Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə20/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   16   17   18   19   20   21   22   23   ...   128

78 

 

— Mən bir qədər musiqi dinləmək istəyirəm, — miss 



Binqli iştirak etmədiyi söhbətə qulaq asmaqdan usanaraq 

dedi. — Luiza, ərini oyatsam, sən hirslənməzsən ki? 

Onun  bacısının  buna  heç  bir  etirazı  olmadı  və 

Kerolayn  fortepianonun  qapağını  qaldırdı.  Dərindən 

düşünən  Darsi  Elizabetə  həddindən  çox  vaxt  ayırdığını 

hiss etsə də, buna təəssüflənmədi. 

XII FƏSİL 

Bacılar öz aralarında şərtləşdikləri kimi, ertəsi gün səhər 

Elizabet  anasına  məktub  yazıb  göndərdi  ki,  onların 

arxasınca ekipaj göndərsinlər. Ancaq qızının Nezerfilddə 

həftənin  ikinci  gününə  qədər,  yəni  bir  həftə  qalmasına 

ümid  edən  missis  Bennet  onun  daha  tez  gəlməyə 

hazırlaşmasından heç bir məmnunluq duymadı. Ona görə 

də onun cavabı az əlverişli oldu - ən azı səbirsizliklə evə 

qayıdacağını gözləyən Elizabet üçün. Məktubda deyilirdi 

ki,  missis  Bennet  çətin  ki,  ikinci  gündən  tez  ekipaj 

göndərə  bilər.  Məktubun  sözardı  hissəsində  qeyd 

olunurdu ki, əgər mister Binqli və onun bacıları Ceyn və 

Elizabet  qalmaq  üçün  dilə  tutsalar,  o,  böyük  qızları 

olmadan daha uzun müddət keçinə bilər. Ancaq Elizabet 

ləngimək  haqda  düşünmək  belə  istəmirdi  -  o,  hətta  tam 

əmin  deyildi  ki,  onlardan  qalmağı  xahiş  edəcəklər. 

Əksinə, necə görünsə belə, onların Binqlilərdə qalmasının 

uzanmasından çəkinərək, o, Ceyni  tovlamağa çalışdı  ki, 

mister Binqlidən dərhal ekipaj 

istəsin.  Axırda  qərara  alındı  ki,  elə  bu  səhər  ona  evə 

qayıtmaq  istəmələri  bildirilsin,  eyni  zamanda  ekipaj 

downloaded from KitabYurdu.org




79 

 

barədə xahiş edilsin. 



Onlann  yola  çıxması  barədə  xəbər  ümumi  təəssüf 

doğurdu. Bununla belə, əminlik ifadə edildi ki, xəstənin 

tam  sağalması  üçün  Nezerfilddə  ən  azı  daha  bir  gün 

qalması  lazımdır.  Sonda  bacılar  növbəti  səhərə  qədər 

qalmağa razılaşdılar. Miss Binqli tezliklə onlara qalmaq 

təklifi  etməsinə  peşman  oldu,  çünki  bacılardan  birinə 

qarşı  duyduğu  qısqanclıq  və  nifrət  hissi  ikinciyə 

bağlılıqdan qat-qat güclü idi. 

Ev  yiyəsi  qarşıdakı  ayrılıq  səbəbindən  səmimi 

qəlbdən  kədərli  idi  və  qızğın  tövrlə  miss  Bennetə  sübut 

edirdi  ki,  o,  yola  çıxmaq  üçün  kifayət  qədər 

yaxşılaşmayıb. Ancaq əbəs yerə - Ceyn öz hərəkətlərinin 

düzgünlüyünə əmin olduqda möhkəm olmağı bacarırdı. 

Mister  Darsi  bu  qərardan  məmnun  idi.  Elizabet 

Nezerfilddə  kifayət  qədər  çox  yubanmışdı.  Onun  sehri 

ona, istədiyindən də çox güclü təsir göstərmişdi. Üstəlik, 

miss  Binqli  qızla  həddindən  artıq  sərt  idi  və  Darsinin 

özünü  də  adi  günlərdə  olduğundan  daha  tez-tez  narahat 

edirdi. O, tam müdrikliklə 

düşünürdü  ki,  Elizabetə  münasibətdə  hər  cür  diqqət 

nəzərlərindən 

qaçmalıdır. 

Çünki 

bu, 


qızın 

şübhələnməsinə  imkan  verərdi  ki,  guya  Darsinin 

xoşbəxtliyi ondan asılıdır. Bununla yanaşı, o dərk edirdi 

ki, əgər bu sayaq gümanlar onun beynində əmələ gəlməyə 

macal tapıbsa, onların təsdiqi əhəmiyyətli dərəcədə qızın 

getməsi  ərəfəsində  onun  özünü  necə  aparmasından  asılı 

olacaq.  O  öz  niyyətində  möhkəmlənərək,  bütün  şənbə 

downloaded from KitabYurdu.org




80 

 

günü  yarım  saatdan  artıq  bir  otaqda  ikilikdə  olsalar  da, 



Elizabetə on-on beş sözdən artıq heç nə demədi. Bu vaxt 

ərzində  Darsi  elə  böyük  səylə  kitab  oxudu  ki,  hətta  qız 

olduğu səmtə belə baxmadı. 

Bazar  günü,  səhər  ibadətindən  dərhal  sonra  nəhayət, 

çoxlan üçün arzuolunan ayrılıq anı yetişdi. Miss Binqlini 

Elizabetə,  həmçinin  onun  Ceynə  bağlılığı  onların  yola 

çıxmasında bir az əvvəl nəzərəçarpacaq şəkildə böyüdü. 

Ayrılıq  zamanı  böyük  bacını  əmin  etdilər  ki,  onunla 

Lonqbornda və  ya Nezerfilddə görüş hər zaman sevincli 

hadisə olacaq. Miss Binqli zarafatla Ceyni qucaqladıqdan 

və hətta onun bacısına əl 

uzatdıqdan  sonra,  Elizabet  bütün  kampaniya  ilə  xoş  bir 

ovqatla aynidı. 

Miss Bennet onlan o qədər də xoş üzlə qarşılamadı. O, 

onların  gəlişindən  təəccübləndi,  ağılsız  şəkildə  hamıya 

narahatlıq  yaratdıqlarını iddia edərək bildirdi ki, Ceynin 

yenidən  xəstələnəcəyinə  şübhə  etmir.  Mister  Bennet 

əksinə,  təmkinli  üslubda  olsa  da,  qızlara  bildirdi  ki,  o, 

onların qayıdışından məmnundur - ailə söhbətləri zamanı 

böyük  qızlarının  yeri  çox  görünüb.  Ceyn  və  Elizabetin 

yoxluğunda axşam söhbətləri öz zəkiliyinin bir hissəsini 

və demək olar, bütün mənasını itirmişdi. 

Onlar  Merini  adəti  üzrə  musiqi  harmoniyasını  və 

insan təbiətinin əsaslarını öyrənən yerdə tapdılar və ondan 

bir  neçə  yeni  sitat,  eləcə  də  nəsihətamiz  məsəllər 

dinlədilər. Ketrin və Lidiyanm xəbərləri tamam başqa cür 

idi.  Ötən  çərşənbədən  etibarən  polkda  bir  çox  hadisələr 

downloaded from KitabYurdu.org




81 

 

baş  vermişdi:  bir  neçə  zabit  onların  əmisigildə  nahar 



etmişdi,  sıravi  əsgər  fiziki  cəzaya  məruz  qalmışdı  və 

davamlı  şayiələr  yayılmışdı  ki,  polkovnik  Forster 

evlənmək niyyətindədir. 

XIII FƏSİL 

—  Ümidvaram  ki,  əzizim,  siz  bu  gün  yaxşı  naharımız 

olmasının qayğısına qalmısınız? — Mister Bennet ertəsi 

gün sübh çağı səhər yeməyi süfrəsinin arxasında soruşdu. 

— Güman edirəm ki, masamızın arxasında kimsə yeni bir 

sima görünə bilər. 

— Kim  barədə  danışırsınız,  mənim  dostum? 

Bildiyimə görə, heç kəs bizə gəlməyə hazırlaşmır. Gəlsə-

gəlsə, bəlkə Şarlotta Lukas gələ... Ancaq onun üçün, ümid 

edirəm ki, bizim naharlar həmişə kifayət qədər  yaxşıdır. 

Düşünmürəm ki, o belə bir masaya öz evlərində xüsusən 

adət edib. 

— Mən gəlmə centlmeni nəzərdə tuturam. 

Miss Bennetin gözləri parıldadı. 

— Gəlmə centlmeni? Əminəm ki, bu, mister Binqlidir! 

Ah,  Ceyn,  yaramaz  qız,  sən  bunu  əvvəldən  niyə 

deməmisən? Yaxşı, nə olar, mən mister Binqlini görməyə 

şad  olaram.  Ancaq,  ilahi,  dəhşətə  bax,  balıq  xörəyimiz 

olmayacaq! Lidiya, ürəyim, 

zınqırovu çal, lütfən. Elə bu dəqiqə missis Hillə sərəncam 

vermək lazımdır. 

— Söhbət mister Binqlidən getmir, — onun əri cavab 

verdi.  —  Mən  hələ  heç  vaxt  görmədiyim  adamı 

gözləyirəm. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə