Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə11/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   7   8   9   10   11   12   13   14   ...   128

42 

 

mümkün olmayacaq. 



— Əvəzində  mən  Ceynə  baxa  bilərəm,  mənə  lazım 

olan hər şey budur. 

— 

Bəlkə  Lizzi,  hər  halda  atlann  dalınca  adam 



göndərək? 

— atası soruşdu. 

— Yox, həqiqətən, lazım deyil. Mən hətta yeriməkdən 

şad  olacağam.  Adamın  qarşısında  müəyyən  məqsəd 

duranda məsafəni hiss etmir. Buradan oraya olsa-olsa üç 

mil yoldur. Nahara qədər evdə olaram. 

— Yaxın  adama  kömək  etməyə  hazır  olmağına 

heyranam,  Meri  dedi.  —  Ancaq  hər  bir  qəlb  çırpıntısını 

ağıl-kamalla yoxlamaq lazımdır. Düşünürəm ki, hər işdə 

tələb olunan fəaliyyətə uyğun güc sərf etmək lazımdır. 

— İstəyirsənsə,  Meritona  qədər  birlikdə  gedək?  — 

Ketrin və Lidiya təklif etdilər. 

Elizabet razılaşdı və üç qız evdən eyni zamanda çıxdı. 

— Əgər  tələssək,  —  yolda  Lidiya  dedi,  —  bəlkə  də 

kapitan Karteri yola düşməzdən qabaq tapa bilərik. 

Meritonda  onlar  ayrıldılar.  Kiçik  bacılar  zabitlərdən 

birinin arvadının  yanma  yollandı,  Elizabet  irəliyə doğru 

tez-tez  addımladı,  ta  Nezerfildin  özünə  çatana  qədər 

sahələri  bir-  birinin  ardınca  keçdi,  təpələri  tələsərək 

adladı, xəndəklərdən tullanaraq getdi. Nəhayət, yorulmuş 

halda  palçığa  batmış  corablan  və  piyada  yeriməkdən 

alışıb-yanan çöhrəsi ilə mənzil başına yetdi. 

Onu  Ceyn  istisna  olmaqla  Nezerfild  camiəsinin 

toplaşdığı  səhər  yeməyi  otağına  apardılar.  Elizabetin 

downloaded from KitabYurdu.org



43 

 

gəlişinə  görə  hamı  xeyli  təəccüblənmişdi.  Onun  səhərin 



erkən çağında, belə bir havada, həm də təkbaşına bütöv üç 

mili piyada qət etməsi mister Binqlinin bacılarına, sadəcə, 

qeyri-adi  görünürdü.  Tamamən  nəzakətlə  qarşılansa  da, 

Elizabet onların gözlərindən hərəkətinin bəyənilmədiyini 

anlayırdı. Mister Binqlinin davranışında isə əksinə, sadə 

nəzakətdən  daha  böyük  nələrinsə  əlamətlərini  sezmək 

mümkün  idi.  Onun  rəftarında  rəğbət  və  təqdir  hiss 

olunurdu. Mister Darsi qaradinməz idi, mister Hörst isə, 

ümumiyyətlə,  heç  nə  demədi.  Birinci  -  mister  Darsi 

Elizabetin 

sürətli 

yerişdən  qızışaraq  necə  də 

qəşəngləşdiyi, onu 

yola çıxmağa vadar edən səbəbin bu qədər cəsur gəzintiyə 

nə  dərəcədə  bəraət  qazandırdığı  haqqında  düşünürdü. 

İkincinin - mister Hörstün fikri-zikri isə bütünlüklə səhər 

yeməyinə cəmləşmişdi. 

Ceynin sağlıq durumu haqda məlumatlar təsəlliverici 

deyildi.  Miss  Bennet  həyəcanlı  gecə  keçirmişdi  və 

yataqdan  qalxsa  da,  özünü  o  qədər  pis  hiss  edirdi  ki, 

otaqdan çıxa bilməmişdi. Elizabetin xahişi ilə onu dərhal 

xəstənin  yanma  apardılar.  Bacısının  gəlişi  Ceyni  çox 

sevindirdi. O, hədsiz həyəcan doğurmasın deyə məktubda 

onu  nə  qədər  böyük  arzuyla  görmək  istədiyini 

yazmamışdı. Fəqət Ceyn, demək olar, danışa bilmirdi və 

miss  Binqli  onları  ikilikdə  buraxanda  o,  yalnız  burada 

onun  qayğısına  qalanların  qeyri-adi  xeyirxahlığından 

minnətdarlıq ifadə edə bildi. Elizabet xəstənin qulluğunda 

susaraq durdu. 

downloaded from KitabYurdu.org




44 

 

Səhər  yeməyindən  sonra  mister  Binqlinin  bacıları 



gəldi və Elizabet onların rəfiqələrinə necə qayğı və diqqət 

göstərdiklərini  görərək  özündə  onlara  rəğbət  hiss  etdi. 

Tezliklə  gəlib çıxan  əczaçı  xəstəni  müayinə  edərək dedi 

ki, güman olunduğu kimi

xəstəlik  güclü  soyuqdəymədən  yaranıb.  O,  ən  təsirli 

tədbirlərin  görülməsini  tələb  etdi,  xəstəyə  yataq  rejimi 

yazdı və dava- dərman göndərəcəyini vəd etdi. 

Yataq  təyinatı  dərhal  icra  edildi,  çünki  qızdırma  və 

başağnsı elə hey güclənirdi. Elizabet bacısını bir an belə 

tərk etmədi. Başqa qadınlar da, demək olar, ayrılmadılar - 

doğrusu,  onların  görəcəyi  bir  iş  də  yoxdu,  çünki  kişilər 

evdə yox idi. 

Saat üçə yaxınlaşanda Elizabet hiss etdi ki, qayıtmaq 

vaxtıdır və o, həvəssiz halda bu barədə dedi. Miss Binqli 

ona ekipajla getməyi təklif etdi və o, demək olar, ondan 

istifadəyə hazır idi. Ancaq Ceyn qarşıda duran ayrılıqdan 

o qədər qüssələndi ki, miss Binqli istər-istəməz ona daha 

bir  müddət  Nezerfilddə  qalmağı  təklif  etdi.  Dəvət 

minnətdarlıqla qəbul olundu və ailəni xəbərdar etmək və 

lazımi  paltarları  gətirmək  üçün  Lonqborna  nökər 

göndərildi. 

VIII 


FƏSİL 

Saat beşdə qadınlar paltarlarını dəyişməyə getdilər və saat 

altının  yarısında  Elizabeti  masaya  çağırdılar.  Xəstənin 

sağlıq durumu barədə nəzakətlə suallara cavab verərək, o, 

özlüyündə  mister  Binqlinin  səmimi  narahatlığını 

məmnuniyyətlə qeyd etdi. 

downloaded from KitabYurdu.org



45 

 

Təəssüf  ki,  hər  hansı  bir  təsəlliverici  xəbər  vermək 



mümkün  deyildi.  Ceynin  vəziyyəti  əvvəlki  kimi  ağır 

olaraq qalırdı. Mister Binqlinin bacıları bunu eşidərək üç, 

ya dörd dəfə kədərləndiklərini bildirdilər, soyuqdəymənin 

nə  qədər  müdhiş  bir  şey  olduğu  və  onlardan  heç  kimin 

xəstələnməyi sevmədiyi barədə mühakimə  yürütdülər və 

artıq  rəfiqələrini  yada  salmadılar.  O,  olmadığı  vaxt 

onların  Ceyn  barədə  az  düşündüklərinə  əmin  olan 

Elizabet bacılara əvvəlki kimi nifrət duydu. 

Bütün məclis əhlindən onun rəğbətini qazanan yeganə 

insan mister Binqli idi. Elizabet anlayırdı ki, başqaları ona 

çağırılmamış qonaq kimi  yanaşır,  yalnız xəstə haqqında 

mister  Binqli  öz  səmimi  narahatlığı  və  onun  bacısına 

diqqəti  ilə  bu  hissi  bir  qədər  yumşaldırdı.  Mister 

Binqlidən  savayı  çətin  ki,  onu  kimsə  fərq  edirdi.  Miss 

Binqlinin  diqqətini  bütünlüklə  mister  Darsi  unutmuşdu, 

mister  Hörst  bacısından  geri  qalmamağa  çalışırdı, 

Elizabetlə  yanaşı  oturmuş  mister  Hörstə  gəlincə,  bu 

qəlbsiz insan dünya üzündə yalnız yemək, içmək və kart 

oynamaq  üçün  yaşayanlardan  idi.  Onun  səbzəli  lobyanı 

qızartmadan  üstün  tutaraq  xoşladığını  öyrəndikdə, 

Elizabetin daha danışmağa sözü qalmamışdı. 

Nahardan  dərhal  sonra  Elizabet  Ceynin  yanma 

qayıtdı. O otaqdan çıxan kimi miss Binqli onun dalınca 

qeybət  etməyə  başladı.  Onun  ədalan  fitnəkar  və 

təkəbbürlü sayıldı və deyildi ki, o, zövqdən, gözəllikdən, 

zəriflikdən  və  ünsiyyət  qurmaq  bacarığından  tamamilə 

məhrumdur.  Missis  Hörst  də  eyni  cür  düşünürdü  və  o, 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə