Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə9/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   5   6   7   8   9   10   11   12   ...   128

34 

 

— Sizi  əmin  edirəm  ki,  ser,  mən  rəqslərdə  iştirak 



etməyi  tamamilə  düşünməmişəm.  Doğrusu,  özümə 

kavaler  tapmaq  üçün  sizə  yaxınlaşdığımı  güman 

edərsinizsə, mən çox məyus olardım. 

Mister  Darsi  ciddi  və  ədəblə  Elizabetdən  ona  şərəf 

verərək rəqs dəvətini qəbul etməyi xahiş etdi. Ancaq əbəs 

yerə - qız sözünün üstündə möhkəm dayandı və  onu ser 

Vilyamsm dilə tutmaq cəhdləri də bir işə yaramadı. 

— Siz  əla  rəqs  edirsiniz,  miss  Eliza,  belə  gözəl 

tamaşadan  məni  məhrum  etməyiniz  sizin  tərəfinizdən, 

sadəcə, amansızlıqdır. Bu centlmen böyük rəqs həvəskarı 

olmasa  da,  onun,  əlbəttə,  bizə  bu  qədər  asanlıqla  böyük 

xidmət göstərməyə qarşı etirazı ola bilməz. 

— Mister  Darsi  nəzakətin  özüdür!  —  Elizabet  gülə-

gülə dedi. 

— Əlbəttə, bu belədir. Ancaq onun səbəblərini nəzərə 

alsaq,  əziz  miss  Eliza,  buna  təəccüblənmək  olmaz.  Belə 

bir  cazibədar  xanımla  rəqs  etməkdən  kim  xoşbəxt 

olmazdı? 

Elizabet  hiyləgər  təbəssümlə  onlardan  kənarlaşdı. 

Elizabetin  imtinası  mister  Darsinin  gözündə  onu 

zədələmədi  və  o,  qız  barədə  iltifatla  düşünməkdəykən 

miss Binqli ona yanaşdı: 

— 

İstəyirsiniz, nə barədə düşündüyünüzü tapım? 



— 

Əminəm ki, bu sənə müyəssər olmayacaq. 

— Siz  düşünürsünüz  ki,  belə  bir  camiədə  bir-birinin 

ardınca bu sayaq axşamlar keçirmək necə də dözülməzdir. 

Mən  də  sizinlə  tamamilə  razıyam.  Həyatımda  belə 

downloaded from KitabYurdu.org




35 

 

danxmamışam! 



Özlərini 

göstərmək 

üçün 

dəridənqabıqdan çıxırlar. Bu insanlarda nə qədər puçluq, 



eyni  zamanda  təkəbbür  var.  Sizin  sonradan  onların 

barəsində  nə  danışacağınızı  eşitmək  üçün  nələr 

verməzdim. 

— İnanın  ki,  bu dəfə təxmin etmədiniz. Mən qat-qat 

daha  xoş  şeylər  barədə  düşünürdüm:  tutaq  ki,  füsunkar 

qadının gözəl gözlərində nə qədər cazibə olduğu barədə. 

Miss Binqli gözünü ona zilləyərək tələb etdi ki, o onu 

belə  fikirlərə  daldırmaq  şərəfinə  nail  olan  ledinin 

kimliyini açıb desin. Mister Darsi azacıq da olsa utanıb-

sıxılmadan cavab verdi: 

— 

Miss Elizabet Bennet. 



— 

Miss Elizabet Bennet? — miss Binqli təkrar 

etdi.  —  Etiraf  edim  ki,  qəlbimin  dərinliyinə  qədər 

heyrətləndim!  O,  belə  üstün  sayılmadan  çoxdanmı 

faydalanır?  Sizə  xoşbəxtlik  arzulamağa  tezlikləmi  icazə 

verəcəksiniz? 

— Mən  sizdən  məhz  bu  sualı  gözləyirdim.  Qadın 

təxəyyülünün hansı sürəti var! O, bir dəqiqənin içində adi 

xoşlanmaqdan sevgiyə, sevgidən isə nikaha sıçrayır. Mən 

elə də bilirdim ki, siz mənə səadət arzulayacaqsınız. 

— Nə isə, siz ciddi danışırsınızsa, mən məsələni həll 

olunmuş  sayacağam.  Sizin  füsunkar  qayınananız  olacaq 

və əlbəttə ki, sizinlə Pemberlidə yerləşəcək. 

Mister  Darsi  onun  bu  cür  ələ  salıb  əylənməsini  tam 

etinasızlıqla  dinləyirdi.  Onun  bu  sayaq  sakitliyi  ledini 

əslində həyəcanlanmaq üçün bir səbəb olmadığına əmin 

downloaded from KitabYurdu.org



36 

 

etdi və o bu 



növdən olan hazırcavablığını kifayət qədər uzun müddət 

uzadaraq davam etdirdi. 

VII 

FƏSİL 


Mister  Bennetin,  demək  olar,  bütün  əmlakı  ona  ildə  iki 

min funt gəlir gətirən mülkdən ibarət idi. Onun qızlarının 

bədbəxtliyindən, mülk kişi xətti ilə vərəsəliyə keçirdi və 

ailədə kişi cinsindən övlad olmadığı üçün mister Bennetin 

ölümündən  sonra  əmlak  onun  uzaq  qohumunun 

sərəncamına  keçirdi.  Missis  Bennetin  hazırkı  durumda 

qaneedici olan vəsaiti heç bir şəkildə mülkün gələcəkdəki 

mümkün itirilməsinin yerini doldura bilməzdi. Sağlığında 

Meritonda  vəkil  işləyən  atası  ona  cəmi  dörd  min  funt 

qoyub getmişdi. 

Onun  bacısı  atasının  keçmiş  kargüzan  mister  Filipə 

ərə getmiş, o isə qayınatasının kontorunu miras almışdı. 

Missis Bennetin qardaşı Londonda yaşayır, sağlam ticarət 

işi ilə məşğul olurdu. 

Lonqborn  kəndi  Meritondan  cəmi  bir  mil  aralıda 

yerləşirdi  və  bu  məsafə  Bennetin  qızları  üçün  olduqca 

münasib idi. Onlar adətən həftədə üç-dörd dəfə xalalarına 

qayğı-diqqət göstərmək

eyni  zamanda  yolüstü  dəbli  dükanlan  gəzmək  üçün 

Meritona gedirdilər. Xüsusilə bu cür aradan çıxmaları iki 

kiçik  qız,  Ketrin  və  Lidiya  həyata  keçirirdi.  Bacıların 

içində daha yüngülxasiyyətliləri olan bu qızların ən yaxşı 

bacardıqlan  iş  səhər  yeməyindən  sonra  əylənmək  və 

yuxudan  qabaq  laqqırtı  vurmaq  üçün  xəbər  ehtiyatı 

downloaded from KitabYurdu.org



37 

 

tutmaq  üçün  mütləq  Meritonda  olmaq  idi.  Yaşadıqları 



rayon xəbərlər baxımından nə qədər kasad olsa da, onlar 

həmişə  xalalarından  diqqətlərinə  layiq  nələrisə  öyrənə 

bilirdilər. Hazırda onlar milis polkunun Meriton ətrafında 

qışlamaq  üçün  yerləşdirilməsi  və  zabitlərin  şəhərcikdə 

məskunlaşması sayəsində xəbər qıtlığı çəkmirdilər. 

İndi  ziyarət  zamanı  missis  Filips  çoxlu  maraqlı 

xəbərlər  danışırdı.  Hər  gün  zabitlərin  adlan  və  onlann 

arasındakı  münasibətlərə  dair  yeni  məlumatlar  gəlirdi. 

Zabitlərin  yaşadığı  mənzillər  uzun  müddət  naməlum 

qalmadı  və  tezliklə  onların  sakinləri  ilə  tanışlıqlar 

quruldu.  Mister  Filips  hər  bir  zabiti  ziyarət  etdi  və 

beləliklə, baldızının qızlan üçün əvvəlki həyat sevincləri 

ilə müqayisəolunmaz yeni xoşbəxtlik qaynağı açdı. Onlar 

zabitlərdən başqa heç bir şey haqqında danışa 

bilmirdilər.  Hətta  adı  istənilən  vaxt  çəkiləndə  analarının 

çox  həyəcanlandığı  mister  Binqlinin  bütün  varidatı 

onların gözündə gizir mundiri ilə müqayisədə qara qəpik 

dəyərində deyildi. 

Bir  dəfə  bu  sayaq  laqqırtını  eşidən  mister  Bennet 

sözarası qeyd edirmiş kimi dedi: 

— Sizin mühakimələrinizdən başa düşdüm ki, siz bu 

krallıqda ən səfeh iki qızcığaz sayıla bilərsiniz. Belə bir 

fikir mənim ağlıma əvvəllər də gəlmişdi. Ancaq indi mən 

buna daha qətiyyətlə əmin oldum. 

Ketrin utandı və susdu, amma Lidiya bu sözlərə fikir 

vermədən  kapitan  Karterə  valeh  olduğunu  və  sabah 

Londona  yol  düşməsindən  əvvəl  onu  bir  daha  görmək 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə