Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə12/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   8   9   10   11   12   13   14   15   ...   128

46 

 

deyilənlərə əlavələr etdi: 



—  Uzun  sözün  qısası,  bu  qızın  yeganə  müsbət 

xüsusiyyəti səhər-səhər qeyri-adi dərəcədə uzaq məsafəni 

piyada qət etmək 

qabiliyyətidir.  Heç  vaxt  unutmayacağam  ki,  o  bu  gün 

buraya necə bir görkəmdə gəldi, sanki hansısa vəhşi idi. 

— O,  elə  vəhşi  idi,  Luiza.  Mən  özümü  gülməkdən 

güclə  saxladım.  Onun  gəlişi,  ümumiyyətlə,  hərzəlikdir. 

Bacısı  soyuqlayıbsa,  ona  nə  düşüb  ki,  bu  qədər  uzağa 

qaçıb  gəlsin?  Bu  nə  görkəmdir  —  üzünü  külək  kəsmiş, 

saçlar darmadağın!.. 

— Hələ  onun  yubkası!  Ümid  edirəm  ki,  siz  onun 

yubkasını gördünüz — and içərəm ki, altı düymə palçığın 

içindəydi.  O,  plaşının  ətəyini  aşağı  salmağa  çalışırdı  ki, 

yubkasının ətəyindəki ləkələr görünməsin, ancaq təəssüf 

ki, bu, kömək etmədi. 

— 

Ola bilər ki, bütün bunlar doğrudur, — Binqli dedi, 



— lakin mən, etiraf edim ki, elə şey görmədim. Mənə elə 

gəldi  ki,  miss  Elizabet  Bennet  bu  gün  səhər  bizim  evə 

daxil olanda gözəl görünürdü. Ətəkdəki palçığa isə mən, 

sadəcə olaraq, fikir verməmişəm. 

— Ümidvaram ki, siz onu görmüsünüz, mister Darsi? 

— miss Binqli dedi. — Güman edirəm ki, siz bacınızı belə 

görkəmdə görmək istəməzdiniz. 

— 

Siz tamamilə haqlısınız. 



— Piyada üç, yox, dörd, bəlkə də beş və daha artıq mil 

yolu az qala dizə qədər palçığın içi ilə keçib gəlmək, həm 

də  tamamilə  tək-tənha!  O  nə  etdiyini  düşünüb?  Mən 

downloaded from KitabYurdu.org




47 

 

burada əyalət adamlarma xas olan bütün ədəb qaydalanna 



sayğısızlıq 

— dəlixaylığm ən pis növünü görürəm. 

— Bu  onun  doğma  bacısına  tam  tərifəlayiq 

bağlılığının təzahürü də ola bilərdi, — mister Binqli dedi. 

— 

Qorxuram ki, mister Darsi, — miss Binqli sakitcə 



dedi, 

— bugünkü macəra onun gözləri haqqındakı qənaətinizə 

zərər vurmuş olsun. 

— Qətiyyən  yox,  —  o  cavab  verdi.  —  Yoldan 

gəldiyinə görə onun gözləri daha da par-par yanırdı. 

Ortaya qısa sükut çökdü. Sonra missis Hörst yenidən 

başladı: 

— Ceyn  Bennet  mənim  çox  xoşuma  gəlir.  O, 

gerçəkdən  də  yaxşı  qızdır.  Mən  onun  həyatda  xoşbəxt 

olmasını ürəkdən arzu edirəm. Ancaq qorxuram ki, belə 

valideynləri  və  sair  əqrəbası  olduğu  üçün  onun  buna 

imkanlan azdır. 

— Mənə  elə  gəlir  ki,  sən  onun  əmisinin  Meritonda 

vəkil olmasından danışırdın? 

— 

Bəs necə! Hələ biri də Çipsaydda yaşayır. 



— Nə  gözəl!  —  miss  Binqli  səsləndi  və  hər  ikisi  az 

qala gülməkdən yıxılacaqdı. 

— Əgər  onlann  əmiləri  bütün  Çipsaydı  doldurmuş 

olsalar da, — Binqli qətiyyətlə bəyan etdi, — o, bundan 

daha az cazibədar olmazdı. 

— Bəli,  amma  bu,  onun  cəmiyyətdə  müəyyən 

mövqeyi  olan insana  ərə  getməsinə  çox mane olardı,  — 

downloaded from KitabYurdu.org




48 

 

Darsi qeyd etdi. 



Binqli  heç  bir  cavab  vermədi,  ancaq  onun  bacıları 

Darsini  qızğınlıqla  dəstəklədilər  və  onlann  əziz 

rəfiqələrinin  loru-bayağı  əqrəbaları  haqqında  kifayət 

qədər uzun müddət lağlağı etməyi sürdürdülər. 

Bir  müddətdən  sonra  onlar  özlərində  yeni  nəzakət 

qabarması  hiss  etdilər,  yenidən  xəstənin  yatdığı  otağa 

getdilər və qəhvə içməyə çağınlana qədər orada qaldılar. 

Ceyn əvvəlki kimi özünü pis hiss edirdi və Elizabet onu 

gecəyə qədər tərk etmədi. Xəstənin yuxulamasına görə bir 

qədər sakitləşən 

Elizabet,  nəhayət,  yerdə  qalan  camiəyə  qatılmaq 

arzusundan daha çox, zərurət hiss etdi. O, qonaq otağına 

daxil  olanda  hamı  kart  oynamaqda  idi.  Onu  dərhal  kart 

oyununa  qoşulmağa  dəvət  etdilər.  Fəqət  oyunun  iri 

məbləğli  qoyuluşlarla  getdiyindən  qorxan  Elizabet 

oynamaqdan  imtina  edərək,  bacısının  xəstəliyini  səbəb 

göstərdi  və  dedi  ki,  onun  aşağıda  qala  biləcəyi  qısa 

müddəti həvəslə kitab oxumaqla keçirəcək. Mister Hörst 

ona heyrətlə baxdı. 

— Siz oxumağı kart oynamaqdan üstün tutursunuz? — 

o soruşdu. — Qəribədir. 

— Miss Eliza Bennet, — miss Binqli dedi, — oyuna 

nifrət edir. O, çox oxuyur və digər əyləncələri qəbul etmir. 

— Mən  bu  növdən  olan  nə  tərifə,  nə  də  qınağa 

layiqəm, — Elizabet cavab verdi. — Mənə müxtəlif şeylər 

xoş gəlir və mən o qədər də çox oxumuram. 

— Əminəm ki, məsələn, bacınıza qulluq etmək sizin 

downloaded from KitabYurdu.org




49 

 

xoşunuza  gəlir,  —  Binqli  dedi.  —  Ümid  edirəm  ki,  bu 



məmnuniyyətiniz o sağaldıqca daha da artacaq. 

Elizabet ürəyində ona minnətdarlıq etdi və üstündə bir 

neçə kitabın olduğu masaya tərəf getdi. Bu zaman Binqli 

təklif  etdi  ki,  kitabxanada  saxlanılan  başqa  kitabları  da 

ona göstərə bilər. 

— Sizin faydanız, mənim isə fəxrim üçün daha geniş 

kolleksiya  ilə  öyünə  bilsəydim,  çox  şad  olardım.  Ancaq 

mən tənbələm, bu tamam böyük olmasa da, burada mənim 

nə vaxtsa oxuya biləcəyim kitablardan daha çox kitab var. 

Elizabet  onu  inandırdı  ki,  otaqda  olan  kitablar  onun 

üçün tam kifayətdir. 

Miss Binqli dedi: 

— Məni  təəccübləndirir  ki,  bizim  atamız  belə  az 

miqdarda 

kitabla 

kifayətlənib. 

Əvəzində 

sizin 


Pemberlidəki kitabxananız çox əladır, mister Darsi! 

— Orada başqa cür ola bilməzdi, — Darsi cavab verdi. 

— O bir neçə nəslin əməyi, qayğısı ilə əmələ gəlib. 

— Ancaq  siz  özünüz  ora  çox  kitab  əlavə  etmisiniz! 

Hər zaman kitab alırsınız. 

— Belə  bir  vaxtda,  bizim  dövrümüzə  mənim  ailə 

kitabxanasına etinasızlıq göstərməyim qəribə olardı. 

— Etinasızlıq! Əlbəttə, siz öz gözəl guşənizi daha da 

bəzəmək  üçün  heç  nəyə  biganəlik  göstərmirsiniz.  Çarlz, 

əgər  öz  şəxsi  evin  olsa,  mən  istərdim  ki,  heç  olmasa  o, 

Pemberlinin yansı qədər yaxşı olsun. 

— 

Mən özüm də bunu istərdim. 



— Doğrusu, mən sənə məsləhət görərdim ki, haradasa, 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə