Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə25/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   21   22   23   24   25   26   27   28   ...   128

98 

 

xatırlayaraq,  qəflətən  baxışlarını  ona  naməlum  olan 



şəxsin  üzərində  saxladı.  Bu  zaman  təsadüfən  birinə  və 

digərinə  baxan  Elizabet  bu  görüşün  onlara  göstərdiyi 

təsirdən heyrətləndi: onların ikisinin də sifəti dəyişdi - biri 

tutuldu,  digəri  qızardı.  Bir  neçə  saniyədən  sonra  mister 

Uikhem  əlini  şlyapasına  apararaq  salam  verdi,  ancaq 

mister  Darsi  bu  salamı  dilucu  aldı.  Bu,  nə  demək  idi? 

Buna izahat düşünmək mümkün deyildi. Həmçinin özünü 

bunun  arxasında  gizlənən  sirrə  dalmaq  arzusundan 

saxlamaq da çətin idi. 

Bir  dəqiqə  keçər-keçməz  mister  Darsi  sağollaşdı  və 

baş verənləri sezməmiş kimi dostu ilə birlikdə atını çapıb 

getdi. 


Mister  Denni  və  mister  Uikhem  gənc  lediləri  mister 

Filipsin  evinə  qədər  ötürdülər  və  burada  Lidiyanın  evə 

getməyə  dair  israrlı  dəvətlərinə  və  başını  pəncərədən 

çıxarmış missis Filipsin hündür səslə alqışlayaraq dəvəti 

dəstəkləməsinə baxmayaraq, onlara baş əyərək ayrıldılar. 

Bu xanım öz bacısı qızlarını görməyə həmişə şad idi. 

İki  böyük  bacının  son  günlər  görünməməsi  Ceyn  və 

Elizabetin gəlişini xüsusilə arzuolunan etmişdi. O, dərhal 

onların  Lonqborna  erkən  qayıdışının  onu  necə 

təəccübləndirməsindən 

danışmağa 

başladı. 

Onlar 

başqasının  ekipajı  elə  qayıtmışdılar  və  missis  Filips  bu 



barədə  xəbər  tuta  bilməyəcəkdi  -  əgər  mister  Consun 

aptekində işləyən oğlan uşağı ona rast olmasaydı və ona 

artıq  hər  iki  miss  Bennetin  Nezerfilddən  ayrıldığı  üçün 

daha  oraya  dərman  aparmayacağmı  deməsəydi.  Bu  vaxt 

downloaded from KitabYurdu.org



99 

 

onun  diqqəti  Ceynin  təqdim  etdiyi  mister  Kollinzə  cəlb 



olundu. 

Missis Filips onu ən nəzakətli şəkildə qarşıladı və qonaq 

da ona daha böyük nəzakətlə cavab verdi. Mister Kollinz 

onunla tanışlıq şərəfinə nail olmadan evə soxulduğu üçün 

üzr istəyərək, özünə ümid verirdi ki, ola bilər, bu hərəkəti 

hər halda onu missis Filipsin diqqətinə təqdim edən gənc 

ledilərlə qohum olmasıyla əsaslanmış olur. Missis Filips 

bu  qədər  tərbiyəli  qonağın  qarşısında  heyranlıq  duydu. 

Ancaq onu dərhal bir yad adamdan yayındıraraq başqası 

barədə  sorğu-suala  tutdular  və  o,  əfsus  ki,  öz  bacısı 

qızlarına, artıq yenicə bildikləri xəbərləri 

verə  bildi:  Uikhemi  Londondan  Danni  gətirib  və  o, 

Derbişir alayında leytenant rütbəsində xidmətə başlamağa 

hazırlaşır.  Xanımın  sözlərinə  görə,  o,  artıq  onların 

küçəsində gəzişdikləri vaxt zabitlərə bir saat ərzində göz 

qoyub və əgər mister Uikhem yenidən onun pəncərəsinin 

altına  gəlsə  Kitti  və  Lidiya,  şübhəsiz  ki,  həmin  an  bu 

məşğuliyyəti davam etdirə bilərlər. Fəqət bədbəxtlikdən, 

küçədə  bir-iki  zabitdən  başqa  heç  kəs  gözə  dəymədi. 

Həmin  zabitlər  isə  qızları  maraqlandıran  gənclərlə 

müqayisədə  “önəmsiz  və  diqqətəlayiq  olmayan”  biriləri 

kimi  göründülər.  Ertəsi  gün  polkdan  kimsə  Filipslərə 

qonaq gəlməli idi və xala ərini dilə tutmağa girişdi ki, əgər 

Lonqborndan  qohumlan  onun  yanma  gəlsələr,  o,  mister 

Uikhemi də qonaq çağırsın. Missis Filipsin dəvəti dərhal 

qəbul  edildi  və  xala  vəd  etdi  ki,  yüngül  isti  şam 

yeməyindən  sonra  onlar  şən-şən  loto  oynaya  bilərlər. 

downloaded from KitabYurdu.org




100 

 

Hamı  bu  qədər  xoş  əyləncənin  gözlənilməsinə  görə 



sevindi və bir-birindən olduqca məmnun halda ayrıldılar. 

Getməzdən öncə mister Kollinz yenidən üzrxahlıq etməyə 

başladı  və  ev  sahibəsi  nəzakətlə  üzrə  gərək  olmadığını 

bildirdi. 

Lonqborna  qayıdarkən  yolda  Elizabet  Ceynə  onun 

gözləri  qarşısında  iki  gənc  adam  arasında  olub-

bitənlərdən  danışdı.  Ancaq  bacısı  onların  ayrı-ayrılıqda 

hər  birini  və  eyni  zamanda  hər  ikisini  mümkün 

ittihamlardan  müdafiə  etməyə  hazır  olduğu  üçün  bu 

səhnəni anlamaq ona hələ çox çətin idi. 

Mister Kollinz missis Filipsin manera və lütfkarlığım 

tərifləyərək qızların anasına böyük məmnunluq bəxş etdi. 

Onun fikrincə, ledi Ketrini və miss de Börü nəzərə almasa, 

o, hələ heç vaxt bu qədər tərbiyəli xanıma rast gəlməyib. 

Missis Filips onu öz evində bu qədər nəzakətlə qarşıladığı 

azmış kimi, onunla indiyə qədər tanış olmaq şərəfinə nail 

olmasa  da,  sabah  axşam  onu  yenə  dəvət  edib.  Müəyyən 

dərəcədə  bu  onun  Bennet  ailəsi  ilə  qohumluqla  izah 

olunur, ancaq hər halda, o, hələ heç vaxt öz şəxsinə bu cür 

diqqət görməyib. 

XVI 

FƏSİL 


Bütün  miss  Bennetlərin  xalalarının  evinə  yollanmaq 

arzusu  onların  valideynləri  tərəfindən  bəyənilsə  də,  ev 

sahibi  və  sahibəsinin  bir  axşamlıq  tərk  etməkdən 

ehtiyatlanan  mister  Kollinzin  etirazları  qətiyyətlə  rədd 

edildi və kareta uyğun zamanda gənc adamı və onun beş 

əmisi  nəvəsini  Meritona  çatdırdı.  Evə  yetişdikləri  vaxt 

downloaded from KitabYurdu.org



101 

 

xanımlar  məmnunluqla  öyrəndilər  ki,  mister  Uikhem 



mister  Filipsin  dəvətini  qəbul  edib  və  artıq  dəvətli 

qonaqların sırasındadır. 

Hamı  bu  xəbəri  eşitcək  qonaq  otağına  daxil  olub 

yerlərində  qərar  tutduqları  vaxt  mister  Kollinz,  nəhayət, 

ətrafa boylanmaq və öz müşahidələrindən vəcdə gəlmək 

imkanı  əldə  etdi.  Onun  sözlərinə  görə,  o,  zalın 

böyüklüyündən  və  şəraitin  möhtəşəmliyindən  o  qədər 

heyrətlənib  ki,  özünü  Rozinqsin  özündə  səhər  yeməyi 

üçün olan kiçik yay otağmdaymış kimi təsəvvür edib. 

İlk baxışdan bu cür müqayisə missis Filipsə o qədər 

də tərifli görünmədi. Ancaq Kollinz ona Rozinqsin necə 

olduğunu və bu mülkün kimə məxsusluğunu başa salanda, 

ledi  Ketrinin  evində  yalnız  bir  qonaq  otağının  təsvirini 

eşidəndə,  təkcə  sobanın  ev  sahibəsinə  səkkiz  yüz  funta 

başa  gəldiyini  biləndə  miss  Filips  ona  edilmiş 

komplimentin əhəmiyyətini tam miqyasında dəyərləndirə 

bildi. Bundan sonra o, çətin ki, özünün ön qonaq otağının 

yüksək  mənsəbli  saray  əyanının  otağı  ilə  müqayisə 

edilməsindən inciyərdi. 

Ledi  Ketrinin  və  onun  mülkünün  əzəmətini  təsvir 

edən, arada söhbətə özünün sadə yuvası və onda aparılmış 

təkmilləşdirmə  barədə  söz  qatan  mister  Kollinz  kişilər 

gələnə  qədər  vaxtını  çox  xoş  keçirdi.  Missis  Filipsin 

simasında  o,  qeyri-adi  dərəcədə  diqqətli  dinləyici 

tapmışdı. Bu xanımın onun şəxsiyyəti barədə müsbət rəyi 

hekayətçinin  hər  sözü  və  əldə  olunan  məlumatları 

mümkün  qədər  tez  öz  tanışları  ilə  paylaşmaq  arzusu  ilə 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə