Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə7/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   2   3   4   5   6   7   8   9   10   ...   128

26 

 

qadın  elan  edərək,  kiçik  qızlar  barədə  söz  açılmasını, 



ümumiyyətlə, artıq sayaraq, iki böyük qıza eyham etdilər 

ki, onlarla daha yaxın tanışlığı arzu edərdilər. Belə diqqət 

Ceyni  çox  sevindirdi.  Ancaq  onların  bütün  yerli 

cəmiyyətə,  hətta  onun  bacısına  yekəxana  münasibətini 

hələ  də  hiss  edən  Elizabet  missis  Hörstün  və  miss 

Binqlinin  müəyyən  xoşməramlılığınm,  böyük  ehtimalla, 

mister 

Binqlinin 



Ceynə 

meyilli 


olmasından 

qaynaqlandığını  hesab  edərək  bu  iltifatı  olduqca  soyuq 

qəbul etdi. Əslində, bu meyillilik onları birlikdə görən hər 

kəsin  nəzərinə  çarpırdı.  Elizabet  üçün  də  aydın  idi  ki, 

tanışlıqlarının  lap  başlanğıcında  Ceynin  mister  Binqliyə 

olan tutqusu getdikcə daha da güclənəcək və tezliklə qız 

ona bütün varlığı ilə vurulacaq. Fəqət 

Elizabet məmnunluqla müşahidə edirdi ki, bu vurğunluq 

kənar  adamlara  tezliklə  məlum  olmayacaq,  çünki  Ceyn 

hisslərinin  böyük  enerjisini  elə  bir  dəyanət  və 

gülərüzlülüklə  birləşdirmişdi  ki,  bu  onu  hər  şeylə  ifrat 

şəkildə  maraqlanan  tanışların  şübhələrindən  müdafiə 

edəcəkdi.  O  bu  müşahidəsini  rəfiqəsi  miss  Lukasla 

bölüşdü. 

Şarlotta dedi: - Hisslərini bu kimi durumlarda büruzə 

verməmək  üçün  özünü  təmkinli  aparmaq,  yəqin  ki,  pis 

deyil.  Ancaq  bu  qabiliyyətdə  müəyyən  təhlükə  gizlənə 

bilər.  Əgər  qadın  sevib-seçdiyindən  xoşlandığını 

gizlədirsə, o onu  əlində  saxlaya bilməməklə riskə  gedir. 

Onda o, heç kəsin bu macəradan xəbər tutmamasınm onun 

üçün zəif təsəlli olduğunu dərk edəcək. Demək olar, hər 

downloaded from KitabYurdu.org




27 

 

bir  bağlılıq  müəyyən  dərəcədə  minnətdarlığa,  ya  da 



təkəbbürə  söykənir  və  ona  etinasız  yanaşmaq  heç  də 

təhlükəsiz  deyil.  Biz  hamımız  tamamilə  təmənnasız 

olaraq  yüngülcə  xoşlanmağa  hazırıq  -  xəfif  istək  tam 

təbiidir.  Ancaq  hər  hansı  əvəz  olmadan  sevmək  üçün  o 

qədər  nəcib  insan  az  tapılar.  On  haldan  doqquzunda 

qadının  gerçəkdə  olduğundan  daha  artıq  vurulmuş  kimi 

görünməsi 

daha yaxşıdır. Sənin bacın şübhəsiz ki, Binqlinin xoşuna 

gəlir. Buna baxmayaraq o ona açılışmağa kömək etməsə, 

bütün bunlar heç nəylə bitə bilər. 

— O  ona  onun  xasiyyətinin  imkan  verdiyi  qədər 

kömək  edir.  Məgər  o  bu  qədər  diqqətsizdirmi  ki,  qızın 

mənə açıq-aydın görünən meylini fərq etməsin. 

— Eliza,  unutma  ki,  Ceynin  xasiyyəti  sənə  məlum 

olduğu qədər ona məlum deyil. 

— Ancaq  qadın  kişiyə  laqeyddirsə  və  bu  hissini 

özündə boğmaq istəmirsə, o bunu fərq etməlidir, ya yox? 

— Mümkündür,  yalnız  o  qadınla  kifayət  qədər  vaxt 

keçirirsə.  Ancaq  Binqli  və  Ceyn  kifayət  qədər  tez-tez 

görüşsələr də, heç vaxt  uzun müddət təklikdə qalmırlar. 

Cəmiyyət  arasında  görüşərkən,  onlar,  əlbəttə,  bütün 

zamanı  yalnız  bir-birilə  danışa  bilmirlər.  Ona  görə  də 

Ceyn onun diqqətində olduğu hər bir saatdan daha yaxşı 

istifadə  etməlidir.  Binqlinin  ürəyi  fəth  olunandan  sonra 

qızın  onun  özünə  vurulmaq  üçün  nə  qədər  desən,  vaxtı 

olacaq. 


Elizabet  cavab  verdi:  -  Tezliklə  ərə  getmək  fürsəti 

downloaded from KitabYurdu.org




28 

 

axtaranlar üçün pis plan deyil. Mən varlı ər və ya hər hansı 



bir  nişanlı  əldə  etməyi  düşünsəydim,  yəqin  ki,  bundan 

istifadə edərdim. Ancaq Ceynin duyğulan tamamilə başqa 

cürdür.  O,  hesab  qurmur.  Hələ  də  o,  nə  öz  bağlılığının 

gücünə,  nə  də  bu  sevdanın  nə  qədər  məntiqli,  ağlabatan 

olduğuna əmin deyil.  Onlann tanış olmasından  cəmi iki 

həftə keçib. O, Meritonla onunla iki rəqs edib, daha sonra 

onu bir səhər görüşü boyunca Nezerfilddə görüb. Bundan 

sonra onlar daha dörd dəfə böyük ziyafət zamanı birlikdə 

nahar  ediblər.  Bu  onun  xasiyyətini  öyrənə  bilməsi  üçün 

ona kifayət deyil. 

— Hər  şeyə  sənin  baxdığın  kimi  baxılarsa,  əlbəttə, 

kifayət deyil. Qız onunla yalnız nahar edibsə, o zaman o 

yalnız mister Binqlinin iştahası barədə fikir yürüdə bilər. 

Ancaq  sən  unudursan  ki,  onlar  birlikdə  dörd  axşam 

keçiriblər. Dörd axşam isə daha çox şey deməkdir. 

— Bəli,  bu  dörd  axşam  onlara  imkan  verdi  ki,  hər 

ikisinin  “iyirmi  bir”  oyununu  poker  oynamaqdan  üstün 

tutduğunu 

bilsinlər. Fəqət qorxuram ki, xasiyyətlərinin başqa önəmli 

cizgilərini açmağa qat-qat az macal ediblər. 

— Yaxşı, — Şarlotta dedi, — Ceynə ürəkdən uğurlar 

arzu  edirəm.  O,  günü  sabah  ona  ərə  getsəydi,  hesab 

edərdim  ki,  onun  xoşbəxt  olmaq  şansı  gələcək  ərinin 

xasiyyətini nə dərəcədə öyrənməsindən asılıdır. Nikahda 

uğur tamamilə təsadüflərin oyunudur. Tərəflərin qarşılıqlı 

meyilləri  nə  qədər  yaxşı  məlum  olsa  da  və  onlar  ilk 

baxışdan nə  qədər  yaxşı uyuşsalar da, bunun  ər-arvadm 

downloaded from KitabYurdu.org




29 

 

xoşbəxtliyində  heç  cür  təsiri  olmur.  Zaman  keçdikcə 



onların arasında qaçılmaz anlaşılmazlıqlar baş qaldırır və 

paylarına  qəm-kədər  düşür.  Bu  halda  həyatını  birgə 

keçirəcəyin  insanın  çatışmazlıqlarını  mümkün  qədər  az 

bilmək daha yaxşı deyilmi? 

— Sən məni mübahisəyə çəkmək istəyirsən, Şarlotta. 

Ancaq sənin mülahizələrin tamam cəfəngiyatdır. Özün də 

bunu  dərk  edirsən.  Çətin  ki,  sən  bu  mülahizələri  öz 

həyatın üçün əlində rəhbər tutardın. 

Mister  Binqli  və  Ceyn  arasındakı  münasibətlərə  göz 

qoyarkən,  Elizabet  özünün  də  bir  müddətdir  onun 

dostunun 

sürəkli  müşahidə  predmeti  olduğu  düşüncəsindən  uzaq 

idi. Mister Darsi əvvəlcə onun heç də pis olmadığı barədə 

rəyi özünə  güc-bəla  yaxın  buraxdı.  O, balda ona  tamam 

biganəliklə baxmışdı. Onlar növbəti dəfə qarşılaşdıqda da 

o, qızda yalnız çatışmazlıqları görürdü. Ancaq o özünə və 

dostlanna  qızın  simasında  bir  düzgün  cizginin  belə 

olmadığını  tam  sübut  edincə,  birdənbirə  fərq  etməyə 

başladı ki, onun çöhrəsi qara gözlərinin mənalı baxışları 

sayəsində  qeyri-adi  dərəcədə  ilhamvericidir.  Bu  kəşfin 

ardınca az riskli olmayan başqaları da gəldilər. O öz seçici 

gözlərilə qızın zahiri görünüşündə onun idealından neçə-

neçə  sapıntı  olduğunu  aşkarlamasına  baxmayaraq,  hər 

halda onun qeyri-adi dərəcədə cazibədar olduğunu etiraf 

etməyə  məcbur  idi.  O,  Elizabetin  davranışlarının  kübar 

cəmiyyətdə  qəbul  olunan  qaydalardan  fərqləndiyini 

təsdiqləsə  də,  bu  davranış  öz  canlı  sərbəstliyi  ilə  mister 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə