Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə19/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   15   16   17   18   19   20   21   22   ...   128

74 

 

— Əlbəttə,  daha  ağıllı  olardı,  əzizim.  Ancaq 



çəkinmədən deyim, bu, çətin ki, bala oxşayardı. 

Miss  Binqli  cavab  verməyə  endirmədən  tezliklə 

qalxdı  və  otaqda  gəzişməyə  başladı.  Onun  incə  qədd-

qaməti  və  gözəl  yerişi  vardı.  Ancaq  bu  keyfiyyətlərin 

nümayişinin ünvanlandığı 

Darsi  əvvəlki  kimi  mütaliəyə  dalmışdı.  Çarəsizlikdən  o, 

daha bir dəfə manevr etdi və Elizabetə tərəf dönərək dedi: 

— Miss  Eliza  Bennet,  icazə  verin  sizə  mənim 

nümunəmə  riayət  etməyi  və  bir  azca  gəzişməyi  təklif 

edim.  Sizi  əmin  edirəm  ki,  uzun  müddət  bir  yerdə 

oturandan sonra bu, adamı gümrahlaşdınr. 

Elizabet  təəccübləndi,  ancaq  onun  xahişini  yerə 

salmadı.  Miss  Binqli  öz  manevrlərinin  əsl  mahiyyətinə 

münasibətdə uğur qazandı. Darsi gözlərini qaldırdı. Miss 

Binqlinin bu ünvana diqqətinin təzahürü nəinki Elizabetin 

özü üçün, hətta Darsi üçün də  yenilik  idi. O, qeyri-iradi 

şəkildə  kitabı  qapadı.  Qızlar  dərhal  ona  onların 

kampaniyasına  qoşulmağı  təklif  etdilər,  ancaq  o,  imtina 

etdi.  Onun  sözlərinə  görə,  otaqda  gəzişmək  yalnız  iki 

səbəbdən ola bilər və hər iki halda onun iştirakı onlar üçün 

maneə törədərdi. 

— O,  bununla  nə  demək  istəyirdi?  O,  Darsinin  nəyi 

nəzərdə  tutduğunu  öyrənmək  arzusu  ilə  əldən  gedir”  — 

Miss  Binqli  Elizabetə  müraciət  edərək, soruşdu  ki,  o bu 

sözlərin nə məna daşıdığını təxmin edirmi. 

— Əlbəttə,  yox,  —  Elizabet  cavab  verdi.  —  Ancaq 

əmin  ola  bilərsiniz  ki,  o,  nəyləsə  bizi  incitmək  istədi. 

downloaded from KitabYurdu.org




75 

 

Mister Darsini məyus etməyin ən etibarlı üsulu bu barədə 



ondan heç nə soruşmamaqdır. 

Fəqət  miss  Binqli  hər  nə  olsa  belə,  mister  Darsini 

məyus edə bilməzdi. Ona görə də o, Darsinin sözlərindəki 

gizli mənanın onlara izah edilməsi üçün israr etdi. 

— Heç bir etirazım yoxdur, — ona danışmaq imkanı 

verilən  kimi  mister  Darsi  dedi.  —  Siz  bu  cür  vaxt 

keçirmək  növünü  seçərkən  göstərdiniz  ki,  ya  bir-birinə 

tam etibar edirsiniz və hansısa sirri bölüşməlisiniz, ya da 

gəzişərkən çox gözəl göründüyünüzü düşünürsüz. Birinci 

halda  mən  sizə  mane  olardım,  ikinci  halda  isə  mən 

sobanın  yanında  oturaraq  böyük  uğurla  sizə  heyran  ola 

bilərəm. 

— Dəhşətə  bax!  —  miss  Binqli  səsləndi.  —  Mən 

həyatımda  heç  vaxt  bundan  daha  utanmaz  sözlər 

eşitməmişəm.  Biz  onu  bu  sözlərinə  görə  necə 

cəzalandıraq? 

— Gerçəkdən  istəyəndən  sonra  bundan  da  asan  iş 

yoxdur,  —  Elizabet  dedi.  —  Biz  hamımız  bir-birimizi 

asanlıqla 

incidə  bilərik.  Onu  cırnadın,  ələ  salın.  Siz  ki,  yaxın 

dostlarsınız, onun zəif yerlərini bilməlisiniz. 

— Sözün  düzü,  bilmirəm.  Sizi  inandınram  ki,  bizim 

tanışlıq mənə bunu öyrətmədi. Soyuqqanlılığın və praktik 

zəkanın  özünü  cırnatmaq!  Yox,  yox,  hiss  edirəm  ki, 

bundan bir şey çıxmayacaq. İstəmirik axı heç bir səbəbsiz 

gülərək səfeh görünək. Ah, yox, mister Darsi arxayın ola 

bilər. 

downloaded from KitabYurdu.org




76 

 

— Məgər  mister  Darsiyə  istehza  etmək  olmaz?  — 



Elizabet təəccübləndi. — Çox nadir üstünlükdür! O qədər 

nadirdir ki, ümid edirəm, müstəsna hal kimi qalacaq. Əgər 

mənim bu cür tanışlarım çox olsaydı, mənə pis olardı — 

mən zarafatı çox sevirəm. 

— Təəssüf  ki,  mən  missi  Binqlinin  mənə  aid  etdiyi 

kimi  dişbatmaz  deyiləm.  Müdrik  və  əlahəzrət  insanlar, 

yox,  onların  müdrik  və  alicənab  hərəkətlərini  həyatda 

istehzanı əsas sayanlar lağa qoya bilər. 

— 

Əlbəttə, belə insanlar olur, — Elizabet dedi. 



—  Ümidvaram  ki,  mən  onların  cərgəsinə  aid  deyiləm. 

Mənə elə gəlir ki, mən heç vaxt müdriklik və alicənablığa 

lağ etməmişəm. 

Axmaqlıq,  qəribəlik,  şıltaqlıq,  qeyri-ardıcıllıq  mənə 

gülünc görünür və nə vaxt nəsib olursa, onlara gülürəm. 

Ancaq  belə  görürəm  ki,  siz  bu  kimi  keyfiyyətlərdən 

tamamilə məhrumsunuz. 

— Bunu, yəqin ki, heç kimin barəsində demək olmaz. 

Ancaq  öz  həyatım  boyunca  mən  hətta  ağıllı  adamı  da 

gülünc  edə  biləcək  çatışmazlıqlarımdan  qurtulmaq  üçün 

xeyli zəhmət çəkmişəm. 

— 

Məsələn, 



qürur 

və 


qürrələnmək 

kimi 


çatışmazlıqlardan? 

— Bəli,  qürrələnmək,  doğrudan  da,  çatışmazlıqdır. 

Ancaq  qürur...  Yaxşı,  gerçəkdən  ağlı  olan  şəxs  həmişə 

qüruru lazımi həddə saxlaya bilər. 

Elizabet gülüşünü gizlətmək üçün üzünü döndərdi. 

— Siz sanki mister Darsinin xasiyyətindən baş açmağa 

downloaded from KitabYurdu.org



77 

 

macal tapdınız, eləmi? — miss Binqli soruşdu. — Sizin 



rəyinizi bilmək istərdim. 

— Yaxşı,  mən  mister  Darsinin  naqisliklərdən  azad 

olduğuna tamamilə əmin oldum. Bunu o özü də gizlətmir. 

— Mən  bu  cür  iddialar  dilə  gətirmədim,  —  Darsi 

cavab  verdi.  —  Zəifliklər  məndə  kifayət  qədərdir.  Mən 

yalnız ona ümid edirəm ki, ağlım onlardan xilas olub. Öz 

xasiyyətim  barədə  isə  təminat  verə  bilmərəm.  Ola  bilər, 

mən  kifayət  qədər  yumşaq  deyiləm  —  ən  azı  ətrafımda 

olanların rahatlığı baxımından. 

— Mən  yaxın  adamların  axmaqlıq  və  qüsurlarını, 

məni  incidənləri  unutmadığım  kimi  tezliklə  unuda 

bilmirəm. Mənə toxunmaq istədikləri vaxt ağzımı ayırıb 

baxa bilmirəm. Yəqin ki, məni dəymədüşər adlandırmaq 

olar. Əgər bir adam mənim ona olan hörmətimi itirirsə, o 

zaman həmişəlik itirir. 

— Bax, bu, doğrudan da, ciddi qüsurdur! — Elizabet 

səsləndi.  —  İfrat  inciklik,  sözsüz  ki,  mənfi  xasiyyət 

cizgisidir. Ancaq siz öz qüsurunuzu uğurlu seçmisiz. Ona 

rişxənd  etməyə  qabil  deyiləm.  Məndən  çəkinməyə 

bilərsiniz. 

— Yəqin ki, hansısa bir çatışmazlığa meyillilik hər bir 

insana  xasdır,  —  fitri  zəiflik  hətta  əla  tərbiyə  ilə  də  dəf 

edilə bilməz. 

— 

Sizin  zəifliyiniz  insanlara  nifrət  etməyə  hazır 



olmaqdır. 

— Sizinki  isə,  —  Darsi  təbəssümlə  cavab  verdi,  — 

onlan bilərəkdən başa düşməməkdir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə