Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə17/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   13   14   15   16   17   18   19   20   ...   128

66 

 

şərəf gətirməzdi. 



— Mənə elə gəlir ki, mister Darsi, siz dostluğun və ya 

bağlılığın  təsirini  qiymətləndirmirsiniz.  Bu  arada 

iltimasçıya  hörmət  insanı  tez-tez  həmin  xahişi,  nə 

dərəcədə  əsaslandırılmasına  varmadan  yerinə  yetirməyə 

vadar  edir.  Mən  mister  Binqliyə  münasibətdə  ehtimal 

etdiyiniz  hadisəni  nəzərdə  tutmuram.  Biz  belə  bir 

durumun  gerçəkdə  yaranmasını  gözləyə  bilərik  və  o 

zaman  onun  hərəkətinin  məqbul  olması  barədə  fikir 

yürüdə  bilərik.  Ancaq  ümumiyyətlə  desək,  əgər  kimsə 

dostundan o qədər də mühüm olmayan addımdan imtina 

etməyi  xahiş  edərsə  və  o,  məntiqli  dəlilsübut  istəmədən 

ona güzəştə gedərsə, məgər siz buna görə onu mühakimə 

edərdiniz? 

— Bu  məsələni  daha  da  müzakirə  etməzdən  öncə 

xahişin  əhəmiyyətini,  eləcə  də  dostlar  arasındakı 

yaxınlığın dərəcəsini dəqiq müəyyən etməli deyilikmi? 

— Tamamilə  zəruridir!  —  Binqli  səsləndi.  —  Gəlin 

bütün xırdalıqlar, hətta dostların boy və gücü barədə də 

unutmadan hər şey haqqında şərtləşək. Bu, missis Bennet, 

ilk baxışdan göründüyünə nisbətən daha böyük əhəmiyyət 

kəsb edə bilər. İnanın ki, Darsi mənimlə müqayisədə bu 

cür  yekəpər  olmasaydı,  mən  onunla  az  hesablaşardım. 

Məlum  hallarda  və  müəyyən  yerlərdə,  etiraf  edirəm,  o, 

adamı qorxmağa vadar edir 

— xüsusilə də bazar axşamları heç bir işinin olmadığı öz 

evində. 


Darsi  gülümsədi,  ancaq  Elizabet  onun  ürəyinin 

downloaded from KitabYurdu.org




67 

 

dərinliyində incidiyini hiss etdi və gülüşünü boğdu. Miss 



Binqli ona qarşı yol verilmiş həqarətə görə hiddətləndi və 

bu axmaq çərənləmə üçün qardaşını yamanladı. 

— Mən  sizin  planı  çözdüm,  Binqli,  —  onun  dostu 

dedi, 


— Bizim mübahisə sizin xoşunuza gəlmir və siz bu üsulla 

onu bitirmək istəyirsiniz. 

— Ola bilər. Mübahisələr disputlara çox bənzəyir. Siz 

və miss Bennet mən otaqdan çıxana qədər öz dartışmanızı 

təxirə  salsanız,  sizə  minnətdar  olaram.  O  zaman  siz 

mənim barəmdə istədiyiniz hər şeyi danışa bilərsiniz. 

— Sizin xahiş, — Elizabet dedi, — mənim tərəfimdən 

qurban  tələb  etmir.  Əgər  məktubunu  tamamlamağa  nail 

olsaydı, bu, mister Darsi üçün isə daha yaxşı olardı. 

Mister  Darsi  onun  məsləhətindən  istifadə  edərək, 

məktubunu axıra qədər yazıb başa çatdırdı. 

Sərbəstləşdiyi  vaxt  o,  miss  Binqli  və  Elizabetdən 

büsatı bir qədər musiqi ilə əyləndirməyi xahiş etdi. Miss 

Binqli  fortepianoya  doğru  yönəldi  və  nəzakətlə  birinci 

çıxışı Elizabetə təklif etdi, ancaq onun eyni lütfkarlıqla, 

daha artıq səmimiyyətlə imtina etməsindən sonra musiqi 

alətinin arxasında əyləşdi. 

Missis Hörst bacısı ilə oxuyurdu. Onlann ikisinin də 

məşğul  olduğu  vaxt  Elizabet  fortepianonun  üstünə 

dağılmış  notları  yığışdırarkən  istəristəməz  mister 

Darsinin  nəzərlərinin  tez-tez  öz  üzərində  dayandığını 

sezirdi. O, heç cür ehtimal edə 

bilmirdi ki, bu təkəbbürlü insan ondan xoşlanır. Bununla 

downloaded from KitabYurdu.org




68 

 

belə,  Darsinin  ona  ikrah  hiss  edə-edə  baxdığı  düşüncəsi 



Elizabetə  elə  o  qədər  ziddiyyətli  görünürdü.  Axırda  o, 

Darsinin  diqqətini  onunla  əsaslandırmalı  oldu  ki,  o,  hər 

şeydən çox hazırda evdə olan insanların içində öz zövq və 

baxışlarının  məhz  onunku  ilə  uyğun  gəlmədiyini  hiss 

edib. Bu əqli tapıntı onu bir misqal da üzmədi. Darsi onun 

üçün  o  qədər  xoşagəlməz  idi  ki,  qız  özü  barədə  onun 

qənaəti ilə hesablaşmağa hazırlaşmırdı. 

Bir neçə italyan ariyası oxuduqdan sonra miss Binqli 

müxtəliflik  üçün  şən  şotland  havaları  çalmağa  başladı. 

Demək olar ki, o dəqiqə mister Darsi Elizabetə yanaşdı və 

dedi: 

— Miss Bennet, fürsətdən istifadə edərək tağalaq rəqsi 



etmək istərdinizmi? 

Qız  heç  bir  cavab  verməyərək  gülümsədi.  Onun 

susqunluğuna təəccüblənən Darsi sualını təkrarladı. 

— Mən sizi çox yaxşı eşitdim, — o dedi. — Sadəcə, 

dərhal  cavab  tapa  bilmədim.  Siz.  əlbəttə,  istərdiniz  ki, 

mən dəvətinizi qəbul edərək, mənim aşağı zövqüm barədə 

əmin olmağınız üçün sizə xoş bir fürsət verim. Ancaq mən 

həmişə bu tipli 

tələləri təxmin etməyi və onun müəlliflərini gözlədikləri 

həzdən  məhrum  qoymağı  sevmişəm.  Bax,  ona  görə 

beynimə  gəldi  ki,  deyim,  mən,  ümumiyyətlə,  tağalaq 

rəqsinə  dözə  bilmirəm.  İndi  bacarırsınızsa,  məni 

mühakimə edin! 

İnanın,  mən  bütün  hallarda  sizi  mühakimə  edə 

bilməzdim! 

downloaded from KitabYurdu.org




69 

 

Sözlərinin  onu  incitməli  olduğunu  düşünən  Elizabet 



Darsinin nəzakətliliyindən təəccübləndi. 

Ancaq  onun  davranışında  işıq  saçan  bu  cazibədar 

məkrlilik çətin ki, kimisə incidə bilərdi. Darsi hiss etdi ki, 

heç vaxt başqa bir qadına bu qədər çox heyran olmayıb. 

Onun  özünə  də  aydın  idi  ki,  əgər  Elizabetin  qohumları 

daha  münasib  olsaydı,  onun  qəlbini  müəyyən  təhlükə 

təhdid edərdi. 

Miss  Binqli  qısqanclıq  hiss  etməyə  yetəcək  qədər 

müşahidə etmiş və ya şübhələnmişdi. Ona görə də onun 

əziz  rəfiqəsi  Ceynin  tezliklə  sağalmasına  dair  qaynar 

qayğısı, onun bacısı ilə tez bir zamanda xudahafizləşmək 

arzusu ilə birləşdi. 

O,  tez-tez  Darsini  Elizabetə  qarşı  yönəltmək  üçün 

onlann  ehtimal  olunan  nikahı  və  onun  belə  bir  arvadla 

xoşbəxt ola biləcəyi barədə çərənləyirdi. 

— Ümidvaram  ki,  —  missis  Binqli  ertəsi  gün  səhər 

ikilikdə  evin  yaxınlığında,  əkilmiş  kolların  arasındakı 

cığırla gəzişərkən dedi, — bu qədər arzuolunan hadisə baş 

verəndən  sonra  siz  qayınanamza  hərdən  dili  dinc 

saxlamağın  faydalı  olduğu  barədə  eyham  etməyə 

müyəssər olacaqsınız. Bunun öhdəsindən gəldikdən sonra 

balaca  bacıların  —  baldızlarınızın  zabitlərin  arxasınca 

düşmək vərdişini tərgitdirərsiniz. Əgər bu qədər məhrəm 

mövzuya  toxunmaq  imkanı  yalnız  mənə  verilibsə,  öz 

sevib-seçdiyinizi  təkəbbür  və  utanmazlıqla  həmsərhəd 

olan şeylərdən çəkindirməyə çalışın. 

Bəlkə siz mənə mənim ailə səadətim üçün bir qədər də 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə