Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə23/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   19   20   21   22   23   24   25   26   ...   128

90 

 

— Mənə elə gəldi ki, siz onun dul olduğunu dediniz, 



ser? Onun övladları varmı? 

— Onun  cəmi  bir  qızı  var  —  o,  Rozinqsin,  xeyli 

mühüm mülkün varisidir. 

— Heyhat, — miss Bennet başını yelləyərək səsləndi. 

—  Bu  halda  o,  bir  çox  başqa  xanımlardan  daha 

bəxtəvərdir.  Bəs  bu  alicənab  xanım  özü  necədir? 

Gözəldirmi? 

— O, gerçəkdən də füsunkar gənc ledidir! Onun anası 

ledi Ketrin özü də deyir ki, gözəlliyinə görə miss de Bör 

öz  cinsinin  digər  nümayəndələrindən  xeyli  ötədir,  çünki 

bu  qızda  onu  ali  nəcabətli  başqa  gənc  xanımlardan 

fərqləndirən  cəhətlər  var.  Bədbəxtlikdən,  onun  zəif 

cüssəsi var və bu, ona bir sıra incəsənət növlərində uğur 

qazanmağa  mane  olur.  Onun  tərbiyəsi  ilə  məşğul  olan 

xanımların dediyinə görə, onun təkcə 

sağlamlığı  möhkəm  olsaydı,  miss  de  Bör  çox  uzağa 

gedərdi. O, o qədər sevimlidir ki, ponilər qoşulmuş balaca 

faytonu ilə gəzməyə çıxanda mənim sadə məskənimi tez-

tez öz ziyarətinə layiq görür. 

— O,  artıq  saraya  təqdim  edilib?  Mən  onun  adma 

saray xanımlarının siyahısında rast gəlməmişəm. 

— Heyhat,  bədbəxtlikdən  sağlamlığı  ona  şəhərdə 

yerləşməyə imkan vermir. Bu durum, mənim bir dəfə ledi 

Ketrinin özünə dediyim kimi, Britaniya sarayını ən yaxşı 

zinətindən  məhrum  edib.  Mənim  bu  qeydim  lütfkar 

xanımın çox xoşuna gəldi. Etiraf edim ki, mən xanımlann 

xoşuna  gələn  bu  kimi  zərif  komplimentlərə  tez-tez  əl 

downloaded from KitabYurdu.org




91 

 

atıram. Məsələn, mən bir neçə dəfə ledi Ketrinə demişəm 



ki, onun qızı hersoginya olmaq və başqa xanımların özünü 

zinətləndirən yeri zinətləndirmək üçün doğulub... Mən bu 

kimi  xırda  və  sevimli  incəlikləri  ifadə  etməklə  lütfkar 

xanıma diqqətli olmağı müqəddəs borcum hesab edirəm. 

— Siz tam məntiqli düşünürsünüz,  — mister  Bennet 

dedi,  —  Sizin  xoşbəxtliyinizdir  ki,  belə  incə  şəkildə 

qılıqlanmaq 

istedadınız  var.  İcazə  verin  soruşum,  bu  sevimli  diqqət 

ifadələri sizdə bir anlıq fikir parıltısı kimi yaranır, yoxsa 

siz bunları öncədən uydurursunuz? 

—  Adətən  onlar  həmişə  baş  verənlərə  aid  olur. 

Hərçənd hərdən mən əyləncə xatirinə asudə vaxtlarımda 

həyatın  müxtəlif  hallarına  uyğun  gələn  kiçik-kiçik  incə 

sürprizlərin  ixtirası  ilə  məşğul  oluram,  ancaq  təqdim 

edərkən  həmişə  onlara  ekspromt  forma  verməyə 

çalışıram. 

Mister  Bennetin  gözləntiləri  bütünlüklə  təsdiqləndi. 

Əmioğlunun  axmaqlığı  onun  ümidlərini  doğrultdu. 

Sifətinə ciddi ifadə verərək qonağı dinləyən mister Bennet 

ürəkdən  əylənirdi.  Bununla  belə,  əgər  onun  Elizabetə 

nəzər saldığı nadir hallan saymasaq, o bu ləzzəti onunla 

böləcək tərəf-müqabilə heç bir ehtiyac hiss etmirdi. 

Axşam  vaxtının  çay  dəsgahına  qədər  onların  qəbul 

etdiyi doza artıq o qədər çox oldu ki, mister Bennet əmisi 

oğlunu qonaq otağına ötürərək, qadınlara kitabdan bir şey 

oxumasını  rica  etdi.  Mister  Kollinz  həvəslə  razılaşdı  və 

ona kitab gətirdilər. Ancaq o, kitaba nəzər salaraq (kitabın 

downloaded from KitabYurdu.org




92 

 

ümumi kitabxanadan 



olduğunu  asanca  görmək  olardı),  dərhal  diksindi  və  üzr 

istəyərək  heç  vaxt  roman  oxumadığını  bildirdi.  Kitti 

təəccüblə gözünü ona zillədi, Lidiya hətta heyrətdən dua 

etdi.  Başqa  kitablar  gətirildi  və  bir  qədər  düşünəndən 

sonra  o,  Fordaysın  moizələrinin  üstündə  dayandı.  Cild 

açılan kimi Lidiyanı əsnək bürüdü. O, yeknəsəq səslə üç 

səhifə  oxumağa  macal  tapmamış  Lidiya  onun  sözünü 

yarıda kəsərək səsləndi: 

— Ana,  eşitmisiniz,  Filip  dayı  Riçardı  işdən  azad 

etmək istəyir? Əgər o buna qərar versə, Riçardı polkovnik 

Forster  öz  yanma  alacaq.  Bu  barədə  mənə  şənbə  günü 

xalam dedi. Sabah Meritona getmək və hər şeyi təfsilatı 

ilə soruşmaq lazım gələcək. Eyni zamanda gərək öyrənək 

ki, mister Danni şəhərdən nə vaxt qayıdacaq. 

İki böyük bacılar Lidiyadan xahiş etdilər ki, o dilini 

dinc  saxlasın,  ancaq  qəlbinin  dərinliyinə  qədər  təhqir 

olunmuş  mister  Kollinz  kitab  oxumağı  təxirə  saldı  və 

dedi: 


— Mən  tez-tez  müşahidə  etməli  oluram  ki,  gənc 

ledilər  onların  faydası  üçün  yazılmış  ciddi  məzmunlu 

kitablarla, əfsus ki, az maraqlanırlar. Etiraf edirəm ki, bu, 

məni çox 

heyrətləndirir. Gerçəkdən də onlar üçün yaxşı nəsihətdən 

faydalı nəsə ola bilərmi? Ancaq mən bir də mənim gənc 

əminəvələrimin  qulağını  dəng  etməyəcəyəm...  —  O, 

mister Bennetə  tərəf dönərək ona bir tas nərd oynamağı 

təklif  etdi.  Mister  Bennet  qonağın  qızlara  öz  boş-boş 

downloaded from KitabYurdu.org




93 

 

qayğıları  ilə  məşğul  olmaq  imkanı  verərək  tam  ağıllı 



hərəkət etdiyini görüb dəvəti qəbul etdi. Missis Bennet və 

onun qızları ən səmimi şəkildə Lidiyanm şuluqluğu üçün 

üzr istədilər, vəd etdilər ki, əgər o kitab oxumağı davam 

etdirsə,  bundan  belə  o,  heç  bir  bənzər  hərəkətə  yol 

verməyəcək.  Ancaq  mister  Kollinz  gənc  əminəvəsinə 

qarşı ən xəfif kin belə saxlamadığını və onun hərəkətinin 

özü üçün heç də təhqiramiz olmadığını bildirərək, mister 

Bennetlə başqa masanın arxasına keçdi və nərd oynamağa 

hazırlaşdı. 

XV 


FƏSİL 

Mister  Kollinz  istedadlı  adam  deyildi.  Təbiətin  bu 

səhvinin 

yeri 


onda 

tərbiyə 


və 

ünsiyyətcilliklə 

doldurulmamışdı. Ömrünün böyük hissəsini o, təhsilsiz və 

xırdaçı  insan  olan  atasının  nəzarəti  altında  keçirmişdi. 

Universitetdə olarkən o, elm kurslarını dinləmişdi, amma 

heç bir faydalı tanışlıqlar qurmamışdı. İlkin olaraq onun 

xasiyyətinə köləlik calaq edən ata tərbiyəsindən məzlum 

olmuş  mister  Kollinz  zaman  keçdikcə  öz  əli,  öz  başı 

olaraq  sərbəst  yaşayan  və  həyatda  gözlənilmədən  erkən 

uğur  qazanmış  ağıllı  adama  xas  mənəm-mənəmlik 

keyfiyyəti  qazandı.  Xoşbəxt  təsadüf  sayəsində  o, 

Hansford  kilsəsi  boşalan  zamanlarda  ser  Luis  de  Börün 

dul  xanımının  gözünə  göründü.  Ledinin  yüksək  ranqma 

ehtiram, xanım rəhbərin şəxsiyyətinə pərəstiş və bununla 

yanaşı,  öz  ruhani  nüfuzuna,  kilsə  icmasının  rəhbəri 

hüququna  malik  olan  personası  haqda  yüksək  fikirdə 

olması  ondan  xasiyyətində  özünəməxsus  şəkildə 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə