Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə10/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   6   7   8   9   10   11   12   13   ...   128

38 

 

istədiyini danışmaqda davam etdi. 



— Əzizim, məni təəccübləndirir ki, siz övladlarınızın 

inkişafı  barədə  bu  cür  saymazyana  mühakimə 

yürüdürsünüz, 

—  missis  Bennet  dedi.  —  Mən  kiminsə  uşaqlarının 

ləyaqətinə  şübhə  etsəm  də,  hər  halda  bu  öz  övladlarım 

sandan olmazdı. 

— Əgər mənim övladlanm  səfehdirlərsə, istərdim ki, 

ən azı onlara münasibətdə boşuna ümid bəsləməyim. 

— 

Xoşbəxtlikdən, 



onlar 

qeyri-adi 

dərəcədə 

ağıllıdırlar! 

— Ümidvaram  ki,  fikirlərimiz  yalnız  bu  məsələdə 

ayrılır. Çox gözəl olardı ki, baxışlarımız büsbütün üst-üstə 

düşəydi.  Ancaq  hələlik,  təəssüf  ki,  iki  kiçik  qızımızın 

dürüst abdal olduqlarını görürəm. 

— Əziz  mister  Bennet,  gənc  qızlardan  tələb  etmək 

olmaz  ki,  onlar  atalan  və  anaları  kimi  ağıllı  olsunlar. 

Bizim  yaşımıza  çatanda  onlar,  yəqin  ki,  zabitlər  barədə 

bizdən artıq düşünməyəcəklər. Yaxşı yadıma gəlir ki, bir 

vaxtlar  qırmızı  mundirlər  necə  xoşuma  gəlirdi,  etiraf 

edirəm,  ürəyimin  dərinliyində  indi  də  onlara  biganə 

deyiləm. Əgər hər hansı bir ildə altı min funt qazanan gənc 

və  yaraşıqlı  polkovnik  qızlarıma  elçi  düşsəydi,  əmin 

edirəm  ki,  ona  imtina  cavabı  verə  bilməzdim.  Srağagün 

axşam ser Vilyamgildə parad əlbisəsi geymiş polkovnik 

Forster çox xoşuma gəldi! 

— Ah,  ana!  —  Lidiya  səsləndi.  —  Xalam  deyir  ki, 

polkovnik  Forster  və  kapitan  Karter  artıq  miss 

downloaded from KitabYurdu.org




39 

 

Uotsongildə o qədər də tez- tez olmurlar. İndi o onları tez-



tez Klarkm kitabxanasında görür. 

Missis Bennetin cavab verməsinə onun böyük qızma 

məktub  gətirən  qasidin  görünməsi  mane  oldu.  Məktub 

Nezerfilddən  göndərilmişdi  və  onu  gətirən  nökər  cavab 

gözləyirdi. Missis Bennetin gözləri sevincdən parıldadı və 

Ceyn  məktuba  baxana  qədər  o,  qızını  səbirsizliklə  suala 

tutdu: 

— Ah, Ceyn, məktub kimdəndir? Nə var orda? O sənə 



nə yazıb? Tez ol, Ceyn, tez ol, danış görək, əzizim! 

— Məktub  miss  Binqlidəndir,  —  Ceyn  dedi  və 

məktubu ucadan oxudu: 

“Mənim əzizim, əgər Siz bu gün mərhəmət etməyərək 

Luiza və mənimlə birlikdə nahar etməyə razılaşmasanız, 

biz ikimiz bir-birimizə ömür boyu nifrət edə bilərik, çünki 

iki qadının bütün gün ərzində “tet-atet” olması heç vaxt 

qovğasız  ötüşmür.  Mümkün  olduğu  qədər  tez  gəlin. 

Mənim qardaşını və onun dostlai'i zabitlərlə nahar edir. 

Həmişəlik sizin 

Kerolayn Binqli”. 

— Zabitlərlə!  —  Lidiya  dilləndi.  —  Necə  olub  ki, 

xalam bu barədə heç nə deməyib? 

— Başqa yerdə nahar edirlər? — missis Bennet dedi. 

— Necə bir sıxıntı! 

— 

Mən  arabanı  istifadə  edə  bilərəm?  —  Ceyn 



soruşdu. 

— Yox, əzizim, ən yaxşısı odur ki, atı min get. Yağış 

gəlir və sən orada gecələməli olacaqsan. 

downloaded from KitabYurdu.org




40 

 

— Pis düşünülməyib! — Elizabet dedi. — Yalnız ev 



sahiblərinin  özlərinin  onu  evə  gətirməyəcəklərinə 

əminsinizsə... 

— Ancaq mister Binqlinin karetası kişilərlə Meritonda 

olacaq axı. Hörstlərdə isə at yerli-dibli yoxdur. 

— 

Hər necə olsa da, mən araba ilə getmək istərdim. 



— Əzizciyim, əminəm ki, atan atlan verə bilməyəcək. 

Onlar fermadakı işlər üçün lazımdır, doğrudurmu, mister 

Bennet? 

— Atlan  bu  işdən  ötrü  əldə  etməyə  nisbətən,  onlar 

fermadakı işlər üçün daha çox lazım olur. 

— Əgər siz onları bu gün orada istifadə etsəniz, anam 

məmnun olacaq, — Elizabet dedi. 

Axırda mister Bennetdən atların məşğul olması barədə 

təsdiqləmə alınmasına nail olundu. 

Ceyn  ona  görə  ata  süvar  olub  getməli  oldu  və  anası 

məmnun görkəmlə havanın pisləşəcəyi barədə öncəgörmə 

verərək onu darvazanın ağzına qədər ötürdü. Bu gümanlar 

tamamilə  doğruldu:  Ceyn  evdən  çıxan  kimi,  bacılarının 

narahatlığına səbəb olan, anasını isə fövqəladə dərəcədə 

sevindirən  leysan  yağış  yağmağa  başladı.  Yağış  bütün 

axşamı  ara  vermədən  yağdı,  beləliklə,  Ceynin 

qayıdacağından söhbət belə gedə bilməzdi. 

—  Necə  də  yaxşı  fikirləşdim!  —  missis  Bennet 

dəfələrlə  qeyd  etdi,  sanki  o  təkcə  öncədən  yağış 

yağacağını  deməyib,  eləcə  də  havanın  pisləşməsini  özü 

təşkil edib. Fəqət yalnız ertəsi gün səhər o öz düşüncəsinin 

möhtəşəmliyini  bütünlüklə  dəyərləndirə  bildi.  Səhər 

downloaded from KitabYurdu.org



41 

 

yeməyi bitmək üzrəydi ki, nökər Nezerfilddən Elizabetə 



ünvanlanmış növbəti məktubu gətirdi. 

“ƏzizLizzi, 

Bu gün səhər mən özümü çox pis hiss etdim - güman 

ki,  dünən  əməllibaşlı  islanmağımdandır.  Bizim  yaxşı 

dostlarımız  bir  az  yaxşılaşmasam,  qayıtmağını  barədə 

eşitmək belə istəmirlər. Onlar israr edirlər ki, mister Cons 

məni müayinə 

etsin  -  ona  görə  də  eşitsəniz  ki,  o  mənə  baxmağa  gəlib, 

narahat olmayın. Məndə yalnız başağrısı var, bir də azca 

boğazını gəlib. 

Sənin və sair və ilaxır” 

— Yaxşı,  əzizim,  —  mister  Bennet  Elizabetin 

məktubu  hündürdən  oxumasından  sonra  arvadına  xitab 

etdi, — sizin qızınız ciddi şəkildə xəstələnsə və ola bilər 

ki,  ölsə,  bunun  sənin  təlimatların  üzrə  mister  Binqlinin 

dalınca  düşməsi  zamanı  baş  verdiyini  bilmək  necə  bir 

təsəlli olacaq. 

— Mən onun həyatı üçün qorxmuram. Soyuqlamadan 

ölən  olmur!  Ona  yaxşı  baxacaqlar  və  nə  qədər  ki  o, 

oradadır,  ona  pis  heç  nə  olmayacaq.  Əgər  ekipajı 

götürmək olsaydı, mən ona baş çəkərdim. 

Gerçəkdən 

həyəcanlanmış 

Elizabet 

bacısını 

yoluxmağı  qərara  aldı. Ekipaj olmadığına və o, at  minə 

bilmədiyinə  görə  onun  Nezerfildə  piyada  yollanmaqdan 

başqa yolu qalmamışdı. O, bu niyyətini bildirdi. 

— Sən dəli olmusan, — anası səsləndi, — bu palçıqda 

piyada getmək?! Sən ora çatanda heç sənə baxmaq belə 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə