu otağın o biri 

küncünə çəkildi, Elizabet isə Darsiyə münasibətdə o qədər 

xoş  olmayan  hisslər  keçirə-keçirə  oturduğu  yerdə  qaldı. 

Yeri  gəlmişkən,  o  bu  olay  barədə  dostlarının  dairəsində 

məmnuniyyətlə danışdı - çünki şən ovqatlı idi və deyib-

gülməyi sevirdi. 

Bütün ailə axşamı çox xoş keçirmişdi. Missis Bennet 

Nezerfild  sakinlərinin  onun  böyük  qızma  göstərdiyi 

diqqətdən vəcdə  gəlmişdi. Mister Binqli onunla iki dəfə 

downloaded from KitabYurdu.org




15 

 

rəqs  etmişdi  və  bacıları  bunu  nəvazişlə  qəbul  etmişdi. 



Ceyn buna anasından az sevinməmişdi, hərçənd, riqqətini 

bu qədər açıq-aşkar büruzə vermirdi. Elizabet Ceynə görə 

çox  sevinirdi.  Meri  eşitmişdi  ki,  kimsə  miss  Binqli  ilə 

söhbətində onu bütün rayonun ən oxumuş qızı adlandırıb; 

Ketrin  və  Lidiya  ona  görə  xoşbəxt  idilər  ki,  bir  dəfə  də 

rəqslər zamanı kavalersiz qalmamışdılar - onlar baldan 

bundan  artığını  arzulamağı  öyrənməmişdilər.  Beləliklə, 

onlar  Lonqbernə  -  yaşadıqları  və  Bennet  ailəsinin 

görkəmli  mövqeyə  sahib  olduğu  kəndə  yüksək  ovqatda 

qayıdırdılar.  Onlar  gəlib  çatanda  mister  Bennet  hələ 

yatmamışdı. Kitab oxuyarkən o, zamanın necə keçdiyini 

hiss etməmişdi; bu dəfə onun üçün çox maraqlıydı ki, ailə 

üzvlərinin çox şey  gözlədiyi  gecə  necə  keçib.  O, demək 

olar, yeni tanışlanna münasibətdə arvadının niyyətlərinin 

uğurla nəticələnməyəcəyinə şübhə etmirdi. Ancaq tezliklə 

başa  düşdü  ki,  tamam  başqa  cinsdən  olan  hekayət 

dinləməli olacaq. 

—  Ey  əziz  mister  Bennet,  -  arvadı  otağa  girə-girə 

səsləndi,  -  necə  bir  gecə  keçirdik!  Bal  möhtəşəm  idi! 

Yalnız  təəssüf  ki,  siz  yox  idiniz.  Ceyn  qeyri-adi  uğur 

qazandı. Hamı hey onun necə gözəl olduğundan danışırdı. 

Mister Binqli onu cazibədar adlandırdı və onunla iki dəfə 

rəqs etdi. Siz bir düşünün, mənim dostum, düz iki dəfə! 

Mister  Binqlinin  rəqsə  dəvət  etdiyi  yeganə  xanım  idi. 

Əvvəlcə  o,  miss  Likasla  rəqs  etdi.  Onlan  cüt  görəndə 

mənə çox toxundu. Ancaq qız onun heç xoşuna gəlmədi. 

O,  kimin  xoşuna  gələ  bilər,  siz  özünüz  bilirsiniz! 

downloaded from KitabYurdu.org




16 

 

Əvəzində Ceyn 



rəqs edəndə, o, elə bil alışıb-yanırdı. Onun kim olduğunu 

öyrəndi  və  rica  etdi  ki,  onu  Ceynə  təqdim  etsinlər  və 

dərhal ikinci dəfə rəqsə dəvət etdi. Üçüncü rəqsdə o, miss 

Kinqlə  cüt  oldu,  dördüncüdə  Mariya  Lukasla,  beşincidə 

bir daha Ceynlə, altıncıda Lizzi ilə. O, bulanje rəqsi edirdi. 

— Onda mənə qarşı bir damcı mərhəmət olsaydı, — 

əri  səbirsizliklə  onun  sözünü  kəsdi,  —  iki  dəfə  az 

oynayardı.  Allah  xətrinə,  daha  onun  oynadığı  xanımları 

saymayın.  Birinci  rəqs  zamanı  ayağını  burxutsaydı,  nə 

olardı? 


— Ah, mənim əzizim, mən ona heyranam! — missis 

Bennet davam etdi. — O, qeyri-adi dərəcədə yaraşıqlıdır. 

Onun bacılan isə, sadəcə, cazibədardırlar! Mən ömrümdə 

bundan  zərif  geyimlər  görməmişəm!  Düşünürəm  ki, 

missis Hörstün paltarının krujevası... 

Burada  onun  nitqi  yenidən  kəsildi,  çünki  mister 

Bennet geyimlərin təsvirini dinləmək istəmədi. Ona görə 

də  missis  mövzunu  dəyişməli  oldu,  həyəcanlı  və 

mübaliğəli  şəkildə  mister  Darsinin  görünməmiş 

arsızlığından danışdı. 

— Sizi inandıra bilərəm ki, — o qərarlaşdırdı, — Lizzi 

onun zövqünə uyğun olmadığına görə o qədər də çox şey 

itirmədi! Bu mənfur adama xoş gəlməyə dəyməz də. Elə 

vacib  və  şişmiş  idi,  əbəs  yerə  hamının  ondan  zəhləsi 

getmədi.  Ora-bura  gəzir,  özünü,  Allah  bilir,  nə  sanır. 

Onunla  rəqs  etmək  üçün  kifayət  qədər  yaraşıqlı  deyil!.. 

İstərdim ki, siz orada olasınız, onu üz- üzə görəsiniz. Bu 

downloaded from KitabYurdu.org




17 

 

insana dözə bilmirəm! 



IV 

FƏSİL 


Ceyn və Elizabet tək qalanda, mister Binqli barədə tamam 

təmkinli danışan Ceyn ondan necə xoşlandığını bacısına 

etiraf etdi. 

— O məhz gənc adamın olmalı olduğu 

kimidir, — dedi, — ağıllı, mehriban, şən. Mən heç vaxt 

belə  rahat,  bu  qədər  sərbəst  maneralar  görməmişəm. 

Bununla birlikdə yaxşı tərbiyə aldığı hiss olunur! 

— Üstəlik,  o  yaraşıqlıdır,  —  Elizabet  əlavə  etdi,  — 

əgər ona aid etsək, bu da gənc insanın lehinədir. Bunun 

sayəsində onun xasiyyətini tam mükəmməl hesab etmək 

olar. 

— O məni ikinci dəfə rəqsə dəvət edəndə mən o qədər 



qürur  duydum!  Etiraf  edirəm  ki,  bunu  qətiyyən 

gözləmirdim. 

— Gözləmirdin!  Əvəzində  sənin  yerinə  mən 

gözləyirdim. Diqqət nəzərləri hər dəfə səni qəfildən tutur, 

məni  isə  —  heç  vaxt.  Bu,  aramızdakı  fərqlərdən  biridir. 

Onun  səni  bir  dəfə  rəqsə  dəvət  etməsindən  təbii  nə  ola 

bilərdi? Məgər o görmürdümü ki, 

zalda  ən  gözəl  qız  sənsən?  Burada  onun  nəzakətliliyinə 

təəccüblənəcək nə var? Yeri gəlmişkən, o, doğrudan da, 

kifayət qədər şirin bir gəncdir. Qoy o sənin xoşuna gəlsin. 

Neçə dəfə ondan betərləri xoşuna gəlib. 

— 

Lizzi, əzizim! 



— Sən özün də bilirsən ki, heç kəsdə azacıq  da olsa 

qüsur  fərq  etmədən  istənilən  adamı  tərifləməyə 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə