Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə24/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   20   21   22   23   24   25   26   27   ...   128

94 

 

yekəxanalıq və yaltaqlığın, mənəm- 



mənəmlik  və  alçaldılmışlığm  iç-içə  olduğu  bir  insan 

əmələ gətirmişdi. 

Yaxşı mənzilə yiyələnən və kifayət qədər yaxşı gəliri 

olan  Kollinz  evlənmək  niyyətinə  düşmüşdü.  Mister 

Bennetin ailəsi ilə barışmaq axtarışlarında olarkən o, onun 

qızlarından birini almaq fikrinə gəlmişdi. Mister Kollinz 

bu  izdivaca  o  şərtlə  qol  qoyacaqdı  ki,  tanışlıq  zamanı 

qızların gözəlliyi və isməti barədə ona gəlib çatmış söz-

söhbətlər  öz  təsdiqini  tapsın.  Onun  Bennet  ailəsinə 

vərəsəlik  hüquqları  ilə  bağlı  vurulmuş  zərərin  yerinin 

doldurulması planı bundan ibarət idi. Mister Kollinz özü 

hesab edirdi ki, onun beyninə qeyri-adi dərəcədə uğurlu, 

hamı  üçün  məqbul  bir  ideya  gəlib  və  eyni  zamanda  bu 

plan onun heç bir şəxsi mənfəət  güdmədiyini göstərdiyi 

üçün şəxsinin alicənablığına dəlalət edir. 

Onun planı öz qohumunun ailəsi ilə tanışlıqdan sonra 

dəyişmədi.  Əksinə,  böyük  miss  Bennetin  gözəl 

çöhrəsindəki  düşüncə  mister  Kollinzi  öz  niyyətində 

möhkəmlətdi. Eyni zamanda o, yaşca böyüklüklə əlaqədar 

hüquqa  öz  mühafizəkar  baxışlarının  doğru  olduğuna 

yenidən inandı. Beləliklə, birinci 

axşam  ərzində  onun  seçdiyi  Ceyn  oldu.  Fəqət  növbəti 

səhər  onun  fikirlərində  bəzi  düzəlişlər  etdi.  Səhər 

yeməyindən öncə on beş dəqiqə ərzində missis Bennetlə 

“tet-a-tet”  söhbət  apardı.  Onlann  arasındakı  söhbətdə 

Hansforddakı keşiş evindən bəhs olunurdu, sonra söhbət 

təbii  bir  şəkildə  axaraq  mister  Kollinzin  bu  evə 

downloaded from KitabYurdu.org




95 

 

Lonqbornda yaxşı sahibə tapmaq ümidinə keçdi. Onun bu 



niyyətini,  ümumiyyətlə,  tam  bəyəndiyini  göstərən  xoş 

təbəssümünün  arasında  missis  Bennet  qonağa,  onun 

seçmiş  olduğu  qızma  -  Ceynə  münasibətdə  xəbərdarlıq 

edə bildi: missis kiçik qızlarma dair də söz deməyi özünə 

rəva  görə  bilməz,  -  bəlkə  də  kifayət  qədər  məlumatı 

yoxdur,  amma  ona  qızların  hər  hansı  bir  könül 

bağlılıqlarının olması məlum deyil. Böyük qıza gəlincə, o, 

Ceynə  münasibətdə  özünü  xəbərdarlıq  etməyə  borclu 

bilir, çünki yaxın vaxtlarda onun nişanlanması tamamilə 

mümkündür. 

Mister  Kollinzə  yalnız  bir  əminəvəsini  digəri  ilə 

dəyişmək  lazım  gəlirdi.  Missis  Bennetin  sobada 

kömürləri  qarışdırdığı  bir  vaxtda  o  bunu  etdi.  Ceynə, 

demək olar, yaşda və görünüşdə tən gələn Elizabet böyük 

bacı hüquqlarının təbii varisinə çevrildi. 

Missis Bennet mister Kollinzin eyham etdiyi niyyətini 

yüksək  qiymətləndirdi,  yaxın  vaxtlarda  iki  ərli  qızı 

olacağına inandı. Dünənə qədər adını eşitmək istəmədiyi 

adam indi onun yanında rəğbətli mövqe tuturdu. 

Lidiya  Meriona  getmək  arzusunu  unutmadı  və 

Meridən  başqa  bütün  bacılan  onunla  birlikdə  gəzməyə 

getməyə qərar verdilər. Mister Bennetin xahişi ilə mister 

Kollinz  onları  müşayiət  etməli  idi.  Ev  sahibi  ondan 

qurtulmağı  çox  istəyirdi  və  kitabxananı  öz  sərəncamına 

almaq fikrindəydi. Bu gün səhər yeməyindən sonra qonaq 

onun  arxasınca  kitabxanaya  gəlmiş  və  orada  guya  ki, 

maraqlandığı  ən  qalın  kitabı  götürərək,  öz  qohumunu 

downloaded from KitabYurdu.org




96 

 

Hanforddakı  ev  və  bağ  barədə  çərənləmələrlə  təngə 



gətirmişdi. Əmisi oğlunun bu cür davranışı mister Benneti 

tamamilə hövsələdən çıxarmışdı. Kitabxanada o, həmişə 

rahatlıq  və  sakitlik  tapırdı.  Mister  Bennetin  Elizabetə 

etiraf  etdiyi  kimi,  evin  istənilən  hissəsində  daima 

axmaqlıq 

və 


mənəm-mənəmlik 

təzahürləri 

ilə 

qarşılaşmağa hazır olsa da, burada onlardan dincəlməyə 



adət  etmişdi.  Ona  görə  də  onun  mister  Kollinzə  qızlarla 

gəzməyə getmək təklifi güclü bir şəkildə 

edildi.  Mütaliədənsə  gəzməyə  daha  çox  meyilli  olan 

mister  Kollinz  bənzər  həvəslə  bu  təklifi  qəbul  etdi  və 

dərhal öz böyük foliantım qapadı. 

Meriton  yolunda,  demək  olar,  yalnız  mister  Kollinz 

danışırdı,  onun  təmtəraqlı  zəvzəməsi  hərdən  əmisi 

nəvələrinin nəzakətli iradları ilə kəsilirdi. Ancaq özlərini 

şəhərcikdə  görəndən  sonra  kiçik  bacılar  ona  diqqət 

yetirməyə  son  qoydular  və  zabitləri  görmək  məqsədilə 

ətrafa  boylanmağa  başladılar.  Onlan  bu  məşğuliyyətdən 

yalnız dükanların pəncərəsində nümayiş etdirilən xüsusilə 

gözəl şlyapa və ya yenicə gətirilmiş tül yaylıq nümunəsi 

ayıra bilərdi. 

Tezliklə  xanımların  nəzərini  küçənin  qarşı  tərəfində 

hansısa  bir  zabitlə  gəzişən  alicənab  görünüşlü,  bir 

naməlum gənc cəlb etdi. Onlar bir-birinin tuşuna çatanda 

zabit təzim etdi. Bu, Lidiyanın Meritonda gəlişinin vaxtını 

öyrənmək  istədiyi  Denni  idi.  Onun  yoldaşı  qızlara 

cazibəsinə  dayanılmaz  təəssürat  bağışladı  və  onlar  onun 

kim  ola  biləcəyini  təxmin  etməyə  girişdilər.  Kitti  və 

downloaded from KitabYurdu.org




97 

 

Lidiya  bunun  aydınlaşdırılmasım  sonraya  saxlamaq 



istəmədilər və özlərini guya yaxınlıqdakı 

dükana  gedirlərmiş  kimi  göstərərək  küçənin  o  üzünə 

keçdilər.  Onlara  küçənin  o  biri  tərəfinə  keçmək 

xoşbəxtliyi məhz elə bir anda nəsib oldu ki, həmin vaxt 

gənclər  geri  döndülər  və  dükanın  yerləşdiyi  səmtə 

gəldilər.  Mister  Denni  dərhal  onları  söhbətə  tutdu  və 

dostunu  təqdim  etmək  üçün  icazə  istəyərək  dedi  ki,  bu, 

mister  Uikhemdir,  bu  günlərdə  Meritona  gəlib  və  onun 

onlann  polkuna  qəbul  edildiyini  xəbər  verməkdən  çox 

xoşbəxtdir. Hər şey ən münasib şəkildə alınmışdı. Gənc 

adamın  tam  cazibədar  olması  üçün  yalnız  polk  mundiri 

çatışmırdı. Gəncin xarici görünüşü onun lehinəydi. Onda 

hər şey yaxşı idi: düzgün sifət cizgiləri, əla qədd-qamət, 

xoş  ədalar.  Xanımlara  təqdim  olunan  kimi  o,  dərhal 

özündə  rahat  söhbətə  istək aşkar etdi  - onun bu  xoşbəxt 

istəyində  azacıq  da  olsa  sünilik  nəzərə  çarpmırdı. 

Kampaniya  ayaq  üstə  duraraq,  nəzakətlə  danışarkən,  at 

dırnaqlarının  tappıltısının  səsi  gəldi  və  uzaqda  küçə 

boyunca  çapıb  gələn  Darsi  və  Binqli  göründü.  Tanış 

xanımları  görən  süvarilər  atlarını  yaxma  sürdülər  və 

onlara  öz  ehtiramlarını  bildirdilər.  Başlıca  olaraq  Binqli 

danışırdı. Onun nitqi, demək olar, bütünlüklə böyük miss 

Bennetə 

ünvanlanmışdı. 

Binqlinin 

dediyinə 

görə, 

onlar 


Lonqborna,  onun  sağlıq  durumundan  xəbər  tutmağa 

gedirmişlər. Mister Darsi başını tərpətməklə təsdiq etdi və 

özünün 

Elizabetə 



diqqət 

yetirməmək 

niyyətini 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə